Azərbaycan İdeyası

23 İL HƏRBİ XİDMƏT KEÇMİŞ 74 YAŞLI MÜHARİBƏ VETERANI MƏNZİL GÖZLƏNTİSİNDƏ

Tarix:4-02-2020, 11:15
Baxış Sayı:270

Göytəpə Cəlilabadın peyk şəhəridir. Yaşayış məntəqəsi kimi iki yüz ilədək yaşı var. Bir zamanlar burada malakan və pravoslavlar məskunlaşmışdır. Hazırda əhalinin əksəriyyəti azərbaycanlılardır. 1992-ci ilədək Prişib adlandırılan şəhər tipli qəsəbənin həmin vaxtdan tarixi Göytəpə adı qaytarılıb. Şəhərdə əllidən artıq küçə var. Həmin küçələrdən biri və 1 saylı məktəb Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adını daşıyır. Ümumiyyətlə, Göytəpə şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin (onların sayı 30 nəfərdir) xatirəsi əziz tutulur. Vüqar Mürsəlovun büstü, "Şəhidlər" abidə kompleksi ziyarətgaha çevrilib.
Cənab Prezidentimizin tapşırığına əsasən Qarabağ əlilləri və şəhid ailələri hər zaman diqqətdə saxlanılır və dövlət qayğıları ilə əhatə olunur. Həmin o qayğının bariz nümunələrindən biri kimi Cəlilabad rayonunda 3 bina, Göytəpə qəsəbəsində 8 fərdi ev tikilərək bütün avadanlıqlarla təchiz olunaraq şəhid ailəsi və Qarabağ əlillərinə verilib. 2019-cu il dekabrın 27-də isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Masallı, Xaçmaz, Bərdə, Ağdam, Ağcabədi, Yevlax, İmişli, Zərdab, Tərtər, Saatlı, Sabirabad, Cəlilabad və digər rayonlarda yeni tikilmiş daha 81 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Ancaq rayonda, eləcə də Göytəpə şəhərində mənzilə ehtiyacı olan 1973-cü ildən 1993-cü ilədək 20 il sovet ordusunda, sonrakı 3 ili (1993-1996) isə Milli Orduda qulluq etmiş 1946-cı il təvəllüdlü Həsənov Alim Tərif oğlu respublikamızın ərazi bütövlüyü uğrunda Xocavənd-Beyləqan rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmiş, sıravi əsgərdən baş gizir rütbəsinədək yüksəlmiş, xəsarət almışdır. Hazırda Cəlilabad rayonunun Göytəpə qəsəbəsindəki hərbi şəhərcikdə zabitlər yaşayan 155 saylı binanın 28 saylı mənzilində qalan Həsənovun ailəsi oğlu, gəlini və nəvələri ilə birgə 6 nəfərdən ibarətdir.
Redaksiyamıza yazdığı ərizədə 23 ildir ki, mənzil növbəsinə dayandığını bildirir. 74 yaşlı müharibə veteranı ömrünün heç olmasa qalan hissəsini dövlətin ona verəcəyi mənzildə keçirmək istəyir. Ümid edir ki, onun vəziyyəti KİV-də ictimailəşərsə, arzusu bəlkə tez gerçəkləşər.
Qeyd edək ki, Göytəpə şəhər ərazi nümayəndəliyi Həsənova Müdafiə Nazirliyinə təqdim olunması üçün yaşayış yeri barədə arayış verib. Amma bu, Cəlilabad Rayon İcra Hakimiyyətinin konkret hansı kateqoriya üzrə Həsənovu mənzilə ehtiyacı olan vətəndaş kimi uçota götürməsini təsdiqləyən sənəd deyil.

Korrupsiya-q.az

OXŞAR XƏBƏRLƏR
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Xəstələr nə vaxt dərmanları pulsuz alacaqlar, ilk növbədə kimlərə şamil olunacaq?
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Ronaldu və Corcina evlənirlər - Toyun təfərrüatı açıqlanıb
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
Sumqayıtda zəncirvari qəza: Dörd avtomobil toqquşdu
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
KİV: FIFA klublararası DÇ ilə bağlı komandalara vəd olunan 250 milyon dolları ödəməyib
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
Prezident Qarabağın bərpasında köməyə görə Qırğızıstana təşəkkür edib
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
HƏMAS-ın tərk-silah edilməsi prosesinə başlanılır?
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib
Çolpon-Ata şəhərində İlham Əliyevin Sadır Japarovla təkbətək görüşü keçirilib