Azərbaycan İdeyası

Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO

Tarix:24-08-2016, 10:51
Baxış Sayı:407

Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO
Bakı Sağlamlıq Mərkəzində misli görünməmiş həkim məsuliyyətsizliyi ucbatından xəstə dünyasını dəyişməsi barədə xəbər vermişdik. Criminal.az saytı bildirir ki, mərhumun qızı İrina Zotova atasının başına gətirilən müsibətdən yazıb. O, atasının mərkəzin baş həkimi, cərah Elçin Əzizov tərəfindən sərxoş vəziyyətdə əməliyyat etməsi mətbuatda böyük əks-səda yaradıb.

Criminal.az saytı həmin cərrahın fotolarını əldə edib. Həmin fotolarla yanaşı səhiyyə sistemini sirkələyən hadisəni ifşa edən şikayətçi İrina Zotovanın qeydlərini də olduğu kimi təqdim edirik:
Bakıda əməliyyatı sərxoş halda edib xəstəsi ölən cərrah - FOTO
"Atamı müayinə edən həkim ona diaqnoz qoymaqda çətinlik çəkdi. Saat 14.50-də xəstəxanaya çatdırılmasına baxmayaraq, bu saatda ona diaqnoz qoyacaq bir həkim tapılmadı. Xəstəxanada kompüter tomoqrafiyasını, rentgeni, UZİ-ni edə biləcək mütəxəssislər işdə yox idi. Buna görə də sözügedən proseslərin həyata keçirilməsi sabaha ertələndi. Bu, hələ ən dəhşətlisi deyil. Atamı əməliyyat etmək üçün çağırılan cərrah xəstəxanaya sərxoş vəziyyətdə gəldi. Özü də yüngül yox, əməlli-başlı sərxoş! O, ilk cəhdlə öz kreslosuna əyləşə bilmədi, bizimlə danışarkən çəkdiyi siqareti belə ilk dəfədən ağzına qoya bilmirdi. O, hətta öz baxışlarını üzərimizdə cəmləməyi bacarmırdı. Cərrahın nə vəziyyətdə olduğunu görən bacım onun toydan gəlib-gəlmədiyini soruşanda həkim belə cavab verdi: "Bu gün cümə günüdür. Bu, mənim haqqımdır!" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
Bu gün şəhid Milli Qəhrəmanımız polkovnik İlqar Mirzəyevin doğum günüdür - FOTO
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
8 May Qarabağın ürəyi Şuşanın işğalı günüdür
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
Muzdla çalışanlar və orta aylıq nominal əməkhaqqı
İqtisadi fəal, məşğul, işsiz əhali
İqtisadi fəal, məşğul, işsiz əhali
Yeni açılmış iş yerləri
Yeni açılmış iş yerləri
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əhaliyyə göstərilən ödənişli xidmətlərin həcmi
Əsaslı tikinti
Əsaslı tikinti
Sənaye
Sənaye