Azərbaycan İdeyası

Məşhur azərbaycanlı aparıcı doğum günündə VƏFAT ETDİ

Tarix:14-09-2018, 12:25
Baxış Sayı:278



Tanınmış jurnalist və aparıcı Nigar İsmayılqızı doğum günündə vəfat edib.

Korrupsiya-q.az xəbər verir ki, aparıcı leykoz (qan xərçəngi) xəstəliyindən əziyyət çəkirdi. Xanım jurnalist sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, dünən Mərkəzi Xəstəxanada vəfat edib.

Xatırladaq ki, Nigar İsmayılqızının dünən 34 yaşı tamam olub. "Space” və AZTV-nin Xəbərlər Departamentində çalışıb. ATV-nin Xəbərlər Departamentində redaktor olub. Türkiyənin "GEM.AZ1” Televiziyasında iqtisadiyyat xəbəri aparıcısı kimi çalışıb. Onlarla publisistik məqaləsi müxtəlif mətbu orqanlarda dərc edilib.

Azərbaycan Yazıçılar Birliyinin üzvü və Prezident təqaüdçüsüdür. 2015-ci ilin dekabr ayında AYB kitab layihəsi çərçivəsində "Pamukun qonşusu” adlı esselərdən ibarət ilk kitabı çapdan çıxıb. Həmçinin "Bakıdan Nazim keçdi” adlı sənədli filmə ssenari yazıb, film çəkib. Ardınca "Nazimin Bakı izləri”, "Ölsəm yaşat” adlı sənədli filmləri təqdim olunub. 2016-ci ilin dekabrında 36-ı xüsusi müsahibədən ibarət "Bakıdan İstanbulacan və dönüş” adlı kitabı işıq üzü görüb. 2017-ci ldə Qarabağ müharibəsinə həsr olunan "Savaşçı”(aprelin izi ilə…) adlı kitabı çap olunub. Müxtəlif dövlət və özəl qurumlarla, o cümlədən Heydər Əliyev Fondu ilə əməkdaşlıq edib.

OXŞAR XƏBƏRLƏR
38 nəfər saxlanıldı
38 nəfər saxlanıldı
Bu tarixdə qısa iş günü OLACAQ
Bu tarixdə qısa iş günü OLACAQ
Bu gün Yel çərşənbəsidir
Bu gün Yel çərşənbəsidir
Kredit borcu olanların NƏZƏRİNƏ
Kredit borcu olanların NƏZƏRİNƏ
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Azərbaycan nefti rekord həddə bahalaşdı - SON QİYMƏT
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür