Azərbaycan İdeyası

AZƏRBAYCANDA BİTƏN BU BİTKİ VİTAMİN BOMBASIDIR

Tarix:12-06-2019, 12:38
Baxış Sayı:154


Əvəlik Azərbaycanda çox istifadə olunan bitkidir. Tərkibində o qədər vitamin var ki, saymaqla bitməz.

Onda limonda olduğundan da çox C vitamini var. Bu vitamin dəmirin mənimsənilməsini təmin edir. A, E, PP və B qrup vitaminləri ilə zəngindir.

Təbii askorbin turşusudur, qanı durulaşdırır. Antioksidant təsiri var.

Əvəliyin həm təzə yaşılı, həm qurudulmuşu xalq təbabəti və mətbəximizdə istifadə olunur.

Medicina.az əvəliyin bilmədiyiniz 10 faydasını təqdim edir. Bol -bol yesəniz bu problemlərinizə təbii çarə edə bilərsiniz.

1. Askorbin turşusu olduğundan qan damarlarının keçiriciliyini yaxşılaşdırır, qanı qovur, beynin işini aktivləşdirir

2. A vitamini bol olduğu üçün gözlərdə itiliyi artırır

3. B qrup vitamini ilə zəngindir, ona görə sinir, əsəb sistemini möhkəmləndirir, stress, yuxusuzluq, xroniki yorğunluq, nevrozda yeyilməlidir

4. Dəmirlə zəngindir, qanın keyfiyyətini yaxşılaşdırır, qan dövranını artırır, qanazlığında çox yeyilməlidir

5. Döyülmüş yarpaqları və şirəsi dəri zədələnməsi, yanıq, yara, səpki, sızanaqda çəkilir.

Bağırsaqlarda parazitləri yox edən 4 MƏHSUL
Bağırsaqlarda parazitləri yox edən 4 MƏHSUL
6. Əvəlik sümük, dırnaq və dişləri möhkəmlədir. Kollagenlə təmin edir. Sümükləri uzadır.

7. Ürək üçün vacibdir. Orqanizmdə maye balansını təmin edir. Ürək-damara təzyiqi azaldır. İnfarkt və işemik xəstəlik riskini azaldır

8. Sinusit, haymorit, angina, burun-qulaq-boğaz orqanlarının infeksiyaları, iltihabında istifadə olunur.

9. Şəkərli diabet riskini azaldı, mədəaltı vəzinin işini normallaşdırır.

10. Mədədə köp, qəbizlik zamanı işlədici kimi istifadə edilir. İshalın da qarşısını alır.

Kimlərə olmaz

Podaqrası olanlar, böyrəklərində daş olanlar, mədə-bağırsağınnda yara olanlar ehtiyatlı olmalıdır. Əvəlik bədəndən artıq mayeni qovub çıxartdığı üçün, sidikqovucu təsir olduğu üçün, böyrəklərdən daşı tərpədə bilər. Eləcə də duz mübadiləsini poza bilər. Hamilələrə də qəti olmaz.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı