Azərbaycan İdeyası

QƏLBLƏRDƏ ÖZÜNƏ “YAXŞILIQ ABİDƏSİ” QURAN HEYKƏLTƏRAŞ

Tarix:4-02-2020, 11:30
Baxış Sayı:305

(nekroloq əvəzi)
Həqiqəti özünə həyat prinsipi seçən Gülpaşa Ağaməliyevin ən böyük mükafatı İnsana, İnsanlığa dəyər verə bilən, qədirşünas dostlarının, qohumlarının, həmkarlarının məhəbbət rəmzinə bənzəyən qəlblərində özünə taxt qura bilməsiydi.
Bu yaxşılıq mücəssəməsi böyük dost, böyük insan ətrafında olan gənclərin həyatda və cəmiyyətdə düzgün yer tutmaları üçün öz köməyini heç kimdən əsirgəməyib. Duruşundan, baxışından insanlıq tökülən bu adam yaxşılıq heykəliydi. Ancaq o heykəli kimsə qoymayıb ondan ötrü. Allahın lütfüylə öz əlləriylə, gözəl əməlləriylə, dövlətçilik eşqiylə, milli ruhuyla özü ucaldıb.
Ağaməliyev Gülpaşa Əlipaşa oğlu Azərbaycanda Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini (hazırki Azərbaycan Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kollecini) “Rəsm və rəsmxət müəllimi” ixtisası üzrə bitirmiş, sonra Ukraynada Rəssamlıq və Heykəltəraşlıq İnstitutunda ali təhsil almışdır. Bir neçə il müəllim işlədikdən sonra 8 nömrəli Trestin nəzdindəki “SU – 85” tikinti idarəsində müxtəlif vəzifələrdə çalışmışdır. Təqaüdçü idi.
Xoşbəxtlər üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçün isə bir gecə də əzablı ömür qədər uzundur. Gülpaşa müəllim də o xoşbəxtlərdən idi ki, ömrünün hər gününü dolğun, mənalı və düzgün yaşadı. Allah-Təala heç bir bəndəsini xoşbəxt və ya bədbəxt yaratmır. Hər kəs yaşadığı həyatda tutduğu mövqe və gördüyü işlərlə bunlardan birini qazanır. Çünki hər kəs ömür adlı yolda öz yükünü daşıyır. Gülpaşa müəllimin də tale yükü insanpərvərlik, xeyirxahlıq və düzgün amal uğrunda getdiyi məqsəd idi. Həyat keçən günlərlə deyil, yaddaqalan günlərlə xatırlanır. Gülpaşa müəllim da məhz belə xatırlanan insanlardandı.
Əbədi yaddaşlarda qalan isə hər kəsin qazandığı savablar, özündən sonra qoyub getdiyi əməlləridir. O əməllər ki, sönmüş ocaq kimi tüstüsü olmasa da, hər zaman qəlbdə qığılcım kimi közərəcək. Gülpaşa müəllimin də savab dolu xeyirxah əməlləri onu dostlarının, tanışlarının, doğma və əzizlərinin qəlbində daim yaşadacaqdır.
Ölmək deyil, sağ olub yaşamamaq qorxuludur. Gülpaşa Ağaməliyev sağlığında dostlarının, yaxınlarının sevimlisi, öldükdən sonra isə onu tanıyanlıarın qəlbinin bəzəyi, şirin xatirəsi oldu. Qoy ulu Tanrı onun qəbrini nurla doldursun, ruhunu şad etsin.

Mahizər Qəribova

OXŞAR XƏBƏRLƏR
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Şahdağa qar yağıb, Gədəbəyə dolu düşüb - FAKTİKİ HAVA
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Xanlar Vəliyevin qızına yeni vəzifə verildi
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
Kriştianu Ronaldu tarix yazmaqda davam edir
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
17 mayda imtahan verəcək abituriyentlərin NƏZƏRİNƏ
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Azərbaycanda bir neçə işəgötürən 100 min manata yaxın CƏRİMƏLƏNİB
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Tramp İranla yeni nüvə razılaşmasının detalları barədə danışdı
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026
Paytaxtın hansı küçələrində sıxlıq var? - FOTO - 08.05.2026