Azərbaycan İdeyası

Şikayətlər araşdırılmır, geri götürdülür

Tarix:28-08-2020, 17:31
Baxış Sayı:343

Sadiq oxucularımız xatırlayarlar, “Korrupsiya və Qanun” qəzetinin 20 noyabr 2020-ci il tarixli 74-cü sayında “Şəhid bacısından rüşvət istəyirlər” başlıqlı məqalə dərc olunmuşdu. Oxucularımız sırasına yeni qatılanlara məlum edirik ki, həmin məqalədə söhbət “yan amiotrofik skleroz” xəstəliyindən əziyyət çəkən 1975-ci il təvəllüdlü üç uşaq anası Yunusova Ceyran Manaf qızının maddi sıxıntı səbəbindən vaxtlı-vaxtında müalicə götürə bilməməsindən gedirdi.
Ceyran Yunusovanın problemini ictimailəşdirmək məqsədilə redaksiyamıza ərizə ilə müraciət etmiş anası Manafova Sahibə Cəlal qızı bildirmişdi ki, 2016-cı ildə müraciət etdiyi Səhiyyə nazirinin göstərişindən sonra əlillik dərəcəsi alması üçün qeydiyyata götürülməsi üçün çağırıldığı Qax rayon Mərkəzi Xəstəxanasında ondan ilk əvvəl 70 manat rüşvət alıblar, sonra isə daha çox miqdar tələb ediblər. Həmin pulu verə bilmədiyi üçün 3 ildir ki, xəstə qızının aqibəti ilə maraqlanan yoxdur.
Qeyd edək ki, Ceyran Yunusova 1993-cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə 20 yaşında ikən şəhid olmuş Şıxəli Manafovun bacısıdır. Vaxtilə oğlundan, indi isə qızından ötrü sızlayan şəhid anası ricasının KİV üzərindən prezidentə, səhiyyə nazirinə, baş prokurora çatdırılmasını xahiş edirdi.
Biz də çatdırdıq. Yalnız İcbari Sığorta üzrə Dövlət Agentliyindən redaksiyaya cavab gəldi. Surəti də baş prokurorluğa ünvanlanmışdı. Görünür, baş prokurora yazdığımız məktubla qoşma olaraq göndərdiyimiz qəzet nüsxəsi “aidiyyati üzrə” Agentliyə ötürülüb ki, araşdırıb həkimlərinə “bəraət” qazandırsın.
Agentliyin 05 mart 2020-ci il tarixli məktubunda bildirilir ki, müraciətin (redaksiyanın müraciətinin-red.) araşdırılması məqsədilə vətəndaş Yunusova Ceyran Manaf qızı Xəstəxanaya dəvət edilərək tərəfindən məsələ ilə bağlı yazılı izahat alınmışdır: “Vətəndaş izahatında qəzetdə dərc olunmuş məqalədə anlaşılmazlıq olduğunu və məqalə üzrə məlumatların anası tərəfindən verildiyi üçün düzgün qeyd edilmədiyini bildirmişdir. Bundan başqa, C.Yunusova pul tələbi ilə əlaqədar məqamı yanlış anladığını və buna görə peşman olduğunu qeyd etmişdir”.
Deməli belə, məktubda C.Manafovanın xəstəliyindən, müayinəsindən, müalicəsi perspektivindən bir kəlmə də söz açılmayıb. Sanki onun xəstəxanaya çağırılmasında məqsəd elə izahatını almaq imiş. İndi isə gəlin görək, C.Manafovanın Agentliyin redaksiyaya göndərdiyi məktuba qoşma etdiyi izahatında nə yazılıb: “...Məndən 70 manat istədilər, amma imkanım olmadığına görə vermədim. Bu səbəbdən də daha çox məbləğ istəyərlər deyə sonradan getmədim. Sonradan xəstələrdən eşitdim ki, heç bir məbləğ istənilmir və buna görə peşmanam”.
Buradan belə yəqin hasil olur ki, İcbari Sığorta üzrə Dövlət Agentliyi idarə heyəti sədrinin müavini Nigar Bayramova (məktubun müəllifi) 70 manatı rüşvət hesab eləmir. Həm də maraqlıdır, bir halda ki, C.Manafovanın qəzetdə gedən yanlışlığı öz anasının üzərinə qoymaq imkanı vardısa, daha nəyə görə izahatında peşmançılıq ifadə etməliydi? Bir də ki, Ceyran xanımı çağırmışkən, elə anası ilə birgə çağıraydılar, hər ikisindən izahat alaydılar. Biz ki, qəzetdə məlumatın kim tərəfindən verildiyini aydın yazmışdıq. Nəticə: İzahat diktə altında yazdırılıb.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama