Azərbaycan İdeyası

Şəhid Məzahir Mustafayevin ,,qan pulu" mənimsənilibmi ?

Tarix:20-09-2021, 11:38
Baxış Sayı:402

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti önəmlidir. Bu əhəmiyyətli vəzifənin öhdəsindən məhz sözün əsl mənasında bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gələ bilir.
Azərbaycanda son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları və hökumətə etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondu bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Lakin çox təəssüflər olsun ki, yerlərdə şəhid ailələrinə dövlətin qayğısına da “qayçı qatanlar”ın olduğu barədə xoşagəlməz məlumatlar dolaşır.
Sabirabad rayonunun Qarağac kənd sakini Mustafayeva Südabə Babaqulu qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, oğlu Mustafayev Məzahir Məzahim oğlu 1994-cü ilin fevral ayında Kəlbəcər rayonunda itkin düşmüşdür. Sonra ailə üzvləri aidiyyəti qurumlara müraciət edərək, məhkəmə qərarı ilə mərhum Məzahir Mustafayevə şəhid statusu verilməsinə nail olmuşdur. Məhkəm qərarının çıxarıldığı gün (10 oktyabr 2007-ci il) Məzahirin rəsmən öldüyü gün sayılmışdır.
Lakin ailə hələ də şəhid üçün dövlət tərəfindən verilməli olan və hazırda 11000 (on bir min) manat təşkil edən “qan pulu”nu ala bilməmişdir. Şəhid anası həmçinin qeyd edir ki, ailəsinin üzvləri indiyədək heç bir sənədə hansısa pul almaları barədə imza atmayıblar. Bir onu xatırlayır ki, 2007-ci ildə Sabirabad rayon Sığorta İdarəsinin (Dövlət Sığorta Kommersiya Şirkətinin sabirabad rayon filialı – red.) sabiq müdiri Şahin müəllim və mühasib Fatma xanımın qəbulunda olarkən ona 1000 (bir min) manat pul veriblər, həmin məbləğin də 100 (bir yüz) manatını rüşvət kimi geri alıblar. Sonra Südabə xanım Sabirabad Rayon icra Hakimiyyəti başçısı Siraqəddin Cabarovun qəbuluna düşüb. Başçı sığorta idarəsinin müdirini yanına çağırıb deyib ki, 2007-ci ildə “qan pulu”nun məbləği 11000 manat olmayıb. Eyni zamanda rayon rəhbəri Müdafiə Nazirliyinə də zəng vurub öyrənib ki, həqiqətən də şəhid ailəsi həmin pulu almayıb. Cabbarov sığorta idarəsinin hazırki müdiri Ramin müəllimi yanına çağırıraq göstəriş verib ki, Mustafayevlər ailəsinə çatası “qan pulu”nun verilməsini təmin etsin. Lakin buna baxmayaraq, yerli sığorta idarəsinin rəhbəri başçının göstərişinə məhəl qoymayıb. Əksinə, şəhid anası növbəti dəfə onun qəbuluna düşəndə deyib ki, “Sizin pulu başqaları yeyib, mən yeməmişəm”.
Südabə xanım təxmin edir ki, onun savadsızlığından istifadə edib şəhid oğlunun “qan pulunu” mənimsəyiblər. Çünki o da daxil şəhidin vərəsələrinə pul ödənilməsi üçün bank hesabı açılarkən məlum olub ki, guya o, bir sənəddə 2007-ci ilin noyabr ayında, digər sənəddə isə həmin ilin dekabr ayında 11000 manat birdəfəlik ödənişi alıbmış. ƏƏSMN və Dövlət Sığorta Şirkətinin Südabə xanıma yazdıqları məktublarda onun 11000 manat pul aldığını göstəriblər.
Belə çıxır ki, Mustafayevlərin “qan pulu” aldıqlarının təsdiqi kimi çıxış edən imzanın (və ya imzaların) həqiqiliyi ekspertiza yolu ilə yoxlanılmalıdır.
Vüqar Xəlilov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI - Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısı alınıb - VİDEO
BDU-nun tələbəsi qəzada öldü
BDU-nun tələbəsi qəzada öldü
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Ötən gün Azərbaycanda 11 kiloqram narkotik tapılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Dəhşətli qəzaya düşmüş tanınmış teleaparıcı evə buraxılıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Azərbaycanda hakim intihar etdi
Azərbaycanda hakim intihar etdi
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə