Azərbaycan İdeyası

Sumqayıt və Biləsuvarda Vətən müharibəsi qaziləri ziyarət olunub - FOTO

Tarix:30-03-2021, 14:24
Baxış Sayı:96

“Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən icra olunan “Böyük Qayğı” proqramı çərçivəsində Sumqayıt şəhəri və Biləsuvar rayonunda yaşayan Vətən müharibəsi qaziləri ziyarət olunub.

Təşkilatın idarə heyətinin üzvlərinin və könüllülərin iştirakı ilə baş tutan görüşlər zamanı qəhrəman qazilərimizin vəziyyəti ilə maraqlanılıb, proqram çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında məlumatlar çatdırılıb.

Qeyd edək ki, proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir.

Bu məqsədlə mobil könüllü qrupları yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak etmiş və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilmiş könüllülər davamlı olaraq qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin proqram çərçivəsində xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkil edilməsi də nəzərdə tutulub.

Adı çəkilən proqramla yanaşı təşkilat tərəfindən davamlı olaraq gənc qazilərin fərdi inkişafı, cəmiyyətə adaptasiyası, sosial-psixoloji reabilitasiyası istiqamətində layihələrin icrası planlaşdırılır.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər boyukqayidish.az saytı və ictimai birliyin sosial media hesabları və ya info@boyukqayidish.az elektron poçt ünvanı vasitəsilə əlaqə yarada bilərlər. Həmçinin ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla sözügedən saytda tanış olmaq mümkündür.

Qeyd edək ki, proqram “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə icra olunur.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir

Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ

Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb

Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı

Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb

Konqoda Eboladan ölənlərin sayı açıqlandı