Azərbaycan İdeyası

Məmur özbaşınalıqlarını ifşa edəcək məlumatlar “məhdudlaşdırılan” informasiyalardır?

Tarix:21-06-2021, 13:55
Baxış Sayı:716

Dünyadakı əksər münaqişələrin kökündə xalqların öz müqəddəratını həll etmək hüququ ilə dövlətlərin ərazi bütövlüyü məsələsi arasındakı ziddiyyət durur. Dünya Birliyi nə qədər ki, bu ziddiyyətli məsələni həll etməyib, konfliktlər davam edəcək. Təkcə son bir qərinə ərzində Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə nəzər salanda görmək olur ki, BMT, ATƏT və başqa nüfuzlu beynəlxalq təşkilatlar belə konfliktlərə laqeyd qalmaqla, yaxşı halda qətnamə qəbul edib icrası ilə məşğul olmamaqla, əslində “haqq güclünün tərəfindədir” ehkamına sadiq qalırlar.

Azərbaycanın qanunlarında da birinin digərinə münasibətdə paradoksal məqamlar mövcuddur. Məsələn, “Kütləvi informasiya haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, jurnalistin... dövlət orqanlarına, bələdiyyələrə, idarə, müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya sorğu vermək hüquqları vardır. Lakin əgər başqa qanunla elə həmin dövlət oqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin jurnalistin sorğusuna cavab verməmək və ya cavab verməkdən yayınmaq hüququ yaranırsa, burada artıq ziddiyyətdən danışmağın yeri var.

Mülkiyyət hüquqları pozulmuş Rəşidovlar ailəsinin qəzetimizə ünvanladıqları müraciətlərində qeyd etdiklərinin araşdırılmasına köməklik etməsi üçün İnsan Hüquqları üzrə Müvəkkilə məktub yazmışdıq. Ombudsman aparatından redaksiyamıza göndərilmiş 20 may 2021-ci il tarixli cavab məktubunda bizə hüquq dərsi keçilir: “...üçüncü şəxslər yalnız hüququ pozulmuş şəxsin razılığı ilə Ombudsmana şikayət verə bilərlər”. Öz növbəmizdə hesab edirik ki, bu cavab əslində Ombudsmanın Rəşidovların məsələsinə qarışmaqdan yayınma üsuludur. Çünki Rəşidovlar redaksiyaya müraciətlərində xahiş ediblər ki, məsələni ictimailəşdirib əlaqədar qurumlara çatdıraq. Biz də əlaqədar qurumlardan biri kimi Ombudsman aparatını seçmişik. Burda başa düşülməyəsi nə var ki? Üstəgəl, Ombudsmana və digər aidiyyati instansiyalara göndərdiyimiz məktublara sözügedən problemi qələmə aldığımız məqalədən çıxarışı da qoşma etmişik. Məqalədən bəlli olur ki, Rəşidovların yazmadıqları ünvan qalmayıb. Əcəba hörmətli Ombudsman elə hesab edir ki, Rəşidovlar İnsan Hüquqları üzrə Müvəkkilə etdiyimiz müraciətə razı olmaya bilərlər? Elə isə nə əcəb şikayətçilərin özləri ilə əlaqə qurmağa cəhd göstərməyiblər?

Götürək elə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin redaksiyamıza verdiyi 01 iyun 2021-ci il tarixli cavabı. Rəşidovların torpaq sahəsinin başqaları tərəfindən istifadə edilməsinin qadağan edilməsi ilə bağlı məhkəmə qərarının icrasının təmin edilməsinı dair redaksiyamıza rəsmi məlumat verilməsinə köməklik göstərilməsi barədə müraciətimizi Baş Prokurorluq Dövlət Xidmətinə göndəribmiş. Reyestr Xidməti məlumat verməkdən imtina edib ki, bəs sorğumuzun predmeti qanunla məhdudlaşdırılan informasiyadır. Soruşmaq ayıb olmasın: O informasiyanı KİV-ə də vermirsiniz, məhkəməyə də. Bəs elə isə kim sizdən həmin informasiyanı almaq səlahiyyətinə malikdir? Yoxsa, bundan ötrü ləğv olunmuş MTN yenidən bərpa olunmalıdır?

Maraqlıdır, Baş Prokurorluq, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi onlara ünvanladıımz mürcaiətləri baxılması üçün yerli qurumlara – Qəbələ rayon prokurorluğuna, Şəki Regional Ədliyyə İdarəsinə, Qəbələ rayon İcra və Probasiya Şöbəsinə göndərirlər. Sanki bilmirlər ki, həmin regional və rayon idarələri məsələyə obyektiv yanaşsaydılar, problem bunca böyüməz, elə regional və rayon səviyyəsində də həllini tapardı.

Üz tutmuş olduğumuz daha bir instransiya – Milli Məclis isə qaldırılan məsələyə müdaxilə etmək səlahiyyətinin olmadığını bildirib. Olmaz da, haradan olsun səlahiyyəti? Ali qanunverici orqan qanunkları müzakirə edib sonra qəbul eləyəndə onların biri-biri ilə ziddiyyət təşkil etdiyini nəzərə almayanda axırı belə olmalıdır.

“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…