Mərhum şairimiz Məmməd Araz məhz bu günü görüb yazmışdır.
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayalarda bitərdim.
Söz açdığımız şəhidimiz, Vətən qəhrəmanımız Vəliyev Qoşqar Nuruş oğlu 1989-cu il aprel ayının 12-də Füzuli rayonunun Kərimbəyli kəndində dünyaya göz açmışdır. O hələ kiçik yaşlarından mərd, cəsur kəndinə, elinə, vətəninə qorxmaz bir insan kimi atası Nuruş kişinin nəsihətləri ilə böyümüşdür. Yağı düşmənlərimizin, torpaqlarımızı işğal etməsi daim onu düşündürür, intiqam eşqi ilə yaşayırdı. Məhz bu amal onu könüllü olaraq, 2010-cu ildə aprel ayının 12-də Maxe kimi (müddət artıq hərbi xidmət) N saylı hərbi xidmətə getməsinə səbəb oldu. Daşkəsən rayonunda 3 il hərbi xidmət olduqdan sonra 2013-cü ildə Füzuli rayonuna göndərildi. Qoşqar bu üç ildə hərbinin bütün sirrlərini səbrlə öyrəndi və tankçı peşəsinə yiyələndi. O öz heyəti ilə 2016-cı aprel döyüşlərində fəal iştirak etmiş komandrlər tərəfindən onun tank heyəti fəxri fərmanla təltif edilmişdir. İkiinci Qarabağ müharibəsində Qoşqar həmişə ön sıralarda gedirdi, daima sərrast atışı ilə düşmənin dayaq nöqtələrini, “Dod” nöqtələrini məhv edirdi. Sentyabrın 27-də elə ilk gündə döyüş başlayanda Əbdürrəhmanlı istiqamətində cəbhənin yarılmasında başqa tanklar kimi onun da tank heyəti böyük sücayətlər göstərmişdir. Qoşqar daima yoldaşlarına – “Möhkəm olun, biz bu vuruşa ölmək üçün yox, mənfur düşmənlərimiz – erməniləri öldürmək üçün gəlmişik. Vurun, bu köpək uşağı – dığaları. Çoxdan gözlədiyimiz gündür. Generalımız Polad Həşimovun, bütün şəhidlərimizin qanını almalıyıq.
Müharibə vaxtı şəhidimiz Qoşqar bir neçə dəfə yaralanır. Hətta bir dəfə onun tankı düşmən mərmisindən möhkəm zədə alsa da o öz heyəti ilə mənfur düşmənin postunun yerini təyin edib son mərmisi ilə hədəfi məhv etmişdir. Ağır döyüşdə Qoşqar kəllə-beyin travması alır. 20 gün hosbitalda müalicə alır. Burada həkimlər onun hələ tam sağalmamasını desələr də Qoşqar onlarla razılaşmır. Müalicəsini yarımçıq qoyur. Mən orda cəbhədə qardaşlarımın, silahdaşlarımın yanında olmalıyam. – deyib yenidən döyüş bölgəsində - Hadrut rayonunun alınmasında döyüşə başlayır. Noyabrın 22-də Şuşa şəhərinin yaxınlığında Qoşqar öz heyəti ilə düşmən texnikasını ələ keçirmək istəyərkən orada havanın qatı dumanl olması, qar yağması və heç bir yeri görmək mümkün olmaması nəticəsində tankın dağa çırpılması zamanı qəhrəmancasına şəhid olmuşdur.
Ey gözəl, qürurlu şəhidim Qoşqar! Sən, atana, anana, qohumlarına, səni tanıyanlara, sevgilinə olan sevginin yerinə bir sevgi seçdin: Vətən!... Bu o sevgidir ki, Allahdan aşağı elə bir sevgi ondan üstün ola bilməz. Onun üçün şair deyir ki: Bir Vətənim, bir anam, bir sevgilim, bir də mən!
Əziz şəhidim! Bir vətəndaş, bir ana olaraq, sənin şəhid şəninə nə yazsam da sözlər qarşımda aciz qalır. Qələm əlimdə titrəyir. Sən öz şəhidliyinlə əbədiyaşar oldun. Yerin cənnət, məkanınn Allah amanında olsun. Amin!Amin! Amin!
Qələmə aldı: Xuraman Əhlimanqızı