Azərbaycan İdeyası

ALİ MƏHKƏMƏNİN İCRAYA YÖNƏLDİLƏN QƏRARI YALNIZ TİTUL SƏHİFƏSİNDƏN İBARƏT OLUR?

Tarix:12-10-2021, 18:08
Baxış Sayı:399

Hakimlər və məhkəmə icraçıları mülkiyyəti cinayət yolu ilə əlindən alınan vətəndaşdan məhkəmə qərarını gizlədirlər
***
Nə qədər acı olsa da, Azərbaycan məhkəmələrində bəzən haqqını-hüququnu qorumaq nəinki orta statistik ölkə vətəndaşına, hətta yetərincə tanınmış, hüquq düşüncəsinə malik jurnalistlərə belə asan başa gəlmir. Səbəb də hakimlərin korrupsiyaya qurşanması, rüşvətin hər qapını açması, bəzən də bağlamasıdır. “Korrupsiya və Qanun” qəzetinin baş redaktoru Xuraman Quliyeva təəssüf və təəccüb hissi ilə bildirir ki, uzun müddət rəhbəri olduğu tərəqqipərvər kütləvi informasiya vasitəsi ilə korrupsiyaya qarşı mübarizə işinə töhfə verdiyi halda, özü korrupsiya hüquqpozması ilə üzləşib və təməl hüquqlarından olan mülkiyyət hüququnu qorumaqda çətinlik çəkir. Bu mübarizə yolunda xeyli maddi vəsait, zaman, enerji, stress xərcləyib, səhhət durumu pisləşib, dəfələrlə üstünə təcili yardım çağırılıb. Bununla belə mübarizənin arzuolunan, ədalətli sonunun üfüqləri hələ görünmür.
Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi – 28 ünvanda yaşayan Quliyeva Xuraman Əhliman qızı bildirir ki, vətəndaş Dənyalov Elsaldar Şahmərdan oğlu onun qardaşı Abbasov Altay Əhliman oğlunun vasitəsilə 06.03.2008-ci il tarixdə onunla bağladığı borc müqaviləsinin təminatı kimi girov qoyulan, yuxarıda göstərilən ünvanda yerləşən evini ələ keçirib, mənimsəmək məqsədilə 27.02.2009-cu ildə həmin evin hərraca çıxarılıb satılması barədə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin hakimi Südabə Məmmədovanın ona qarşı törətdikləri cinayət əməllərinin izini itirmək, məsuliyyətdən yayınmaq məqsədilə 5 il 5 ay müddət ötdükdən sonra, 03.04.2009-cu il tarixdə iş üzrə onsuz məhkəmə iclası keçirildiyi kimi, növbəti dəfə də onun iştirakı olmadan 22.09.2014-cü il tarixdə icra məmuru Aydın Hümbətovun sifarişi ilə həmin gün onun evi 28684 manata Dənyalov Elsaldar Şahmərdan oğluna satılmışdır.
Xuraman Quliyevanın dediklərindən: “Bu cinayət hadisəsindən Dənyalov Elsaldar Şahmərdan oğlunun məhkəməyə 4 il 3 aydan sonra ünvanladığı iddia ərizəsi əsasında, bu dəfə isə mənim 03.12.2018-ci il tarixində keçirilən məhkəmə iclasında iştirakım təmin edilmiş və məhkəmə prosesində iştirak etdiyim zaman mənə qarşı törədilmiş cinayət hadisəsindən məlumatlı oldum. Yasamal Rayon Məhkəməsinin və Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin və icra məmurlarının mənə qarşı xüsusi ağır cinayət əməlləri törətdiklərini başa düşən Ali Məhkəmənin mülki kollegiyasının üzvləri, prosesə sədrlik edən İlqar Xələfov və digərləri 23.07.2021-ci il tarixdə iş üzrə keçirilən, 1-2 dəqiqə davam edən məhkəmə iclasında heç bir araşdırma aparmadan, kassasiya şikayətimin dəlillərimin doğruluğunu yoxlamadan qəbul edilən cinayət tərkibli məhkəmə aktını – qərarını bu günədək mənə göndərmədən, onun yalnız titul səhifəsini icra olunması məqsədilə Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərmişlər. İcra məmuru cənab Aslan Aslanbəyli mənə məxsus olan və hazırda istifadəmdə olan evimin mənimsənilməsi cinayət faktının mahiyyətinə varmadan, həmin xüsusi ağır cinayətin üstünün açılmasının səlahiyyətinə aid olmadığını əsas gətirib, mənə öz evimi könüllü cinayətkar Dənyalov Elsaldar Şahmərdan oğluna təhvil verməyimi və əks təqdirdə isə 27.09.2021-ci il tarixdə evimin zorla boşaldılacağı barədə ünvanıma mesaj göndərib”.
Xuraman Quliyeva həmçinin bildirir ki, icra məmuru Aslanbəyliyə məhkəmənin qərarının ona çatdırılmadığını, qərarın ona çatdırıldığı halda həmin qərarı mübahisələndirmək üçün əlavə kassasiya şikayəti verəcəyini bildirib. İcra məmuru Aslanbəyli isə onu bu məsələni süni surətdə yubatmaqda ittiham edib. Bundan çox mütəəssir olan X.Quliyeva onun hüquqlarını qoruyan nümayəndəsi Güloğlan Hüseynovu Yasamal İcra və Probasiya Şöbəsinə göndərib. Nümayəndə özüylə həmçinin X.Quliyevanın Ali Məhkəmənin sədri cənab Ramiz Rzayevə göndərdiyi teleqramın surətini də aparıb. Teleqramda cənab Ramiz Rzayevdən məlum qərarın X.Quliyevaya təqdim olunması üçün müdaxilə etməsi xahiş edilmişdir. Təəccüblüdür ki, həmin teleqrama da cavab alınmamışdır. İcra və Probasiya Şöbvəsinin rəisi Pərviz Zəkəriyyəyev X.Quliyevanın hüquqi nümayəndəsinə qərarın İcra və Probasiya Şöbəsinə göndərildiyini demişdir. Nümayəndə həmin qərarın bir surətinin ona verilməsini xahiş etdikdə, şöbə rəisi ona bayırda gözləməsini bildirmiş, qərarın surətinin çıxarılaraq ona veriləcəyini demişdir. Lakin nümayəndəyə qərarın mətni deyil, üz hissəsi (titul səhifəsi) təqdim olunmuşdur. Eləcə də deyilmişdir ki, Ali Məhkəmədən Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş qərar yalnız həmin o bir səhifədən ibarətdir (?) Həmin o bir vərəqdən yalnız qərarın nömrəsi və tarixi, hakimlərin adları bəlli olur: İş № 2(102) – 4335/2021; 23.07.2021. Başqa heç nə!!!
Haqlı olaraq suallar doğur: Prosesin başa çatmasını süni surətdə ləngidən kimdir? Evi saxtakarlıqla, ədalətsizliklə əlindən alınan Xuraman Quliyeva, yoxsa, çıxardıqları qərarı ondan gizlədərək, yenidən mübahisələndirilməsi ehtimalının gerçəkləşməsinə maneə yaradan Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri İlqar Xələfov, Gündüz Quliyev, Zaur Əliyev cənabları? Yaxud, qərarın təkcə bir vərəq titul səhifəsindən ibarət olduğunu israr edən Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Aslan Aslanbəyli?
Xuraman Quliyeva evinin 22.09.2014-cü il tarixdə hərraca çıxarılaraq Dənyalov Elsaldar Şahmərdan oğluna satılması barədə hərracın yekun protokolunu 1 saylı Bakı İnzibati Məhkəməsində mübahisələndirib, iddia ərizəsi 23.09.2021-ci il tarixində məhkəmə qeydiyyatına alınıb. Bununla əlaqədar Xuraman Quliyeva həmçinin Yasamal Rayon İcra və Probasiya Şöbəsinin rəisinə ərizə ilə müraciət edərək, iş üzrə icraatın ədalətli hüquqi son məhkəmə aktı qəbul edilənə kimi dayandırılmasını xahiş etmişdir.
“Korrupsiya və Qanun”
Bakı 1 saylı İnzibati məhkəməsinə
İddiaçı: Quliyeva Xuraman Əhliman qızı
(Ünvan: Bakı şəhəri Əlibəy Hüseynzadə küçəsi-28)
Cavabdehlər: 1.Daşınar və Daşınmaz Əmlakların
Satışı üzrə Hərrac Mərkəzi MMC
(Ünvan: Bakı şəhəri, İ.Hidayətzadə küçəsi-156 (20a) 1933-cü məhəllə)
2.Bakı şəhəri 9 saylı Notariat Kontoru
(Ünvan: Bakı şəhəri, Nərimanov rayonu H.Əliyev Pr-72
İ D D İ A Ə R İ Z Ə S İ
(DDƏSÜHM MMC tərəfindən ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 22.09.2014-cü il tarixli, 78/03 saylı protokoluna və həmin protokol əsasında Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən Bakı şəhər Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi ev 28 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu Bakı şəhəri Ə.Naxçıvani küçəsi ev 27 mənzil 122-də qeydiyyatda olan Dənyalov Elsaldar Şahmərdan oğlunun mülkiyyətinə verilməsi barədə 24.09.2014-cü il tarixli şəhadətnaməyə etibarsız hüquqi qiymətin verilməsi barədə)
Bildirirəm ki, 2008-ci ilin aprel ayının təqribən, (əvvəllərində) qardaşım Abbasov Altay Əhliman oğlu evimə gəlib bildirdi ki, Dənyalov Elsaldar Şahmərdan oğlundan 15.000 məbləğində borc pul götürmək istəyirəm. Və bu niyyətimi reallaşdırmaq üçün sənin razılığınla mülkiyyətində olan mənzilini onunla bağladığım müqavilənin təminatı kimi girov qoymaq istəyirəm. Səni əmin edirəm ki, 2-3 aya ondan aldığım 15.000 AZN məbləğində pulu ona qaytardıqdan sonra evini girovluqdan çıxaracam. Mən qardaşım Altaya inanıb, onun tərəfindən, heç vaxt tanımadığım, 9 il 8 ay ötdükdən sonra, ikinci dəfə mənə qarşı Yasamal rayon məhkəməsinə ünvanladığı iddia ərizəsi üzrə 03.12.2018-ci il tarixində iş üzrə keçirilən məhkəmə prosesinədə ilk dəfə üzünü gördüyüm Dənyalov Elsaldar Şahmərdan oğlu ilə 03.04.2008-ci il tarixində onunla bağlanan borc müqaviləsinin təminatı kimi girov qoymağım barədə ipoteka müqaviləsi ilə bağlı qardaşım Altay tərəfindən təqdim edilən sənədləri imzaladım. 06.03.2008-ci il tarixində həmin sənədlər əsasında Dənyalov Elsaldar Şahmərdan oğlu ilə 40.000 AZN məbləğində borc müqaviləsi faktiki olaraq mənimlə deyil, onunla qardaşım Abbasov Altay Əhliman oğlu tərəfindən bağlandığı səbəbindən, həmin müqavilənin təminatı olaraq girov qoyduğum, DƏDRX-i yanında hüquqların dövlət qeydiyyatı haqqında 0130769 saylı 22.02.2008-ci il tarixli DƏDRX tərəfindən verilən çıxarış əsasında mülkiyyətimdə olan həmin evin girovluqdan çıxarılıb-çıxarılmaması ilə bağlı, yalnız, Abbasov Altayla əlaqə saxlayırdım. Digər tərəfdən, fikirləşirdim ki, Dənyalov Elsaldarın Abbasov Altayla bağladığı həmin borc müqaviləsinə Altay tərəfindən əməl olunmadığı halda, o, bu barədə məhkəməyə müraciət edərsə, məhkəmə cavabdeh tərəf kimi mənim məhkəmə prosesində Azərbaycan Respublikası MPM-nin 8,9, 138.1, 138.2, 138.3, 168.1, 168.2-ci maddələrin tələblərini əldə rəhbər tutub, iş üzrə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırdıqları halda məhkəmə iclasında iştirak edib, yuxarıda qeyd etdiyim işin faktiki halları barədə prosesə