Azərbaycan İdeyası

"DÖRD BƏLƏDIYYƏ SƏDRI DƏYIŞIB, SƏNƏDI ƏLIMIZDƏ OLAN TORPAĞIMIZI TAPIB BIZƏ VERƏN YOXDUR"

Tarix:30-04-2020, 13:38
Baxış Sayı:586

Torpaq və onunla bağlı münasibətlər sistemi həmişə cəmiyyətin qayğılandığı vacib məsələlərdən biri olmuşdur. Azərbaycanda torpaq mülkiyyətçiləri dövlət, bələdiyyə və ölkə vətəndaşlarıdır. Mülkiyyət hüququ təməl hüquqlardan biri olub toxunulmaz hesab edilir. Ancaq bəzən birinin hüququ digəri tərəfindən pozulur və çox vaxt da belə hüquqpozmalara səbəb torpaq münasibətlərinin tənzimlənməsinə cavabdeh olan vəzifəli şəxslərin rəvac verdikləri qanunsuzluqlar olur.
Masallı rayonunun Güllütəpə kənd sakini Cahangirov Şahin Əzizağa oğlu redaksiyamıza müracət edərək bildirmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 22 dekabr tarixli 170 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ona verilmiş 0.09 ha torpaq sahəsi 03 mart 1999-cu il tarixdə dövlət aktlarının qediyyat kitabında 5746 nömrəsi ilə qeydə alınmışdır. Mülkiyyətinə verilmiş torpaq sahəsinin planı da cizgilərlə göstərilmiş, sertifikatında torpağın mexaniki tərkibindən tutmuş kefiyət qrupu, bazis məhsuldarlığınadək bütün kriteriləri öz əksini tapmışdır.
Məlumat verir ki, bir müddət Rusiyada olmuş, elə bilmişdir ki, onun mülkiyətində olan torpaq sahəsi başqaları tərəfindən istifadə olunsa da, yəqin ki, onun öz adında qalmışdır. Lakin, doğma elə döndükdən sonra 2011-ci ildə mülklə maraqlanmış, aşkar etmişdir ki, onun və qonşuluğunda olan mərhum atası Cahangirov Əzizağa Alışan oğluna verilmiş 0.28 ha torpaq sahələri başqaları tərəfindən mənimsənilmişdir. Onun sözlərinə görə, bundan sonra şikayət etmədiyi instansiya qalmamış, rayon rəhbərliyi və yerli bələdiyyə onu hər dəfə gah yeni islahat proqramının gələcəyini gözlədiklərini, gah təzə çertyojlar çəkilməli olduğunu deyərək, gah da bir başqa bəhanə ilə aldatmış, ya da xeyli aralıda başqa torpaq sahəsi təklif etmişlər.
Şahin Cahangirov haqlı suallar ortaya qoyur: "Nə təhər olur, mənim qonşuluğumda Alışov Rasim Məmmədəli oğlunun, Tanrıverdiyev Fərhad Babaş oğlunun torpaq sahələri yerində qalır, mənimki isə sürüşdürülür? İndiyədək kəndimizdə 3 bələdiyyə sədri dəyişib, 4-cü də namizəddi. Bizim it-bata salınmış torpaq sahələrimizi tapıb bizə verən yoxdu. Mənə elə gəlir ki, nə olubsa, ilk iki bələdiyyə sədrinin idarəetmə dönəmində torpaqlarımız qrebə çəkilinb. Kim satıb, necə satıb-bilinmir. Əlimdə olsa, torpağı bekar qoymaram. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olaram. Buğda, kartof, çiyələk əkərəm, məhsulunu götürüb dolanışığımı təmin edərəm. Mən kəndliyəm, başqa neyləməliyəm ki?"
Əslində Cahangirovun məsələsində qaranlıq qalası bir şey yoxdur. Aidiyyati qurumlar istəsələr, çox asanlıqla problemə aydınlıq gətirə bilərlər. Sadəcə, Şahinin və mərhum atasının torpaq sahələrindən istifadə edən şəxslərdən zəbt etdikləri yeri tərk etmələri tələb olunmalıdır. Onda ya Şahinin sənədindən daha keçərli sənəd göstərməlidirlər, ya da torpağı onlara kimin satdığını demək məcburiyyətində qalacaqlar.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA