Azərbaycan İdeyası

Bu il ton yarım narkotika tutulub

Tarix:27-08-2018, 13:53
Baxış Sayı:312

  Bu il ton yarım narkotika tutulub



2018-ci ilin yanvar – iyun aylarında qeydə alınmış 12844 cinayət hadisəsinin 1813-ü və ya 14,1 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub.

“Qafqazinfo” xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamalarına görə, onların 58,2 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,2 faizini eyni hərəkətləri müvafiq qanunla müəyyən edilməyən qaydada satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə və satma, 6,5 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,1 faizini isə güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlər təşkil edib.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1227 nəfərin 87,2 faizini heç yerdə işləməyən və oxumayanlar, 38,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törədənlərin 0,3 faizi yetkinlik yaşına çatmayanlar, 7,3 faizi 18-24 yaşlı, 13,3 faizi 25-29 yaşlı gənclər, 79,1 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2018-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 1441,9 kiloqram narkotik maddələrin 674,5 kiloqramını heroin, 508,8 kiloqramını marixuana, 198,9 kiloqramını tiryək, 44,4 kiloqramını həşiş, həşiş yağı və qətranı, 15,3 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı