Azərbaycan İdeyası

Uşaqların sevimlisi olan aparıcı vəfat etdi

Tarix:12-02-2018, 14:05
Baxış Sayı:330



 Uşaqların sevimlisi olan aparıcı vəfat etdi
Mərdəkan Mədəniyyət Mərkəzinin bədii rəhbəri və direktor müavini Kamran İsrafilov vəfat edib.

Bakı Şəhəri Mədəniyyət və Turizm Baş İdarəsinin Moderator.az-a verdiyi məlumata görə, K. İsrafilov fevralın 12-də səhər saatlarında beyninə qan sızma (insult) nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, 39 yaşlı K. İsrafilov bir müddət İctimai Televiziyada uşaqlar üçün verilişin aparıcısı olub. Kamran İsrafilov Heydər Əliyev Fondunun təşəbbüsü ilə baş tutan Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə “Azərbaycanın xoşməramlı mələkləri” adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı