Azərbaycan İdeyası

Eldar Mahmudovun Hacı Məmmədovla ortaq fəaliyyəti - Şok təfsilat

Tarix:19-11-2015, 12:01
Baxış Sayı:377

Eldar Mahmudovun Hacı Məmmədovla ortaq fəaliyyəti - Şok təfsilatEldar Mahmudovun Hacı Məmmədovla ortaq fəaliyyəti - Şok təfsilat


Milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması ilə Azərbaycanda başlayan “17 oktyabr inqilabı” - generalların həbsi də daxil, yüksək vəzifəli məmurların qandallanması davam edir. Azərbaycan müstəqillik qazandıqdan üzü bəri ilk dəfədir ki, hakimiyyət daxilində bu qədər miqyaslı həbslərə şahidlik edirik.
“Niyə məhz indi?”, “Niyə məhz Eldar Mahmudov?”, “Niyə bu qədər əhatəli və güzəştsiz”, “Əli Abbasovun əsl suçu nə?” sualları ətrafında bu günlər onlarla yazılar, versiyalar, şərhlər dərc olunub. Amma mənzərə hələ də tam aydın deyil: cavabını gözləyən suallar çoxdur.
"Korrupsiya və Qanun" qəzetinə istinadən AZXEBER.COM xəbər verir ki, bu barədə “Yeni Müsavat” qəzetində yeni məlumatlar dərc edilib. Qəzet yazdığına görə, əsas görünən odur ki, MTN adlı bir struktur və ona rəhbərlik edənlər prezidentin etimadından sui-istifadə edərək, dövlətin içərisində “mafiyasayağı masa” quraraq cəza aparatı yaradıblar, general mundiri geyinib quldurluq, soyğunçuluq ediblər, hətta nazirlərə racon və “haqq” kəsiblər, özlərinin poqonlu “memati”ləri, “abdulheylər”i vasitəsilə məmurları, iş adamlarını görüntülü izləyiblər, sonradan onlara paketlərdə disklər göndərərək şantaj ediblər, biznesmenlərdən külli miqdarda pul alıblar, onların rəhbərlik etdiyi dövlət orqanlarına öz adamlarını təyin etdirək strukturlara nəzarəti ələ keçiriblər. Eldar Mahmudov çetesini illərcə bunca güclü edən, hər yerdə adamlarını yerləşdirməsinin, bəzi çox yüksək vəzifəli məmurlara “haqq qoyması”nın şok səbəbi həm də budur: şantaj!
Sən demə, bu çete təkcə “radikal müxalifətçiləri” deyil, həm də bəzi hakimiyyət mənsublarının sirlərini də disklərə yığıb. Sahibkarların bir neçəsi bu yolla müflis edilib, indi susmaqdan başqa çarələri də yoxdur. Onlar “daha heç nəyim qalmadı, hamısını sizə verdim” deyəndə, belələrinə pul da təklif edilib. Azərbaycan tarixində ilk dəfə olaraq, kreditlə rüşvət mexanizmi yaradılıb. Belə ki, hədəfə alınan iş adamlarını Cahangir Hacıyevin nəzarət etdiyi əsasən iki bankdan - Beynəlxalq Bank və “Bank Technique”dən hazır kredit sənədlərinə qol çəkdirib “get, indi borcunu banka ödə”, deyiblər. Bəzi borclu sahibkarlar bunu Beynəlxalq Bank skandalı üzə çıxanda istintaqda etiraf etməli olublar, bəziləri isə hələ də susur... Mafiyanın ən klassik üç üsulu qandallanmış MTN generallarının iş prinsipinə çevrilibmiş: təhdid, zorakılıq, şantaj...
Şübhələr var ki, MTN-də dağıdılan masanın əsas gəlir yeri həm də narkotik trafiki ilə bağlı ola bilər. Azərbaycanın beynəlxalq narkotrafik tacirləri üçün Avropaya keçid zonası olduğu bəllidir. İfşa olunan MTN generalitetinin bu trafikdən nə qədər qazandığı və ya belə əməliyyatları həqiqətən də məhz Azərbaycan üzərində keçirdiyi barədə dəqiq və təsdiqlənmiş bilgi yoxdur. Amma bununla bağlı ciddi şübhələrə əsas var. Məsələn, məlum olub ki, bugünlərdə rəhbəri dəyişdirilən Beynəlxalq Bankın Moskva filialı Cahangir Hacıyevin rəhbərlik etdiyi dönəmdə Əfqanıstana 500 milyon dollar civarında kredit verib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO