Azərbaycan İdeyası

Milyarder oğlunun anasını öldürməsinin şok səbəbi

Tarix:26-05-2016, 23:53
Baxış Sayı:416

O, müstəntiqlərə hadisə yerini göstərib və qətlin təfərrüatlarını danışıb.

Tatarıstanın paytaxtı Kazanda rusiyalı milyarder İqor Sosinin oğlunun öz anasını boğaraq öldürməsinin səbəbi məlum olub. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, milyarderin oğlu Yeqor polislərlə hadisə yerinə gələrək anasını necə öldürdüyündən danışıb:

”Anamı mən öldürmüşəm, etiraf edirəm. O, mənə əxlaqsız təklif etdi. İçimdəki şeytanı çıxarmaq üçün onu təxminən yarım saat boğdum. Öldüyündən əmin olduqdan sonra bütün gücümlə onun üzünə yumruq zərbələri endirdim. Ona ən az 20 zərbə endirdim”, - deyə qətli törədən Yeqor polis əməkdaşlarına deyib.

Hadisə ötən il dekabrın 10-da Kazanın “Korston” otelində baş verib. Oteldə işləyən şəxs polisə şikayət edərək bildirib ki, qonaqlardan birinin paltarının üstündə qan izləri var və həmin oğlan dəhlizdə gəzir. Otelə gələn polis əməkdaşları dəhlizdə narkotik maddənin təsiri altında olan 19 yaşlı oğlanı saxlayaraq bölməyə aparıb. Milyarder oğlunun anasını öldürməsinin şok səbəbi
http://www.anspress.com/media/image/5746f12124b41/600@0
Lüt halda olan gənc oteldə dincələn digər qonaqlara sataşırmış. Otel otaqlarının birində isə 44 yaşlı qadının meyiti polis əməkdaşları tərəfindən aşkarlanıb. Araşdırma nəticəsində məlum olub ki, öldürülən qadın gəncin anasıdır. Qadının bədənində çoxsaylı göyərmə izləri aşkarlanıb. Onun boğulmadan öldüyü bildirilib.

Aparılan araşdırmalar zamanı qətlin milyarderin oğlu Yeqor tərəfindən törədildiyi müəyyən edilib. İlkin dindirmədən sonra Yeqor Sosin hadisədən əvvəl anasının ona çoxlu naməlum həblər verdiyini və bunun nəticəsində onun halının dəyişdiyini bildirib. Yeqor hadisənin necə baş verdiyini və anasını necə boğduğunu xatırlamadığını bildirmişdi. Milyarder oğlunun anasını öldürməsinin şok səbəbi
İqor Sosin “Starıy Xottabıç” mağazalar şəbəkəsinin sahibi və OBİ şirkətinin səhmdarlarından biridir. Milyarder özünün dəbdəbəli həyatı ilə tanınır. O, hərracda ən bahalı lüks əşyaları alır. Məsələn, Truman Capotenin “Tiffanigildə səhər yeməyi” romanının əlyazmasını 306 min dollara satın alıb. Dünyanın bütün adlı-sanlı dizaynerlərinin qırmızı donlarının kolleksiyasına isə 3,5 moilyon avro xərcləyib.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı