Azərbaycan İdeyası

Şərurlu İsfəndiyarla sabiq bank rəhbərinin milyonluq davası

Tarix:23-03-2021, 20:26
Baxış Sayı:64


Bakı Ağır Cinayətlər Məhkəməsində “Zaminbank”ın beş milyon manatdan çox vəsaitini mənimsəməkdə ittiham edilən bankın sabiq sədri Nadir İsmayılovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş tanınmış iş adamı, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundov sualları cavablandırıb.

İ.Axundov bildirib ki, həmin bankda onun adına iki kredit olub:

“Mənim adıma 10 milyon manatlıq kredit yazılmışdı. O pulun yarısını götürdüm və kreditimi də ödədim. İşlərimi qaydasına qoydum və pula ehtiyacım olmadığı üçün qalan beş milyonu bankdan götürmədim. Amma sonradan bu kredit üçün girov qoyduğum obyektləri qaytarmaq üçün qalan pulu da ödədim.

Ümumilikdə, banka 10 milyondan artıq pul verdim. Lakin sonradan bildim ki, əmlaklar Mərkəzi Bankda girovluqdadır, Nadir isə pulu Mərkəzi Banka ödəməyib. İndi Mərkəzi Bank da 10 milyon tələb edir. Nadirlə dost idik, yaxşı münasibətimiz var idi. Elə buna görə də onun məni aldatmasını bağışlaya bilmirəm”.

Vəkilin İsfəndiyar Axundova “Müqavilə imzalayarkən niyə baxmadınız?” sualına o, savadsız olduğunu, həm də dostu Nadirə inandığını deyərək cavab verib.

Təqsirləndirilən Nadir İsmayılov isə İsfəndiyar Axundovun dediklərini təkzib edib:

“Mən onu aldatmamışam. İsfəndiyar Axundov düzgün danışmır. Onlar birinci dəfə beş milyon götürdülər. İkinci dəfə də qalan 5 milyona iki “Lamborghini”, iki “Ferrari” aldılar. 300 min də qudası Məhərrəmə verdi. Birinci xanımından olan oğlu üçün Türkiyəyə pul göndərdi. Danışır, amma hamısını demir”.

İsfəndiyar Axundov isə üzərinə həbs qoyulan “Flaminqo” restoranının girovluqdan çıxarılmasını istəyib.

Şərurlu İsfəndiyarla sabiq bank rəhbərinin milyonluq davası

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı