Azərbaycan İdeyası

YENİ FORMALAŞACAQ PARLAMENT ALİMENT FONDU YARADACAQMI?

Tarix:4-02-2020, 11:17
Baxış Sayı:217

Icra məmurlari alimentdən yayinan valideynləri “itirir – tapmir”


Bildiyimiz kimi, Hicran Hüseynova Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) 2020-ci ilin fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə namizədliyinin irəli sürülməsi ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinin icrasını dayandırıb. Komitənin sədri vəzifəsinə sədr müavini Aynur Sofiyeva təyin olunub.
Ancaq ümid etmək olar ki, Hicran Hüseynova deputat seçilərsə, ali qanunverici orqanda təşəbbüsçüsü olduğu Aliment Fondunun yaradılması ilə bağlı təklifi tez-tez xatırladacaq.
Xatırladaq ki, zaman-zaman gündəmə gələn bu məsələ hələ keçən il Milli Məclisdə müzakirəyə çıxarılmışdı. Aliment fondunun Ədliyyə Nazirliyinin tərkibində fəaliyyət göstərməsi təklif edilirdi. Lakin Fondun yaradılması üçün maliyyə tələb olunduğundan bu günədək öz həllini tapmayıb. Bu təklif veriləndə alimentin dövlət tərəfindən ödənilməsi üçün müəyyən büdcənin ayrılması tələb olunurdu. Amma təəssüf ki, lazımi maliyyə ayrılmadı, bu üzdən də Aliment Fondunun yaradılması təklif olaraq qaldı.
Aliment fondu dünya praktikasında var. Fransada, Skandinaviya ölkələrində də belə təcrübədən istifadə edilir. Həmin ölkələrdə dövlət həbs edilənlərin aliment öhdəliyini müvəqqəti üzərinə götürür. Haqqında cinayət işi açılanlar əmək-islah işlərinə cəlb olunduqdan sonra aliment üçün ödənilən məbləğ onlardan geri alınır. Bu çox yaxşı təcrübədir. Amma çox təəssüf ki, maliyyə ayrılmadığından Azərbaycanda bunu həyata keçirmək mümkün deyil.
Bu təcrübə uşaqların fasiləsiz aliment almasını təmin etmək məqsədi daşıyır. Aliment Fondu olduqda həmin müddətdə sabit aliment məbləği fond tərəfindən ödənilir. Uşağın günahı deyil ki, atası aliment ödəmir. Dövlət Aliment Fondu vasitəsilə həmin uşaqlar üçün vəsait ödəyə, sonra aliment ödəməyən valideynlərdən həmin pulları ala bilər.
Amma hələ ki, aliment öhdəliyindən yayınma ilə bağlı öhdəlikdən yayınma halları barədə şikayətlər çoxalmaqdadır. Üzərində aliment öhdəliyi olan valideynin (əsasən atanın) gizlənməsi və icra məmurları və polis tərəfindən tapılmaması da bir ayrı dərd olub.
Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev - 3, mənzil - 68 ünvanda yaşayan Vahidova Günay Famil qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək keçmiş əri İsayev Samir Adil oğlundan 2016-cı ildən məhkəmə qaydasında kəsilmiş alimenti hələ də ala bilmədiyini bildirmişdir. Yazır ki, 11.11.2014-cü il təvəllüdlü oğlu İsazadə Elyarla qəti maraqlanmayan Samir üst-üstə yığılan 5000 manatadək aliment borcundan heç nə ödəməyib. Günay xanımın sözlərinə görə, icra məmurları və rayon polisi Samiri axtarıb tapmağa yetərincə səy göstərmirlər. Dəfələrlə aidiyyati orqanlara, o cümlədən Gəncə şəhər Kəpəz rayon İcra və Probasiya Şöbəsinin rəis müavini Ələmdar müəllimə müraciət etsə də, gözlədiyi nəticə yoxdur. Hər dəfə də Samirin axtarıldığını, tapılmadığını deyirlər.
Günay Vahidovanın verdiyi məlumata görə, heç yerdə işləmir, özü də, uşağı da atası Famil kişinin himayəsinə sığınıblar. Odur ki, redaksiyamızdan bu məsələni ictimailəşdirməyi xahiş etmişdir. Ümid edir ki, ictimai qınaq yolu ilə əlaqədar qurumların mənsublarına öz vəzifələrinin icrasının vacibliyini xatırlada biləcək.

Adəm Əliyev

6-cı səhifəni hazırladı: Adəm Əliyev

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026