Azərbaycan İdeyası

"Mən qul deyiləm!" - Müharibə veteranını işlədib pulunu verməyiblər

Tarix:20-09-2021, 11:21
Baxış Sayı:176

Azərbaycanın istər koronavirus pandemiyasına qarşı mübarizə, istərsə də onun milli iqtisadiyyata mənfi təsirinin azaldılması müstəvisində həyata keçirdiyi tədbirlər həqiqətən də ğz vətəndaşlarının qədrini bilən güclü sosial dövlətin öhdəsindən gələ biləcəyi işlərdir. Bu tədbirlərin sırası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı ilə başladı və sahibkarlara maliyyə dəstəyinin mexanizmləri müəyyənləşdirildi.
Lakin çox təəssüflər olsun ki, bəzi sahibkarlıq subyektləri pandemiyaya qədər vaxtamuzd, işəmuzd işlətdikləri, çox vaxt da əməyini quldarcasına istismar etdikləri əməkdaşlarını zamanın bu ağır sınağı ilə meydanda yalqız buraxdılar. Elələrindən biri barədə söz açacağıq.
Sumqayıt şəhəri 8 - ci mkr, ev - 31 mənzil - 25 ünvanda yaşayan 1974-cü il təvəllüdlü Abışov Taleh İsmayıl oğlu 1-ci Qarabağ müharibəsi veteranıdır. “Korrupsiya və Qanun” qəzetinə ünvanladığı 15 sentyabr 2021-ci il tarixli müraciətində bildirir ki, 2020-ci ilin fevral ayında “Faiq - S” firmasına məxsus “Təbrik” şadlıq sarayında nəzarətçi vəzifəsinə işə götürülübmüş. Fevralın 21-də onunla əmək müqaviləsi bağlanıb. Bir ay işləyəndən, əmək haqqını alandan sonra martdan etibarən pandemiya ilə əlaqədar şadlıq evlərinin fəaliyyəti dayandırılıb. Mühasib Elçin adlı şəxs ona deyib ki, gedib otursun evində, nə qədər ki pandemiya davam edir, aylıq maaşının 50 faizi ona ödəniləcək. Çünki hökumət fəaliyyəti məlum səbəbdən məhdudlaşdırılan sahibkarlara kompensasiya vəd etmiş və tələb etmişdi ki, əməkdaşları işdən çıxarmasınlar.
Çifayda, sonrakı aylarda Talehin maaşlarını ödəməyiblər. İsrar etdiyini görüb 19.07.2020-ci il tarixdə işdən çıxarılmasına qərar veriblər. 19.07.2021-ci il tarixdə onun əmək müqaviləsi qüvvədən düşmüşdür. Əmək haqqını bu günə kimi hələ də ala bilməyib. Üç uşaq atası olduğunu, kirayədə yaşadığını bildirən Taleh maddi durumunun çox ağır olduğunu, firmada qalan əmək haqqına ciddi ehtiyac hiss etdiyini qeyd edir. Koronavirusla əlaqədar məhdudiyyətlərin yumşaldıldığı, şadlıq evlərinin fəaliyyətinə müəyyən qaydaları gözləməklə icazə veriləndən sonra da onu işə bərpa etməyiblər. Redaksiyadan probleminin ictimailəşdirilməsini, aidiyyəti qurumlara çatdırılmasını xahiş edən Abışovun müraciətnaməsi “Mən qul deyiləm” nidası ilə yekunlaşır.
İnternet üzərindən apardığımız araşdırma nəticəsində məlum oldu ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi – 51 ünvanda yerləşən “Faiq – S” firmasının əvvəllər müxtəlif vaxtlarda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyi fiziki şəxslərlə Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqavilələrini bağlamadığı vergi orqanı tərəfindən aşkar olunmuşdur. Həmçinin firma ətraf mühitə ziyan vurma səbəbilə ekoloji nəzarət oirqanı tərəfindən məhkəməyə verilmişdir.
Vüqar Xəlilov

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama