Azərbaycan İdeyası

Azərbaycan cinayət törətməkdə şübhəli bilinən iki nəfəri Rusiyaya təhvil verdi

Tarix:23-03-2021, 15:40
Baxış Sayı:69


Cinayət törətməkdə şübhəli bilinən iki nəfəri Rusiyaya təhvil verilib.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Prosedur Rusiya Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.

Belə ki, Rusiya ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü ekstradisiya edilməsi barədə Azərbaycana sorğular göndərilib.

Kələntərov Emil Ağa-Xəlil oğlunun qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etməsinə, külli miqdrada psixotrop maddələrin qaçaqmalçılığını etməsinə, bundan əlavə, Hüseynov Mirzəbala Rövşən oğlunun külli miqdarda qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, satmaq məqsədi olmadan saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Hər iki şəxs barəsində beynəlxalq axtarış elan edilib. Axtarışda olan şəxslərin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğuna etdiyi sorğular təmin edilib.

Emil Kələntərov və Mirzəbala Hüseynov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasına təhvil verilib.

Azərbaycan cinayət törətməkdə şübhəli bilinən iki nəfəri Rusiyaya təhvil verdi

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı