Azərbaycan İdeyası

Payızdan qabaq mövsümü xəstəlikləri gəldi

Tarix:17-09-2025, 10:09
Baxış Sayı:88



Son günlər havaların kəskin dəyişməsi, soyuması müşahidə olunur. Yayın son günlərində payız havasını yaşayırıq. Havanın dəyişməsi bir çox mövsümi infeksiyaları da aktivləşdirib.

Məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, payız fəslində müşahidə olunan infeksiyalar əsasən yuxarı tənəffüs yolları və mədə-bağırsaq sisteminin zədələnməsi ilə müşayiət olunur.


Təyyar Eyvazov, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionis

T.Eyvazovun sözlərinə görə, bu dövrdə daha çox kəskin respirator virus infeksiyaları, adenoviruslar, enteroviruslar, eləcə də roto- və norovirus kimi bağırsaq infeksiyaları yayılır.

İnfeksionist əlavə edib ki, sözügedən infeksiyalar əsasən hava-damcı, təmas və bəzi hallarda alimentar yəni su və qida vasitəsilə yoluxur:

“Onların fəsillə bağlılığı da danılmazdır. Hər il payız aylarında bu kimi hallar təkrarlanır”.

Müsahibimiz bu infeksiyalardan qorunmağın əsas yolunun respirator gigiyena qaydalarına və əllərin düzgün yuyulmasına diqqət yetirmək olduğunu vurğulayıb.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?