Azərbaycan İdeyası

İŞİ POLİSƏ DÜŞƏNİN HƏBSDƏN QURTULMAQ ÜÇÜN KİMDƏNSƏ BORC ALIB ALDATMASI DƏLƏDUZLUQ DEYİL, SƏMİMİ HƏRƏKƏT KİMİ QƏBUL EDİLİR

Tarix:19-11-2020, 11:33
Baxış Sayı:625

Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar. Əvvəllər, hələ sovetlər dönəmində elə bilirdik ki, hamı cəmiyyətdə riayət etməli olduğu etik davranış qaydalarını müəllimdən öyrənir. İnsanlara milli əxlaq, ictimai davranış dərslərini də məhz müəllim keçir. Təhsil məfhumunun özünün də iki qanadı vardı – təlim və tərbiyə. Sonradan, müstəqillik dönəmində ortaya müəllim nüfuzunu alçaldan elə neqativ hallar çıxdı ki, onların müzakirəsi nəticəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi 16 may 2014-cü il tarixli, 600 nömrəli əmri ilə “MÜƏLLİMLƏRİN ETİK DAVRANIŞ QAYDALARI”nı təsdiqlədi. Həmin Kodeksin 3 – cü maddəsinin (“Müəllim şəxsiyyəti”) 16 – cı bəndində göstərilir ki, Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət etməlidir. Daha Bakının 157 saylı orta məktəbinin riyaziyyat müəllimi Sevil İbrahimova kimi yox.
Neyləyib Sevil İbrahimova? Evində ali məktəbə hazırlaşdırdığı Mehman Əhmədovdan 10000 (on min) manat borc pul alıb, ondan 3000 (üç min) manatını qaytarıb, qalanını yox. Bəziləri fikirləşərlər ki, burada təəccüblü nə var axı? – adam adamdan borc alar da. Digərləri isə atalar sözünü xatırladarlar: “Borclu borclunun sağlığını istər”. Üstəgəl, deyərlər ki, ali məktəbə hazırlaşan gənc artıq həddi-buluğa çatmış, tutduğu əmələ müstəqil qərar verən yetkin şəxsiyyətdir. Amma bu məsələnin qələmə düşməsinin səbəbi təkcə borc qalmaqalı deyil. “Korrupsiya və Qanun” qəzeti 5 il əvvəl baş vermiş və çəkişməsi hal-hazıradək davam edən bu borc mübahisəsi ilə əlaqədar artıq bir dəfə 20 fevral 2020-ci l tarixdə “Şəhidin oğluna əcəb repeitorluq edən müəllimə” sərlövhəli məqalə dərc edib. O vaxt redaksiyaya müraciət edən şəxs Mehmanın anası Əhmədova Xanımnaz Əhmədyar qızı idi. Məqalədə vurğu o məqama yönəldilmişdi ki, Sevil İbrahimova necə müəllimdir, heç öz övladına doğru-dürüst tərbiyə verə bilməyib. Çünki o, borcu oğurluq etmiş oğlu Rauf İbrahimovu cəzadan qurtarmaq üçün götürmüşdü. Gözləyirdik ki, məktəb rəhbərliyi Sevil İbrahimovanı qınayıb borcunu tezliklə qatarmasına təsir göstərəcək. Ümid edirdik ki, hüquq-mühafizə orqanları da yəqin təhiq edərlər – Sevil brahimoa borc aldığı 10000 manatı, ya da 5000 manatı tam olaraq oğlu tərəfindən pulu oğurlanan zərərçəkmişə verib, yoxsa, cinayət işini bağlamaq üçün kiməsə rüşvət ödəyib?
Amma olmadı. Məktəbdə dövlətdən aldığı məvacib müqabilində sidq-ürəklə dərs keçmədiyi şagirdlərə öz evində repetisiya keçməklə əlaə qazanc əldə edən Sevil İbrahimova yenə işinin başındadır. Hələ üstəlik Mehmanı şərləməyə çalışıb ki, guya o, sələmçidir. Mehmanın şikayət etdiyi polis isə məsələni adi borc mübahisəsi kimi dəyərləndirib mülki iş kimi məhkıməyə müraciət etməyi tövsiyə edib.
İndi isə bəzi təfərrüatları nəzərdən keçirək:
Xırdalan şəhər sakini, 1986-cı il təvəllüdlü Əhmədov Mehman Fikrət oğlu 157 saylı orta məktəbin müəlliməsi İbrahimova Sevil ilə 2015-ci ildə tanış olub və onun yanında hazırlıq kurslarına getməyə başlayıb. 3-4 ay hazırlıq kurslarına gedəndən sonra həmin ilin noyabr-dekabr aylarında Seil İbrahmova ona oğlu Rauf İbrahimovun bir vətəndaşa ad kartdan pul oğurlaması ilə əlaqədar Nərimanov RPİ əməkdaşları tərəfindən saxlanıldığını deyib və ondan həmin vətəndaşa dəymiş ziyanın ödənilməsi üçün 10000 manat borc istəyib. Mehman onun xahişindən sonra dostlarından borc pul tapıb verib. S.İbrahimova pulu alan zaman borcunu 2-3 aya qaytaracağını söz versə də, yalançı çıxıb. Deyib ki, “Kristal” şirkətinin Xırdalanda inşa etdiyi evdəki mənzilini satıb pulu ödəyəcək, amma buna qədər mənzilin qalıq 5000 manat kreditini ödəmək lazımdır. Bu fəndlə Sevil Mehmandan daha 5000 manat borc götürüb. Amma tezliklə məlum olub ki, o, yalan deyirmiş. Mehman pulu istədikdə, Sevil onu ələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanından problemsiz keçirəcəyini vəd edib. Lakin yalan vədlərdən bezən Mehman ondan Binəqədi rayon porokuroruna şikayət edib. Onun şikayət ərizəsi ərazi aidiyyəti üzrə Binəqədi RPİ-nin 7-ci PB-nə göndərilib. Bir neçə gün sonra Sevil yalvar-yaxar edib Mehmandan şikayətini geri götürməsini xahiş edib. Mehmanın ürəyi yumşalıb, 7-ci polis bölməsinə ərizə yazaraq pulunun Sevil ərəfindən geri qaytarıldığını qeyd edib və aparılan araşdırmanın dayandırılmasını xahiş edib. Bundan sonra təhqiqatçı Vüsal Əhmədov cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıpxarıb. Sevil bundan sonra da sözünü tutmadığından, Mehman yenidən Binəqədi prokurorluğuna müraciət edərək qərarın ləğv edilməsini xahiş edib. Prokurorluq qərarı ləğv edib və yenidən icra edilməsindən ötrü Binəqədi RPİ-nin 7-ci PB-nə qaytarıb. RPİ-nin baş təhqiqatçısı Ruslan Dəmirçiyev toplanmış materialı RPİ-nin istintaq şöbəsinə göndərib. Müstəntiq Nəriman Atakişiyev onları dindirdikdən sonra materialı istintaqın davam etdirilməsi üçün Abşeron RPİ-nə göndərib. İstintaqın aparılması Abşeron RPİ-nin müstəntiqi İsgəndərov Yaşar adlı əməkdaşa həvalə olunub. Təəssüf ki, bu dəfə də material üzrə cinayət işinin başlanılması rədd edilib. Həmin vaxtdan sonra Mehman dəfələrlə vəkili ilə bilikdə Sevillə görüşərək pulunun yalnız 3000 manatını geri ala bilib. Lakin Sevil sonradan qalan 7000 manat borcunu əsassız səbəbdən qaytarmaqdan boyun qaçırıb, məsuliyyətdən yaxa qurtarmaqdan ötrü Mehmanın ona borcu guya sələmlə verdiyini iddia edib. Mehman nəticə alınmadığı üçün çarəsiz qalıb Bakı şəhər Baş Polis İdarəsinə şikayət etmişdir.
Ən nəhayət, Mehman Əhmədovun Bakı ŞBPİ-nə müraciəti əsasında təhqiqat materialıın yenidən araşdırıldığı Binəqədi RPİ-nin 7-ci PB-nin təhqiqatçısı Taleh Qarayev də 18 aprel 2020-ci il tarixli qərarı ilə Sevilin həqiqətən 7000 manat borclu olduğu təsdiqlənsə də, Mehmanın tələbi mülki xarakterli hesab edilərək, Sevil İbrahimovanın barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Qərarda Sevil İbrahimovanın pulu Mehman Əhmədovu TQDK-dan imtahandan keçirmək üçün almasının sübuta yetməsi üçün kifayət qədər real əsaslar olmadığı, həmçinin, eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin, prokurorun cinayət işinin başlanılmasının rədd edilməsi və ya xitam verilməsi haqqında ləğv edilməmiş qərarının olması (CPM-nin 39.1.7-ci maddəsi) xüsusi vurğulanmışdır.
Yada salınmalı bir məqam da var. Zərəçəkmiş Mehman Əhmədovun anası Xanimnaz Əhmədova bildirirdi ki, Sevil İbrahimova sosial şəbəkələrdə ailə üzvləri ilə birlikdə xaricdə istirahət etdiyini əks etdirən foto-video görüntülər paylaşır. Bu isə o deməkdir ki, Sevil “müəllimə” borcunu qaytarmaqdansa, vərdiş etdiyi izafi xərclərdən əl çəkmir. Üstəgəl, Xırdalandakı ev sasa da, yenə Mehmanın borcunu qaytarmaması onun açıq-aşkar surətdə başqasının əmlakını ələ keçirmək niyyətini gerçəkləşdirməsinin təsdiqidir. Əhmədovlar bu qənaətdədirlər ki, Sevilin Mehmanı sələmçi kimi şərləməyə çalışması da öz dələduzluq əməlini ört-basdır etmək cəhdidir. Təəssüf ki, təhqiqatçı və müstəntiqlər bu sadə həqiqətləri görməzdən gəliblər. Belə çıxır ki, onlar oğurluq üstündə polisə işi düşənin canını həbsdən qurtarmaq üçün külli miqdarda borca pul götürməsini də xaricdə müalicəyə getməkçün vəsait axtarmaq kimi səmimi hərəkət olaraq qəbul edirlər.

OXŞAR XƏBƏRLƏR
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Prokuror Namiq Əliyev Roma papasından artıq katolikdir?
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
Beş il əvvəl pandemiya və müharibə vəziyyətində iş və qazanc vəd etdiyi insanları aldadıb pullarını mənimsəyən şəxsdən şikayət
“Manato” Azad Şuşanı işğal edir
“Manato” Azad Şuşanı işğal edir
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Gülzar Namazovanın "Vətən müharibəsi ensklopediyası" adlı kitabının təqdimatı keçirilib
Möhtəşəm qayıdış
Möhtəşəm qayıdış
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Məhkəmə Hüquq Şurasında bir qrup hakimlərin Xuraman Əhliman qızı Quliyevaya və onun övladlarına qarşı törətdikləri xüsusi ağır cinayət əməlləri kimlər tərəfindən və necə illərlə gizlədilir?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
Hakimlər Elsaldarla cinayət əlaqəsinə girərək, baş redaktor Xuraman Əhliman qızı Quliyevanın  mənzilinə mülkiyyət hüququnu oğurluq yolla necə mənimsəmişlər?!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!
...Ola bilər ki, özü də nəfsi itinin biridir!