Azərbaycan İdeyası

Döyüş bölgəsində fermerlərin işini “Çətin Xidmətə” salanlara nə ad qoymaq olar?

Tarix:27-10-2020, 12:05
Baxış Sayı:151

Təbii inhisarçı kommunal xidmət qurumlarının inhisarçı mövqelərindən yararlanaraq abonentləri, özəlliklə sahibkarları şişirtmə, qanunsuz ödənişlər ödəməyə məcbur etmələri barədə indiyədək az deyilməyib, az yazılmayıb. Ən acınacaqlısı, vətəndaşların “Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” – “ASAN XİDMƏT” yolu ilə aldadılmasıdır. İnsanlar zorla “ASAN kommunal xidmət” mərkəzlərinin saxta xidmətindən yararlanmağa məcbur edilir və qanunda nəzərdə tutulmayan, hətta astronomik məbləğdə ödəniş tələb olunur.
Həm də “ASAN kommunal xidmət “ mərkəzindən işıq , su , qaz çəkiləcək sahəyə texniki şərt yox, mütəxəssis göndərilir və bu mütəxəssis də ağlına gələn smetanı tərtib edib “ ASAN XİDMƏT “ə təqdim edir. Nəticə isə “ÇƏTİN Xidmət” alınır. Bu müstəvidə rast gəlinən neqativ hallar, korrupsiya hüquqpozmalar barədə narazılıqları ifadə edən məlumatlar “Korrupsiya və Qanun” qəzetinin də poçtuna daxil olur.
Füzuli rayonunun Alxanlı kəndinin Kollu məhəlləsinin sakinləri Quliyev Kamal Miriş oğlu və digərləri 80 ailə başçısının adından “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək, bildirirlər ki, əsas dolanışıq mənbələri olan əkin sahələri və həyətyanı torpaqları su dərdindən ağlayır. Yazırlar ki, kəndi su ilə təmin etmək üçün dövlət tərəfindən ayrılmış bütün lazımi avadanlıqlar var: “Lakin “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti bizə mədəni surətdə bildirir ki, sizə su təminatı üçün bu avadanlıqları verən dövlətə bildirin ki, texniki şərtin alınması üçün 25 min manat pulu ASAN Xidmətə ödəsin. Biz prezidentimiz İlham Əliyev cənablarına müraciət edirik ki, bizə su nasosunun istifadəyə verilməsinə köməklik göstərsin”.
Hazırki pandemiya şəraitində ölkələr arası idxal-ixrac əməliyyatlarının məhdudlaşdırıldığı səbəbindən əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi mühüm şərtdir. Bu nöqteyi-nəzərdən, kənd təsərrüfatı məhsulları istehsalçlarının fəaliyyəti yolunda bürokratik əngəllərin, süni maneələrin yaradılması qanunsuzluqdan, cinayətdən daha çox, Vətənə, dövlətə xəyanətdir desək, bəlkə də yanılmarıq.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Köç karvanı Badaraya çatdı - YENİLƏNİB
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Metroda inqilabi dəyişiklik – 1 stansiya gedən sərnişin görün nə qədər ödəyəcək
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində iaşənin bəzi göstəriciləri  haqqında