sədrlik edən hakimi və digər proses iştirakçılarını məlumatlandıracam. Lakin, Dənyalov Elsaldar Şahmərdan oğlunun mənimlə bağladığı yuxarda qeyd etdiyim tarixli borc müqaviləsi ilə əlaqədar məni iş üzrə cavabdeh tərəf kimi ilk dəfə olaraq, yalnız, 03.12.2018-ci il tarixində iş üzrə keçirilən məhkəmə iclası barədə mənə rəsmi qaydada məhkəmə bildirişi göndərildi!!! Yalnız, həmin məhkəmə iclasında iştirak edərkən, iş üzrə iddiaçı tərəf kimi, Dənyalov Elsaldar Şahmərdan adlı, soyadlı şəxsi gördüm və həmin tarixdə mənə məlum oldu ki, onun mənə qarşı mülkiyyətimdə olan, yuxarıda qeyd etdiyim ünvanda yerləşən evimin hərraca çıxarılması barədə iddia tələbi üzrə Yasamal rayon məhkəməsinin hakimi Südabə Əlisalam qızı Məmmədova tərəfindən iddianın təmin edilməsi barədə 03.04.2009-cu il tarixində qətnamə qəbul edilmiş, və həmin qətnamə əsasında verilmiş 03.04.2009-cu il tarixli, 2 (004)-1485/2009 saylı icra sənədi 18.05.2009-cu il tarixində Yasamal Rayon Məhkəmə icraçıları şöbəsinə daxil olmuş və məhkəmə qərarlarının icraçısı İmanov Şahin Dürhəsən oğlu tərəfindən 21.05.2009-cu il tarixində 2431/09 saylı icraata başlamaq barədə qərar qəbul edilmiş, və həmin tarixdən 4 il 3 ay keçdikdən sonra isə həmin şöbənin başqa bir icra məmuru cənab Aydın Hümbətovun sifarişi ilə bu dəfə də mənim xəbərim, məlumatım olmadan Azərbaycan Respublikası MM-nin 415.2, 415.4 maddələrinin tələbləri 22.09.2014-cü ildə keçirilən hərracın sifarişçisi olan icra məmuru cənab Aydın Hümbətov və hərracın təşkilatçısı-“Daşınar və Daşınmaz əmlakların satışı üzrə” hərrac mərkəzi MMC-nin direktoru Abbasov Ramil Mehman oğlu və hərracı keçirən şəxs Cəfərova Zülfiyyə Arif qızı tərəfindən kobud şəkildə pozularaq mənim iştirakım olmadan mülkiyyətimdə olan evim onlar tərəfindən ilkin hərrac qiyməti 45.000 (qırx beş min) qiymətləndirildiyi halda həmin tarixdə keçirilən hərracda yeganə alıcı kimi iştirak edən tələbkar Dənyalov Elsaldar Şahmərdan oğluna 28.684, 50 manata satılmışdır!!! Bununla da Yasamal rayon İcra şöbəsinin icra məmuru cənab Aydın Hümbətov DDƏSÜHM MMC-nin direktoru cənab Ramil Abbasov və hərracı keçirən şəxs Cəfərova Zülfiyyə və digər tərəfdən Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədova mənim iştirakım olmadan, məndən gizli Dənyalov Elsaldar Şahmərdan oğlu ilə cinayət əlaqəsinə girərək, mülkiyyətimdə olan evimi oğurlayaraq yarı qiymətinə dələduz, iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğluna satmaqla mənimsəmişlər!!! Bu faktdan bir gün ötdükdən sonra, Dənyalov Elsaldar Şahmərdan oğlu 24.09.2014-cü il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontoruna gələrək , hərracın yekunları barədə protokolu Kontorun xüsusi notariusu Ələkbərova Səma Rafiq qızına təqdim edir, o da öz növbəsində, hərrac keçirilərkən kimlərin, evin mülkiyyətçisinin-satıcının hərracda iştirak edib-etməməsi ilə və satıcının nə üçün Notariat Kontoruna alıcı ilə, yəni Dənyalov Elsaldarla gəlməməsinin səbəbi ilə maraqlanmadan Azərbaycan Respublikası MM-nin 646.1 və 648.1 