Azərbaycan İdeyası

Cinayət işi: Azərbaycanda intim münasibətdə olmadığı üçün qızı boğub öldürdü

Tarix:25-03-2021, 17:28
Baxış Sayı:57


2020-ci il martın 5-də Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 29/4, mənzil 51-də üzərində boğulmaya xarakterik xəsarətlə 23 yaşlı Günay Əliyevanın meyiti aşkar edilib. Araşdırma zamanı onun həmin evdə 2019-cu ilin dekabr ayından kirayədə yaşaması məlum olub.

Baku TV xəbər verir ki, Sumqayıt şəhər prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Ayın 6-da Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən 23 yaşlı Kamran Quliyev Bakı şəhərində saxlanılıb.

İş üzrə dindirilmiş Kamran Quliyev bildirib ki, marixuana və metamfetamindən istifadə edib. Həmin gün Günaya onunla cinsi əlaqədə olmaq üçün 30 və ya 40 manat pul verib. Amma bundan sonra qadın əlaqədə olmaq istəmədiyini deyib. Bu zəmində aralarında mübahisə başlayıb. K.Quliyevin sözlərinə görə, mübahisə zəminində Günay onu təhqir edib. Bu zaman isə o, hamam otağına daxil olaraq əlləri ilə Günayı divara sıxıb. Boğazından tutub, silkələyərək, sakit durmasını və onu söyməməsini tələb edib.

Günayın ağırlaşdığını hiss edərək, onu buraxıb. Huşunu itirdiyinin düşünüb, üzünə su vurub. Lakin qadın ayılmayıb. Onun öldüyünü görərək, qorxaraq mənzili tərk edib. Kamran Quliyev qeyd edib ki, Günay Əliyevanı qəsdən öldürmək istəməyib.

Məhkəmə iclasında K. Quliyev özünü təqsirli hesab etməyib. Zərərçəkmiş şəxsin hüquqi varisi bildirib ki, təqsirləndirilən şəxslə barışıb və ona qarşı şikayəti yoxdur.

Məhkəmə nəticəyə gəlib ki, Kamran Quliyevin törətdiyi əməl CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə düzgün tövsif edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Quliyev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Cinayət işi: Azərbaycanda intim münasibətdə olmadığı üçün qızı boğub öldürdü

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama