Azərbaycan İdeyası

1.2 milyardı kim geri qaytaracaq? 06.02.15 | 09:52 | Xəbər 1032 dəfə oxunub

Tarix:6-02-2015, 10:41
Baxış Sayı:0

Ötən il vaxtı keçmiş kreditlərin həcmi artaraq 976,3 milyon manat (1,2 milyard dollar) təşkil edib. Azərbaycan Mərkəzi Bankın (AMB) 2014-cü ilə dair statistikasına görə, problemli kreditlər ümumi kredit portfelinin 5,2 faizini təşkil edir. Bundan əvvəlki ildə qaytarılmayan vəsaitlər 792,8 milyon manat olub.


Mərkəzi Bank ötən ilin əvvəlində pul-kredit siyasətində etdiyi korrektələrə baxmayaraq, bankların problemli kreditlər məsələsinin daha da dərinləşməsi sual doğurur. Yəni kredit siyasətində məhdudiyyətlərin tətbiqi, faiz dərəcələrinin aşağı salınması istiqamətində atılan addımlar məhz vaxtı keçmiş kredit probleminin həllinə yönəlmiş qərarlar idi. Bəzi ekspertlər ABM qərarlarının nəticəsini ilin ikinci yarısından sonra görmək mümkün olacağını proqnozlaşdırsalar da, nəticələr başqa fikir söyləməyə əsas verir.
Ortaya çıxan fakt odur ki, bir il ərzində müştərilər tərəfindən banklara qaytarılmayan vəsaitlərin həcmi 183,5 milyon manata qədər yüksəlib. Hər ay üçün təqribən 15,3 milyon manat qaytarılmayan vəsait düşür. 2013-cü ildə aylar üzrə bu nisbət 4-5 milyon manat təşkil edirdisə, keçən il problemli kreditlərdə kəskin artım hiss olunur. İqtisadçılar problemin dərinləşməsinin səbəbini bankların bahalı kredit siyasəti yürütməsi və əhalinin sosial-iqtisadi vəziyyətinin aşağı olması ilə izah edirdilər. Bütün bunları nəzərə alan Mərkəzi Bank uçot dərəcələrini 3,5 faizə qədər endirdi. Bu o deməkdir ki, bankların istifadə etdiyi mərkəzləşdirilmiş kreditlərin faizləri ucuzlaşıb. Amma
Hesabatdan da aydın olur ki, prosesin bankların təqdim etdiyi kreditlərin faiz dərəcələrinə təsirləri hiss olunmur.
Qeyd edək ki, ötən il respublika üzrə ümumi kredit qoyuluşu 18,5 milyard manat olub ki, bu da 2013-cü illə müqayisədə 16,1 faiz artıb.

Onun strukturuna gəlincə,

Xidmət və ticarət sektoruna - 14,5 faiz və ya 2,6 milyard manat;
Energetika, kimya və təbii ehtiyatlar sektoruna 1,1 faiz və ya 195,8 milyon manat;
Kənd təsərrüfatı və emal sahəsinə - 4,6 faiz və ya 847,3 milyon manat;
İnşaat və əmlak sektoruna- 13,8 faiz və ya 2,5 milyard manat;
Sənaye və istehsal sektoruna - 10,9 faiz və ya 2 milyard manat;
Nəqliyyat və rabitəyə- 4 faiz və ya 736 milyon manat;
Ev təsərrüfatlarına (istehlak krediti)- 44 faiz və ya 7,7 milyard manat;
Göründüyü kimi, portfeldə əsas yükü yenə də istehlak kreditləri təşkil edir. Halbuki proqnozlara görə, bu tip kreditlər azalmalı idi. Əksinə, bu istiqamətdə artım müşahidə edilir. Məsələn, ilin əvvəlində istehlak kreditlərinin həcmi 6,3 milyard manat təşkil edirdisə, ilin sonunda 1 milyard manatdan çox artıb.

Hesabata görə, əhalinin banklara yatırdığı əmanətlərin həcmi 7,1 milyard manat təşkil edib. Mərkəzi Bankın məlumatını təhlil etdikdə, iri şəhərlər və regionlar üzrə balans yenə də pozulub. Həm kredit, həm də əmanət qoyuluşunda Bakı maksimum üstünlüyə malikdir. Belə ki, respublika üzrə 7,1 milyard manatlıq əmanətin 6,6 milyardı və ya 92,5 faizi Bakının payına düşür. Eləcə də kredit qoyuluşlarının 85 faizi Bakıda cəmləşib.
İqtisadçı-ekspert Samir Əliyev sosial şəbəkədə paylaşdığı şərhdə qeyd edir ki, dekabr ayı ölkə iqtisadiyyatında olan gərginlik əmanət bazarında da müşahidə edilib: "Rusiya amili və manatın devalvasiya gözləntiləri əhalini vəsaitlərini dollara çevirməsinə vadar edib.
Dekabrda manat əmanətlərinin azalması, dollar əmanətlərinin isə artması baş verib. Milli valyutada olan əmanətlərin həcmi 59,7 milyon manat azalıb. Xarici valyutada olan əmanətlər isə 161,7 milyon manat artıb. Bununla da manat əmanətlərinin ümumi əmanətlərdə payı 61,5 faizə düşüb. Halbuki noyabr ayında bu göstərici 63.2 faiz idi".

Ekspertin diqqətini cəlb edən məqamlardan biri isə qısamüddətli əmanətlərin artımıdır: "Əhalinin yatırdıqları əmanətlərin valyutasının gələcəyi ilə bağlı qeyri-müəyyənlik onları qısa müddətə yatırıma sövq edib. Dekabrda qısamüddətli əmanətlər 78,7 milyon manat artdığı halda, uzunmüddətli əmanətlər daha az - 33,2 milyon artıb. Bununla da qısamüddətli əmanətlərin payı 60.2 faizdən 60,4 faizə yüksəlib. Bu tendensiya növbəti aylarda da davam edəcək. Əmanətlərin bir tərəfdən artım tempi azalacaq, digər tərəfdən isə manatın payı azalacaq. Əhali vəsaitlərini dollara transfer etməkdə davam edəcək. Bu proses ən azı marta kimi uzanacaq. Sonrakı proseslərdən, o cümlədən, neftin qiymətindən asılı olaraq yeni situasiya yarana bilər".
Bu il üçün əsas gündəmdə olan məsələlərdən biri Mərkəzi Bankın məcmu və nizamnamə kapitalı ilə bağlı qoyulan tələbi yerinə yetirməyən banklar haqqında məlumatdır. Qeyd edək ki, məcmu kapitalı minimum 50 milyon manatı ödəməyən bankların yanvarın 1-dən etibarən fəaliyyəti dayandırılmalı idi. AMB hələ ki, bununla bağlı hər hansı bir açıqlama verməyib. Lakin ötən ilə dair statistikadan məlum olur ki, bankların sayında azalma əvəzinə artım baş verərək, 45-ə yüksəlib. Halbuki, hesabatda iki bankın məcmu kapitalının 10 milyon manat çatmadığı göstərilir. İlin sonunda onların lisenziyasının ləğvi gözlənildiyi halda, bazara iki əlavə bank daxil olmaqla bu tip maliyyə təşkilatlarının sayını artırıb. Dövlət banklarının sayı birdən ikiyə yüksəlib.

2014-cü ildə zərərlə işləyən bankların sayı da iki dəfə yüksəlib. Belə ki, bundan əvvəlki ildə belə maliyyə təşkilatlarının sayı 4 idisə, ötən il onların sayı 8-ə yüksəlib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO