Azərbaycan İdeyası

NİZAMƏDDİN QULİYEVİN MÜSADİRƏYƏ GETMƏLİ ƏMLAKININ SİYAHISINDAN NƏLƏR KƏNARDA QALIB

Tarix:19-11-2020, 11:15
Baxış Sayı:1 124




Keçən ilin dekabr ayında Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev və müavinlərinin həbs edilməsindən sonra ortaya olduqca maraqlı məlumatlar çıxdı.
Onlara Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə), 311.3-cü (rüşvət alma - külli miqdarda törədildikdə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülərək, barələrində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildi.
Məlum oldu ki, Nizaməddin Quliyev rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək alırmış. Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsi müəyyən edilib.
Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin edildikdən sonra bütün idarə və müəssisə rəhbərlərindən pul qoparmaqla yanaşı, rayonda sahibkarlardan da müxtəlif adlar altında aylıq haqq alırmış. Hələ Goranboy rayonundan başlayan belə bir adətin Ağstafada da davam etdirilməsi, məsələnin diqqət mərkəzinə düşməsinə gətirib çıxarıb.
Maraqlı məqamlardan biri də odur ki, Nizaməddin Quliyevlə bağlı araşdırmalar təkcə icra başçısı olduğu Ağstafada aparılmırmış. Həmçinin onun icra başçısı olduğu Goranboy rayonundakı fəaliyyəti də yoxlanılırmış. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalardan sonra məlum olub ki, son 5 ilin ərzində sözügedən rayonda abadlıq və quruculuq işləri adı altında həyata keçirilən işlərə ayrılmış vəsaitin 3.5 milyon manatı mənimsənilib. Eyni zamanda, bir çox vəsaitlər isə təyinatı üzrə xərclənməyib və həmin pulların başqa hesablara köçürülüb. Maliyyə Nazirliyi bu məsələ ilə apardığı araşdırmadan sonra sənədləri Baş Prokurorluğa təqdim edib.
Sonradan mətbuat Nizaməddin Quliyevin mənimsədiyi haram pullar hesabına özü və yaxınları üçün qurub-yaratdığı mülk-səltənətin, daşınar və daşşınmaz əmlakın natamam siyahısını yaydı. Bu siyahıya ara-sıra indi də əlavələr edilməkdədir. Bu günlərdə redaksiyamıza daxil olan müraciətdə Nizaməddin Quliyevin siyahıdan kənarda qalan mal-mülkündən söz açılıb.
Goranboy rayonu, H.Əliyev prospekti, ev 59-da yaşayan 1964-cü il təvəllüdlü vətəndaş Zeynalova Cəmilə Muradəli qızının “Korrupsiya və Qanun” qəzetinə göndərdiyi yazılı və video-müraciətində bildirir ki, Goranboy RİH-nin keşmiş icra başçısı Nizaməddin Quliyev işlədiyi 10 il müddət ərzində xalqa və dövlətə deyil, özünə və yaxınlarına xidmət etmişdir: “Onun sayı-hesabı blinməyən əmlakının içində doğma Tapqaraqoyunlu kəndində “Dost Qapısı” istirahət mərkəzi, “Qala” market və “Gülüstan” şadlıq sarayı fəaliyyətdədir. Toy mövsümündə bu şadlıq evinin gündəlik gəliri 10000 manata çatır. Goranboy rayonunun mərkəzində Nizaməddin Quliyevə məxsus analoqu olmayan bazarın ərazisi rayon mərkəzinin ərazisinin yarısına bərabərdir. Bu əmlakların qiyməti 15 milyondan artıq edir. Rayon camaatını qıcıqlandıran səbəb bu sərvətlərin siyahıya alınmadan kənarda qalmasıdır”.
Yəqin ki. Nizaməddin Quliyevə dövlətdən oğurladığı, xalqdan mənimsədiyi pulların geri ödətdirilməsində müsadirəyə cəlb olunacaq əmlakının siyahısının da dəqiqləşirilməsi vacibdir. Odur ki, aidiyyati qurumların həmin siyahıya bu yazıda sadalanan əlavələri də edəcəyinə inanırıq.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!