maddələrinin tələblərini, eləcə də, tətbiq etdiyi MM-nin 319.5, 414-416 və 647-ci maddələrinin tələblərini də kobud şəkildə pozaraq, mülkiyyətimdə olan yuxarıda qeyd etdiyim ünvanda yerləşən evimin Dənyalov Elsaldar Şahmərdan oğlunun mülkiyyətinə keçməsi barədə ona Reyestrdə 7-E-401 28378 saylı, 24.09.2014-cü il tarixli şəhadətnamə imzalayır. İstər Dənyalov Elsaldar Şahmərdan oğlunun 27.02.2009-cu il tarixli qardaşım Altay tərəfindən girov qoyulan evimin hərraca çıxarılması barədə iddia tələbinin təmin edilməsi haqqında qətnamə qəbul edən hakim Südabə Əlisalam qızı Məmmədova, istərsə də Yasamal Rayon İcra Şöbəsinin icra məmurları Şahin İmanov, Aydın Hümbətov cənabları eləcə də iddiaçının özü Dənyalov Elsaldar Şahmərdan oğlu mülkiyyətimdə olan evimi cinayətkar yolla mənimsəmək məqsədi ilə cinayət əlaqəsinə girdiklərini dərk etdikləri səbəbindən iş üzrə qəbul edilən 03.04.2009-cu il tarixli qətnaməni süründürməçilik variantından istifadə edirlər ki, törətdikləri xüsusi ağır cinayət əməllərində mülki işə cavabdeh tərəf kimi cəlb edilən Quliyeva Xuraman Əhliman qızı onların törətdikləri bu cinayət əməllərindən xəbəri olmasın! Bu səbəbdən də Yasamal rayon icra şöbəsinin adlarını qeyd etdiyim icra məmurları Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 7-ci, 8.2 maddəsinin tələbinə görə icra məmuru icra sənədini aldığı vaxtdan 3 gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti göstərilməyibsə, icraata başlandığı vaxtdan ən çoxu 10 gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Həmin qanunun 12-ci maddəsinə əsasən icra sənədini aldığı gündən icra məmuru 2 ay müddətinə icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin, indiki halda, mənim evimi hərraca çıxarılmasını təmin etməli idilər. Belə olan halda, sual olunur-mülkiyyətimdə olan, yuxarıda qeyd etdiyim ünvanda yerləşən evimin hərraca çıxarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasını icra məmurları niyə süründürürdülər?! Tələbkar Dənyalov Elsaldar isə, öz növbəsində, icra məmurlarının bu qanunsuz hərəkətləri ilə razılaşır! Həm də, nəzərə alsaq ki, onun 40.000 AZN məbləğində iddiaçıya borc verdiyi həmin məbləğin hər ay ona qazanc gətirəcəyi, ən azı, 5%-ni yəni 2.000 manat maliyyə vəsaitini itirir!!! Digər tərəfdən, istər iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlu, istərsə də icra məmurları dəqiq bilirdilər ki, Azərbaycan Respublikası MM-nin 373.2 maddəsinin tələbinə əsasən müqavilə tələbləri üzrə iddia müddətinin 3 il nəzərdə tutulduğu halda həmin borc müqaviləsi üzrə iddiaçı 2-inci dəfə 3 il müddəti bitdikdən sonra, məhkəməyə müraciət etmək hüququndan da məhrum olur. Belə, olan halda, nə məqsədlə Yasamal rayon məhkəməsinin 03.04.2009-cu il tarixli qətnaməsinin icraası “İcra haqqında” Qanunun 7, 8.2, 12-ci maddələrinin tələblərinə əsasən 2 ay, müstəsna hallarda isə 3 ay müddətində deyil, 5 il 4 ay keçdikdən sonra, yəni, 22.09.2014-cü il tarixində borcludan-Quliyeva Xuraman Əhliman qızından gizli-oğurluq yolu ilə icra olunur!!!
Dənyalov Elsaldar Şahmərdan oğlunun 2 dəfə 27.02.2009-cu il və noyabr 2018-ci il tarixlərində Yasamal Rayon Məhkəməsinə ünvanladığı iddia ərizələrini icraata qəbul edib, guya, araşdırma aparan saxtakar hakimlər Südabə Əlisalam qızı Məmmədova və Xuraman Məhərrəmova Dənyalov Elsaldardan borclu Quliyeva Xuraman Əhliman qızı ilə 06.03.2008-ci il tarixində 40.000 AZN məbləğində bağlanan borc müqaviləsinin şərtləri doğurdan da sonuncu tərəfindən pozulmuşdursa və dogurdan da borclu Quliyeva Xuramana 40.000 AZN maliyyə borc verilmişdirsə, belə olan halda, borc müqaviləsi əsasında tərəflər üzərində AR MM-nin 385.1, 386.1-ci maddələrinin tələblərinə uyğun olaraq öhdəliyin yarandığını nəzərə alıb, iddiaçı Dənyalov Elsaldar nə məqsədlə borc müqaviləsini mübahisələndirməmişdir, sualını iddiaçıya verib, aydınlaşdırmaq istəməmələri faktı da, həmin hakimlərin işin nəticəsi ilə maraqlı olduqları və bu səbəbdən də iddiaçının iddia tələblərini təmin etmək barədə ədalətsiz, saxta qətnamələr qəbul etmişlər, eləcə də, həmin qətnamələrin AR. “İcra haqqında” Qanunun tələblərinə müvafiq qaydada icra olunmasında maraqlı olmamışlar!!! Bundan savayı, həmin hakimlərlə cinayət əlaqəsinə girən Dənyalov Elsaldar Şahmərdan oğlu, icra məmurları həmin məhkəmə qətnamələrini illərlə süründürərək borclu Quliyeva Xuraman Əhliman qızının xəbəri olmadan, ondan gizli icra olunmasına deyur nail olmuşdur!
Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədova ilə cinayət əlaqəsinə girərək Quliyeva Xuraman Əhliman qızına məxsus yuxarda qeyd edilən ünvanda yerləşən mənzilini mənimsəmək qərarına gəldiyini təsdiqləyən digər fakt ondan ibarətdir ki, iddiaçı E.Dənyalovun ərizəsi üzrə Yasamal rayon Məhkəməsində 03.04.2009-cu il tarixində məhkəmə iclası keçirilərkən Quliyeva Xuraman qardaşı Abbasov Altayla notariat kontorunda olmuş, və onun adına 1 ay müddətinə etibarnamə vermişdir. Bu səbəbdəndəə Abbasov Altay Əhliman oğlunun həmin tarixdə iş üzrə keçirilən məhkəmə iclasında iştirak etmədiyi halda hakim Südabə Məmmədova yuxarda qeyd edilən tarixdə iş üzrə qəbul etdiyi qətnamədə guya məhkəmə iclasında Quliyeva Xurmanın nümayəndəsi Quliyev (?) Altay Əhliman oğlunun iştirak etdiyi və onun guya iş üzrə cavabdeh Quliyeva Xuraman Əhliman qızına qarşı iddiaçının iddia tələbinə etiraz etmədiyi barədə həqiqəti əks etdirməyən, yalan fakta istinad edilmiş və bu fakta sübut kimi hüquqi qiymət verilmişdir!!!
