Azərbaycan İdeyası

Parlament seçkisindən nələr yazıldı - MDB

Tarix:2-11-2015, 11:40
Baxış Sayı:376

Ötən gün Azərbaycanda baş tutmuş parlament seçkisinə MDB mətbuatı geniş yer ayırıb.
"Korrupsiya və Qanun" qəzeti Seçki-2015-ə istinadən xəbər verir ki, Rusiyanın RBK, RİA-Novosti, TASS, İnterfaks, Lenta.ru agentliklərində yer alan yazılarda bildirilib ki, Azərbaycandakı seçkilər sakit və hakim Yeni Azərbaycan Partiyasının üstünlüyü ilə başa çatıb.
Rusiyanın MİR-24 telekanalı qeyd edib ki, seçkiləri 503 beynəlxalq və 66 min yerli müşahidəçi izləyib. Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun açıqlamasından sitat gətirən kanal vurğulayıb ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə və ölkə qanunvericiliyinə uyğun keçirilib.
Rusiya İnsan Hüquqları müdafiəçisi Aleksandr Brod “İzvestiya” qəzetinə açıqlamasında seçkilərdə hər hansı nöqsana rast gəlmədiyini deyib:
“Mən paytaxt Bakının 10-dan çox məntəqəsində müşahidə apardım. Seçki komissiyaları çox dəqiq işləyirdi. Eyni zamanda Gəncədə səsverməni izləyən əməkdaşlarla əlaqə saxladım. Hər hansı nöqsanla bağlı məlumat daxil olmadı”.
Qazaxıstanın rəsmi informasiya agentliyi “Kazinform” da Azərbaycanda baş tutan parlament seçkilərinə yer ayırıb. Agentlik seçicilərin aktivliyindən və ekzit-polun nəticələrinə görə, hakim Yeni Azərbaycan Partiyasının parlamentdə mandat çoxluğu qazanmasından yazıb.
Belarusun rəsmi “Belta” agentliyi də Azərbaycanda baş tutan parlament seçkilərini işıqlandırıb. Yazıda seçki barədə müfəssəl məlumat (namizədlərin, seçicilərin, seçki məntəqələrinin sayı və sair) verilib. Agentlik qeyd edib ki, seçkilərin şəffaflığını təmin etmək məqsədilə məntəqələrin çoxunda veb- kameralar quraşdırılıb. Seçkini 40-dan çox beynəlxalq təşkilatdan 503 müşahidəçi izləyib. Beynəlxalq təşkilatlarla yanaşı, Avstraliya, İtaliya, Litva, Latviya və digər ölkələrin müşahidəçiləri də səsvermə prosesinin şahidi olublar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO