Azərbaycan İdeyası

Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

Tarix:22-03-2021, 12:58
Baxış Sayı:52


Çinli “WeChat” blogeri supermarketlərdən alınması təhlükəli olan məhsulları sadalayıb.

“İzvestiya” nəşrinin məlumatına görə, çinli bloger ilk növbədə çəkilmiş ət məhsullarının adını qeyd edib. Onun sözlərinə görə, marketlərdəki belə məhsulları bir qayda olaraq köhnə və keyfiyyətsiz xammaldan hazırlayır, qarışığa çoxlu miqdarda piy əlavə edirlər.

Turşuları, duza qoyulmuş tərəvəzləri də supermarketlərdən almağa dəyməz. Onların istehsalında da, adətən köhnə xammaldan istifadə olunur. Turşular açıq konteynerlərdə satılır və ətrafda gəzən alıcılardan onların üzərinə bakteriyalar düşür.

Toyuq-qril həmçinin təcili satılmalı olan köhnə məhsullardan hazırlanır.

Doğranmış meyvələr isə əksər hallarda çürük xammaldan əldə olunur. Sadəcə meyvələrin xarab olmuş hissələri kəsilərək atılır, saf hissəsi isə doğranaraq qablaşdırılır.

Blogerin fikrincə, supermarketlərdən balıq və ədviyyat almaq da məsləhət deyil. Belə ki, həmin məhsullar da, bir qayda olaraq, köhnə olur. Sadəcə, köhnə balıqlar dondurulur, ədviyyat isə yenisilə qarışdırılır.

Bu məhsulları supermarketlərdən almaq təhlükəli ola bilər

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı