Azərbaycan İdeyası

SƏHİYYƏ NAZİRLİYİNİN GÖSTƏRİŞİNƏ ƏMƏL OLUNMUR

Tarix:23-08-2017, 15:16
Baxış Sayı:495




Həkimlərin səhlənkarlıqları, düzgün diqnoz qoymamaları səbəbindən əziyyət çəkən, səhhət durumu daha da ağırlaşan xəstələr az deyil. KİV-də bu barədə yetərincə informasiyaya rast gəlmək mümkündür. Rəsmi qurumlar bu müstəvidəki problemlərin qarşısının alınması, həlli üçün təsirli tədbirlər görmədikləri səbəbindən insanlar mediaya üz tutur, dərdlərini ictimailəşdirməyə çalışırlar.
Redaksiyamıza müraciət edən 1974-cü il təvəllüdlü Yunusova Ceyran Manaf qızı illərdir nevroloji xəstəlikdən əziyyət çəkdiyini yazır: "İllər öncə diaqnoz dəqiq qoyulmadığı üçün müxtəlif istiqamətli müalicələr almışam. Lakin səhhətimdə yaxşılığa doğru heç bir dəyişiklik hiss olunmayıb. 2014-cü ilin mart ayında Respublika Xəstəxanasının Nevrologiya şöbəsinin müdiri Xanlar Həsənovun qəbulunda oldum. Nəhayət, Xanlar həkim diqnozumu dəqiq bildirərək "Y.A.S" xəstəliyinə düçar olduğumu dedi. Sonradan digər özəl klinikalarda keçdiyim nevroloji müayinələr də həmin diaqnozu təsdiqlədi. Aparılan müalicə tədbirlərinə külli miqdarda pul lazım olduğu üçün Səhiyyə Nazirliyinə müraciət etdim. Nazirlik dərhal məni qeydiyyata götürdü və mənum nəzarətdə saxlanılmağımın vacibliyi barədə Respublika Xəstəxanasına göstəriş verdi. Lakin byuna baxmayaraq, Respublika Xəstəxanasında heç bir müalicə, qayğı və diqqət görməmişəm. Bir neçə dəfə məni çağıraraq əlillik dərəcəsi almağımçün müəyyən formal prosedurları keçməyə dəvət ediblər. Müəyyən miqdar pul xərcləsəm də, sonradan həkimlərin mənimlə işləməyə həvəsləri olmadı və beləcə mən yaddan çıxdım. Bu müddət ərzində qohumların köməyi ilə, uşaqlarımın "boğazından kəsdiyim" vəsait hesabına müəyyən müalicələr almışam. Lakin maddi imkansızlığım səbəbindən daha müalicələrimi davam etditə bilmirəm. Odur ki, Səhiyyə Nazirliyinin göstərişinə, Respublika Xəstəxanasının həkimi Xanlar Həsənovun diaqnozuna etinasız yanaşan yerli səhiyyə orqanına təsir göstərməyinizi xahiş edirəm".
KİV olaraq bildiririk ki, səhiyyə müəssisələrinin vəzifəli şəxslərinə birbaşa təsir etmək səlahiyyətimiz yoxdur. Yalnız onlara vəzifələrini, içdikləri Hippokrat andını xatırlada, qınaya bilərik. Yəqin ki, hörmətli Səhiyyə naziri professor Oqtay Şirəliyev onun göstərişlərinə məhəl qoymayan tibb işçiləri barədə ölçü götürər, ən başlıcası isə nevroloji xəstənin müalicəsi üçün imkanların səfərbər olunması üçün əlindən gələni əsirgəməz.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı