Azərbaycan İdeyası

DİN-NIN BAŞ MÜHAFIZƏ İDARƏSINDƏ XIDMƏT EDƏNLƏRIN ƏMƏK HÜQUQLARI MÜHAFIZƏ OLUNMUR

Tarix:19-11-2020, 11:23
Baxış Sayı:256

Göstərilən xidmətlərin keyfiyyətinin dövlət standartı – Daxili İşçlər Nazirliyinin Baş Mühafizə İdarəsini xüsusi mühafizə şirkətlərindən fərqləndirən başlıca xüsusiyyətdir. Respublikanın bütün şəhər və rayonlarında bölmələri fəaliyyət göstərən Baş Mühafizə İdarəsinin maddi-texniki bazası ən yüksək səviyyəli mühafizə xidmətləri təqdim etmək üçün bütün zərurı ləvazimat və avadanlıqlara malikdir. Baş Mühafizə İdarəsi özəl mühafizə xidmətindən fərqli olaraq, baş verə biləcək hadisələr nəticəsində mülkiyyətçilərə dəymiş maddi ziyanın ödənilməsinə təminat verir. Mühafizə xidmətini özəl qurumlardan fərqləndirən digər əsas cəhətlərdən biri də onun mülkiyyətçinin əmlakının mühafizəsini silahlı təmin etməsidir.
Sadalanan üstün xüsusiyyətləri mühafizə xidmətindən istifadə etmək istəyən şəxslərin DİN-nin Baş Mühafizə İdarəsini seçmələrini şərtləndirdiyi kimi, eləcə də bu qurumun sıralarında xidmət etmək istəyənlərin də çoxluğunu şərtləndirir. Bu faktor sözügedən qurumda iş tələbinin təklifi üstələdiyini deməyə, rəhbərliyin də bu məsələ manipulyasiya etməsindən şübhələnməyə əsas verir.
Ağsu rayonunun Yenilik kənd sakini, 1988-ci il təvəllüdlü Ciyərxanov Təbriz Fikrət oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, bu ilin may ayında onu 2010-cu ildən xidmət etdiyi Ağsu Rayon Polis Şöbəsinin Baş Mühafizə İdarəsindən işdən azad ediblər. Səbəbini də bildirməyiblər. Buindan məyus olan Ciyərxanov özü və onun illər ərzində nümunəvi, qüsursuz xidmətinə şahid olan iş yoldaşları yuxarı rəisinə narazılıq bildirsələr də, onlara məhəl qoyulmayıb.
Şikayətçi həmçinin bildirir ki, ailənin tək oğludur, ata-anası xəstədirlər, əmək qabiliyyətləri yoxdur. Başqa qazanc mənbələri yoxdur deyə dolanışıqda çətinlik çəkirlər. İşdən çıxarıldıqdan sonra ötən aylar ərzində xeyli borca düşüb. Odur ki, işdən çıxarılmağının səbəbini bilmək, işinə bərpa olunmaq istəyir. Müraciət etdiyi digər aidiyyati orqanlardan da cavab ala bilməyib.
Qeyd edək ki, internet resurslarında DİN-nin Baş Mühafizə İdarəsinin ayr-ayrı şəhər-rayon şöbələrində də bu kimi əmək qanunvericiliyinin tələblərinin pozulmasına dair iddialara rast gəlmək mümkündür. Məsələn, korrupsiya hüquqpozmaları ilə qarşılaşdığını iddia edın vətəndaş Hüseynov Taleh İlham oğlu Teref.az saytında çıxışında yazır: “İdarənin rəhbərliyi tərəfindən bir sıra polis əməkdaşlarına şəxsi yaxın münasibətlərə görə və ya müəyyən maddiyat müqabilində xidmətdən yayınmaq, işə gəlməməyə şərait yaradılır. Hətta bir sıra hallarda polis əməkdaşları bilərəkdən əlavə xidmətə və ya dərsə çağrılaraq incidilir ki, özləri gəlib “aylığa” çıxmaq istədikləri barədə müraciət etsinlər. Nəticədə xidmətə gəlməyən əməkdaşların yerinə isə digər polis əməkdaşları, “adam çatışmır” adıyla əlavə xidmətə yazılır. Mən özüm 7 ay bu cür xidmət aparmışam. Naryad kitabçasını yoxlamaqla bunu aşkar etmək olar. Xidməti kitabçam özümdə qalıb. Hələ tanıdığım elə əməkdaşlar var ki, maaş kartlarını vermək müqabilində illərdi ki, işə gəlmirlər. Maaş kartları idarə rəisinin sürməsindədir. Xidmətə gəlməyənlərə görə, bu idarə də onlarla digər əməkdaşın əməyi istismar olunur, işə gələməyənlərin yerinə hər gün xidmətə başqalarını çağılırlar”.


Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır