Azərbaycan İdeyası

Valideynin bağlamış olduğu şifahi əqd onunla bərabər hüquqlu əmlak sahibi olan övladlarını mülkiyyət hüququndan məhrum edə bilməz

Tarix:18-07-2019, 18:30
Baxış Sayı:187

KORRUPSİYA-Q.AZ
---------------

Azərbaycan dövlətinin son illər kənd təsərrüfatına ayırdığı diqqət, kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi qayğılı münasibət torpaq mülkiyyətçilərinin aqrar sahəyə marağını artırmışdır. Bir vaxtlar torpağı əkib-becərməyə imkanı çatmayan və torpaq sahələrini belə imkana malik başqa şəxslərə şifahi əqdlə müvəqqəti istifadəyə verən mülkiyyətçilər hökumətin cəlbedici təkliflərini dəyərləndirərək torpaq sahələrini geri almağa qərar verirlər ki, bu da tərəflər arasında mübahisələrə səbəb olur. Belə mübahisələr bəzən dərinləşərək məhkəmə müstəvisinə çıxır, KİV-ə yol tapır.

Tərtər rayonunun Kəbirli kənd sakini Kərimov Əlsahib Əmiraslan oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 2001-ci ildə atası - Kəbirli kənd sakini Kərimov Əmiraslan Səməd oğlu pula ehtiyacı olduğundan, vaxtilə dövlət tərəfindən 5 nəfərlik ailə üzvlərinə verilmiş 3 hektar 37 sot pay torpağını həmkəndlisi Mahmudov Vəliyəddin Savalan oğluna müvəqqəti istifadəyə vermişdir. 2016-cı il mart ayının 28-də Kərimov Əmiraslan Səməd oğlu vəfat etmiş və təsərrüfat öhdəçiliyi oğlu Kərimov Əlsahib Əmiraslan oğlunun adına keçirilmişdir. Əlsahib işi ilə əlaqədar uzun müddət Bakıda olduğuna görə, Mahmudov Vəliyəddin Savalan oğlu 2001-ci ildən torpağa aid dövlət aktını, suvarma kartını özündə saxlamış və toxum pulunu alıb mənimsəmişdir. Əlsahib Kərimov yazır ki, öz torpağını özü əkib-becərmək üçün Vəliyəddindən həmin sənədləri geri istədikdə, Vəliyəddin ona hədə-qorxu gəlmiş, nalayiq sözlərlə təhqir edərək torpağı qaytarmayacağını demişdir. Əlsahib dövlət orqanlarına şikayət edəcəyini deyəndə isə o, heç bir dövlət orqanından qorxmadığını deyərək, onu söyüb qovmuşdur.

Əlsahib redaksiyadan bu problemin ictimailəşdirilməsini xahiş edərək, həmçinin qeyd edir ki, Vəliyəddin onu ölümlə hədələdiyindən, qorxusundan öz kəndinə belə gedə bilmir.

Əlsahib Kərimovun ərizəyə qoşma edərək redaksiyaya göndərdiyi sənəd surətləri arasında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Kərimovlara verdiyi 1425464 nömrəli 26.12.2018-ci il tarixli Çıxarış da vardır. Çıxarışda Kərimovlar ailəsinin kənd təsərrüfatı təyinatlı 3,37 ha torpaq sahəsində ümumi birgə paya malik 5 nəfər üzvünün adları hüquq sahibləri kimi göstərilir.

Mülkiyyət hüququ bütün dünyada insanların ən təməl hüquqlarından biri hesab olunur. Sözügedən torpaq sahəsinin üzərində təsbit olunmuş mülkiyyət hüququ Kərimovlara aiddir. Atanın bağlamış olduğu şifahi əqd əmlak sahibləri olan övladlarını mülkiyyət hüququndan məhrum edə bilməz.

OXŞAR XƏBƏRLƏR
Leyla Əliyevanın doğum günüdür
Leyla Əliyevanın doğum günüdür
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
"Arzum" niyə 5 il 2 ay müddətinə azadlıqdan məhrum edildi? - RƏSMİ AÇIQLAMA
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq kəsildi
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
VAZKEÇİLMƏZ KORRUPSİYA TƏCRÜBƏSİ
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Vətəndaşlığı olmayan hamilə qadınların ABŞ-yə girişi qadağan edilə bilər
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
Tərtər rayonunun Kəbirli kənd sakini Vəliyeva Ağca Mahir qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək məhkəmə ədalətsizliyi ilə üzləşdiyini bildirmişdir. Vətəndaş A.Vəliyeva yazır ki, Əliyev Rəşad Vaqif oğlu ilə 2016-cı ilin
“Fərqli dad”, fərli xidmət
“Fərqli dad”, fərli xidmət