Azərbaycan İdeyası

Qəbul edilən yeni dövlət standartı işçiləri əhatə edəcək

Tarix:8-04-2021, 12:24
Baxış Sayı:66




İstehsalatda baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə dövlət standartı qəbul edilib.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxs tərəfindən beynəlxalq standartlar əsasında AZS ISO 45001 “Əmək sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi” dövlət standartı qəbul edilərək dövlət fonduna daxil edilib.

Bu standart əmək sağlamlığı və təhlükəsizliyi sistemini yaratmaq və həyata keçirmək istəyən istənilən təşkilat tərəfindən tətbiq edilə bilər.

Yeni standartın tətbiqi sahibkarlara istehsalatda zədə və peşə xəstəliklərinin qarşısını almaqda, təhlükəsiz və sağlam iş yerləri yaratmaqda, preventiv və qoruyucu tədbirlər görməklə əmək sağlamlığı və təhlükəsizliyi üzrə riskləri idarə etməkdə kömək edəcək.

Sahibkarlıq subyektləri və digər maraqlı şəxslər dövlət standartının tam mətnini Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik hüquqi şəxsin rəsmi internet səhifəsi www.azstand.gov.az vasitəsilə əldə edə bilərlər.



Qəbul edilən yeni dövlət standartı işçiləri əhatə edəcək

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?