Azərbaycan İdeyası

Avtomobili içkili sürən nazir istefa verdi - FOTO

Tarix:24-08-2016, 10:56
Baxış Sayı:488

Avtomobili içkili sürən nazir istefa verdi - FOTO
İsveçin lisey təhsilinə məsul naziri Aida Hadzialic içkili vəziyyətdə sükan arxasında tutulduqdan sonra keçirdiyi mətbuat konfransında: "Həyatımın ən böyük səhvini etdim", - deyərək istefa edib.

Criminal.az publika.az-a istinadən bildirir ki, dünən axşam Danimarkanın paytaxtı Kopenhagendə konsertdə olduqdan sonra Malmöyə gələrkən yol polisinin keçirdiyi reyd zamanı saxlanılan və qanında spirt aşkarlanan nazir Aida Hadzialic mətbuat konfransı keçirib. O bildirib ki, konsertdən əvvəl iki stəkan şərab içib.

Konsert başa çatandan sonra spirtin təsirinin keçmiş ola biləcəyini düşünərək sükan arxasına keçib: "Deməli, keçməyib. Bu, indi nəticələrinə dözdüyünüz böyük bir səhv idi. Böyük bir səhvə yol verdiyimi etiraf edir və vəzifəmdən istefa verirəm", - deyə o bildirib.

Qeyd edək ki, Yuqoslaviyada vətəndaş müharibəsi əsnasında ailəsi ilə birlikdə 1992-ci ildə 5 yaşında ikən İsveçə sığınan Bosniya mənşəli Aida Hadzialic 2014-cü ildən bəri Sosial Demokrat Partiyasını təmsil edən koalisiya hökumətində nazirlik edirdi. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə