Azərbaycan İdeyası

Deputatlığa namizədlər seçkidə nə qədər xərclədilər?

Tarix:3-11-2015, 16:30
Baxış Sayı:546

Milli Məclisə başa çatan seçkilərlə bağlı hələ oktyabrın 9-dan start verilən təbliğat-təşviqat kampaniyası oktyabrın 31-də yekunlaşdı. Artıq qalib namizədlərin adları açıqlanıb. Bəs 22 günlük seçki marafonuna namizədlər nə qədər vəsait xərcləyiblər?
"Korrupsiya və Qanun" qəzeti modern.az-a istinadən bildirir ki, keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirib ki, maliyyə üzrə köməkçisi hesabatı hazırladıqdan sonra bu haqda dəqiq məlumat veriləcək.
"Nə qədər vəsaitin xərcləndiyi yalnız seçki hesabatı təqdim edilən zaman açıqlanacaq".
Ədalət Partiyasının sədri İlyas İsmayılov isə təbliğat-təşviqat kampaniyasına xərclədiyi vəsaiti açıqlamaqdan imtina edib: "Bu, Amerika seçkisi deyil ki, namizədlərə müəyyən qədər vəsait ayrılsın və bunun hara xərcləndiyinin hesabatı istənilsin. Öz cibimizin pulu ilə hər şeyi etmişik".
Artıq deputat elan edilən Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bildirib ki, seçki təbliğatına 2600 manat xərcləyib. "Bu, əsasən plakatlara və seçki qərargahının tutulmasına xərclənilib".
Digər qalib, Mətbuat Şurasının sədri Əflatun Amaşovun sözlərinə görə, onun seçki təbliğatı zamanı çox az pulu çıxıb: "Əsasən, plakatlara və çap məhsullarına vəsait xərcləmişik. Digər işləri isə dostlarımın köməyi ilə həll etmişik".
İlk dəfə deputat seçilən politoloq Elman Nəsirov isə Yeni Azərbaycan Partiyasının xətti ilə seçkilərdə iştirak etdiyi üçün təbliğat-təşviqat məsələlərinin partiya xətti ilə reallaşdığını bildirib.
Seçkilərdə məğlub olan əməkdar artist, müğənni Elza Seyidcahan da xərclədiyi vəsaiti açıqlamaqdan imtina edib. O bildirib ki, bu barədə hesabatı sabah Siyəzən şəhərində keçirəcəyi mətbuat konfransı zamanı açıqlayacaq.
Növbəti dəfə deputat mandatı əldə edən Əli Məsimli qeyd edib ki, maliyyə üzrə nümayəndəsi hesabatı tam hazırlamadığı üçün bu barədə dəqiq danışa bilməcəyk. Lakin o, seçki təbliğatı zamanı o qədər də böyük vəsait xərcləmədiklərini deyib. Çünki buna ehtiyac olmadığını vurğulayıb.
Parlamentin yeni deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli əsas xərcinin şəkillərə və poliqrafiya nəşlərinə çıxdığını deyib. Onun sözlərinə görə, könülllər və dostları bu işdə ona təmannasız yardım ediblər və 200-250 nəfərlik komandası ilə seçki təbliğatını reallaşdırıb.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO