Azərbaycan İdeyası

Qarabağ əlilinin dövlət hesabına avomobil alması nə vaxtadək yubanacaq?

Tarix:26-10-2020, 12:47
Baxış Sayı:524



Müvafiq təlimata əsasən, Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların avtomobillə təminatı ilk növbədə həyata keçirilir. Digər imtiyazlı əlillər (BVM əlillərinin, hərbi xidmət vəzifəsini yerinə yetirərkən əlil olanların, Çernobıl əlillərinin) isə növbəlilik əsasında avtomobillə təmin olunurlar. Bu səbəbdən avtomobil təminatı ilə bağlı iki növbəlilik siyahısı mövcuddur və həmin siyahılar da Nazirliyin rəsmi internet saytında (http://www.mlspp.gov.az) “Pulsuz avtomaşın almaq üçün növbəyə dayanmış Dağlıq Qarabağ müharibəsi əlillərinin və 20 Yanvar əlillərinin siyahısı” və “Pulsuz avtomobillə təmin olunmaq üçün növbəyə dayanmış Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin siyahısı” adları altında yerləşdirilib. Buradakı “onlara bərabər tutulan şəxslər” anlayışı hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxsləri və Çernobıl əlillərini əhatə edir.
Lakin, bu müstəvidə ədalətsizliklərin olması barədə indiyədək xeyli deyilib, çox yazılıb. Bu qəbildən olan şikayətlər “Korrupsiya və Qanun” qəzeti redaksyasına da gəlib çıxır.
Goranboy rayonunun Faxralı kənd sakini, 1973-cü il təvəllüdlü, Qarabağ müharibəsi veteranı və əlili Musayev Xəzail Vadil oğlu ərizə ilə redaksiyamıza müraciət edərək, məmur haqsızlığına məruz qalmasından şikayətlənmişdir. Şuşa, Xocalı, Ağdam, Goranboy uğruna gedən döyüşlərdə iştirak etdiyini, Xocalı soyqırımının şahidi olduğunu, 3 dəfə ağır yaralandığını, ağır formada kəllə-beyin travması aldığını qeyd edən Musayev əlil kimi avtomobil almaq üçün növbəyə dayandığını, lakin növbədə ondan sonra olanların çoxunun artıq avtomobillə təmin olunduqlarını, onun özününsə bu günə kimi aldadıldığını bldirir. Əlil olması ilə əlaqədar əslində pulsuz olmalı müalicəsini ala bilmir. “Qan pulu” da ala bilməyib. Həyat yoldaşı özünüməşğulluq proyektinə cəlb olunsa da, tikiş maşınlarını işlətmək üçün ona yer də verilmir.
Özü barədə verdiyi informasiyanı təsdiqləyən sənədlərin surətlərini də ərizəsinə qoşma edən X.Musayev yazır ki, dəfələrlə Goranboy rayon İcra Hakimiyyətində vəzifəli şəxslərin, aidiyyəti şöbə müdirlərinin qəbulunda olsa da, heç bir tədbir görən olmayıb, məmurlar tərəfindən aldadılırlar. Özünün kənar şəxsin qulluğuna ehtiyaclı olduğu halda, 3 azyaşlı uşağını məhrumiyyətlər, maddi imkansızlıq ucbatından böyütmək, gələcəyi əsgərləri kimi yetişdirmək Xəzailə çox çətin, demək olar ki mümkünsüz görünür.
Ümid edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Goranboy RİH-nin mənsubları X.Musayevə haqq işində köməklik etmək üçün mövcud imkanları bir daha nəzərdən keçirəcəklər.

“Əsli ilə doğrudur”

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
Paytaxtın bəzi küçələrində sıxlıq var - FOTO - 13.05.2026
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
156 ailə üçün həsrət bitdi: Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə qayıdış
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezident İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olub
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı görülən işlərlə tanışlığı barədə videoçarx paylaşılıb
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Azərbaycanda bank işçiləri ilə bağlı QƏRAR
Ağır QƏZA: 5 yaralı var
Ağır QƏZA: 5 yaralı var
Tramp Çinə gedir
Tramp Çinə gedir
Azərbaycanda külək enerjisində TARİXİ REKORD
Azərbaycanda külək enerjisində TARİXİ REKORD