Azərbaycan İdeyası

Müqəddəs adların verildiyi kafe-restoranlar: Qanunvericiliyə müəyyən dəyişiklik edilə bilər

Tarix:16-09-2025, 16:32
Baxış Sayı:60



Zaman-zaman iaşə obyektlərinə verilən adlar müzakirə predmetinə çevrilir. Səbəb isə odur ki, bəzən ən müqəddəs adlar, xalqın, ölkənin tarixi, mənəvi həyatında dərin izlər buraxan hadisələri əks etdirən özəl günlər elə obyektlərə verilir ki, orada müqəddəslikdən söhbət belə gedə bilməz.

Bu cür məsələlərin ictimai qınağa çəkilməsi normal, hətta zəruridir.

Xəbər veririk ki, Xırdalan şəhəri “Abşeron” Gənclər Şəhərciyində bir çay evi var, orada pivə də satılır. Hər gün domino çırpılır, nərd oynanılır. Və belə bir yerdə söyüş və təhqir də qaçılmaz olur. Məkan “44 GÜN Çay Evi” adlanır. Əksəriyyət hesab edir ki, belə məkanlara müqəddəs və müzəffər bir tarixin adı verilməməlidir.

Qeyd edək ki, bənzər problemlər kifayət qədərdir. Həm paytaxt Bakıda, həm də regionlarda "Zəfər", “Dəmir yumruq” və s. adlarda içkili-əyləncəli mərkəzlər də fəaliyyət göstərir.

Ümid edirik ki, aidiyyəti qurumlar belə məsələlərlə bağlı lazımi ölçü götürüb, prosesə çəki-düzən verəcəklər. Ayrı-ayrı iaşə obyektlərinin müqəddəs, müzəffər və tarixi günlərimizlə bağlı yol verdikləri nöqsanları aradan qaldırmağa müyəssər olacaqlar.

Milli Məclisin üzvü Ceyhun Məmmədov "korrupsiya-q.az" saytına deyib ki, bu tipli adlar, rəmzlər bizim üçün müqəddəsdir. Deputat vurğulayıb ki, müəyyən iaşə obyektlərinə, məkanlara ad seçiminə çox həssaslıqla, diqqətlə yanaşmalıyıq:

"Hər birimiz bu adların müqəddəsliyini qorumalıyıq. Bu, təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Ayrı-ayrı vətəndaşlar da sözügedən terminlər nə qədər cazibədar, diqqətçəkən olsa da, o cür adlarla məkan açılışlarına son qoyulmalıdır. Bizim üçün müqəddəsləşmiş terminlərin həmin məkanlara verilməsi etikdən kənar bir davranışdır. Rəqs olan, musiqi olan və ya içki məclisi olan yerlərə bu cür adların verilməsi kökündən yanlışdır, səhvdir. Biz bu məsələni özümüz diqqətdə saxlamalıyıq, böyük həssaslıqla və diqqətlə yanaşmalıyıq. Belə hərəkətlər əldə etdiyimiz uğurlara, müqəddəsliyə ziddir”.


Ceyhun Məmmədov: İaşə obyektlərinə, məkanlara ad seçiminə çox həssaslıqla, diqqətlə yanaşmalıyıq

Deputat hesab edir ki, ona görə də ilk növbədə vətəndaşlar özləri bu məsələdə diqqətli olmalıdırlar. Yəni ad seçimləri ticarətlərinə müsbət təsir göstərsə də, bunu etməməlidirlər. Bu, qəbuledilməz və yolverilməz bir davranışdır.

Müsahibimiz qeyd edib ki, dövlət qurumları, müvafiq müəssisələr də bu cür məsələlərə nəzarət etməlidirlər:

"Məsələn, Bakı Şəhər İcra Hakimiyyətinin müəyyən strukturları, İqtisadiyyat Nazirliyi, Reklam Agentliyi nəzarət etməldir ki, belə hallar geniş yayılmasın. Bizim üçün müqəddəsləşmiş adlar, terminlər ucuzlaşdırılmasın, hörmətdən salınmasın. Ümumiyyətlə, ehtiyac varsa, qanunvericiliyə də müəyyən dəyişiklik edilməsi nəzərdən keçirilə bilər".

OXŞAR XƏBƏRLƏR
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Hicran Hüseynova – Haqqın zərif gücünün təcəllası
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Böyük Bəhmənlidə yanğın: Müraciətlərə laqeyd yanaşan məmurların səhlənkarlığı ucbatından...
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Nazirliyin vəzifəli şəxsi qeyri-leqal işə cəlb etdiyi fəhlənin pulunu vermir
Birinci instansiya məhkəməsi lotereya ortaqlarını aldadan apellyasiya məhkəməsi işçisinin əməlinə necə münasibət sərgiləyəcək?
Birinci instansiya məhkəməsi lotereya ortaqlarını aldadan apellyasiya məhkəməsi işçisinin əməlinə necə münasibət sərgiləyəcək?
Xaricdə təhsil almış daha bir məzun nostrifikasiya dələduzluğuna məruz qalıb
Xaricdə təhsil almış daha bir məzun nostrifikasiya dələduzluğuna məruz qalıb
Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub
Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub
Diplomu tanınmayanın müraciətinə məhkəmə də baxmaq istəmir – Niyə?
Diplomu tanınmayanın müraciətinə məhkəmə də baxmaq istəmir – Niyə?
TƏŞƏKKÜRNAMƏ!
TƏŞƏKKÜRNAMƏ!