Mülkiyyətimdə olan, Dənyalov Elsaldar Şahmərdan oğlu tərəfindən evimin mülkiyyət hüququmun mənimsənilməsi barədə hazırda həbsdə olan qardaşım Abbasov Altaya məlumat verdikdə isə, o, bildirdi ki, hələ, 2011-ci ildə sənin evini girov qoyduğum Dənyalov Elsaldardan aldığım 15.000 AZN maliyyə vəsaitində 7.000 manatını poçt vasitəsi ilə ona qaytarmışam və həbsdən çıxdıqdan sonra qalan hissəsini də qaytaracam! Mən bu faktla bağlı poçtun rəhbərliyinə sorğu göndərdim. Həmin sorğuma Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-dən 18.03.2020-ci il tarixli ÖXŞ-2-10-4-19/ saylı Baş direktor müavini cənab Sübhan Kazımov tərəfindən ünvanıma daxil olan cavabda qeyd edilir ki, Banklar haqqında AR qanunun 41-ci maddəsinə əsasən maliyyə əməliyyatları, bank hesablarının vəziyyəti, müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatlar bank sirridir. Bank sirri təşkil edən məlumatlar dövlət orqanlarına və onların vəzifəli şəxslərinə, yalnız, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilir. Bu fakt da təsdiq edir ki, Dənyalov Elsaldar Şahmərdan oğlu 06.03.2008-ci ildə mənimlə qardaşım Altayın vasitəsilə müqavilə bağlasa da, o, faktiki olaraq həmin müqaviləni mənimlə deyil, Abbasov Altayla bağlamışdır. Bu fakt da Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia ərizəsi üzrə 03.04.2009-cu il və həmin vaxtdan 9 il 8 ay ötdükdən sonra isə 03.12.2018-ci il tarixlərində sonuncunun iddia ərizəsini araşdıran hakimlər Südabə Məmmədova və Xuraman Məhərrəmova tərəfindən, eləcə də, verdiyim apelyasiya şikayətimi icraata qəbul edən Bakı Apelyasiya Məhkəməsinin saxtakar və riyakar hakimləri Vüqar Təvəkkül oğlu Həsənov, Şərafət Asif qızı Məmmədova və Xəyal Əjdər oğlu Sarıyev cənabları tərəfindən də araşdırılmamış və yuxarıda qeyd etdiyim faktlara düzgün hüquqi qiymət verib, iş üzrə ədalətli, hüquqi qətnamə qəbul etmək niyyətləri olmamış və bu səbəbdən də onların məqsədləri qanunsuz yolla mülkiyyətimdə olan yuxarıda qeyd etdiyim ünvanda yerləşən, 12 ildən artıqdır ki, mübahisə predmetinə çevrilən Bakı şəhəri Ə.Hüseynzadə 28 ünvanındakı evimin dələduz Dənyalov Elsaldar Şahmərdan oğlu tərəfindən mənimsənilməsinə şərait yaratmaq olub! Bunu təsdiq edən digər bir fakt ondan ibarətdir ki, 2018-ci ilin dekabr ayında evimin hərraca çıxarılması barədə, Yasamal Rayon Məhkəməsinin 9 il 8 ay bundan əvvəl qəbul etdiyi qətnaməsində ilk dəfə məlumat əldə etdikdən sonra, həmin qətnamədən verdiyim kassasiya şikayəti Bakı Apelyasiya məhkəməsinin yuxarıda adlarını qeyd etdiyim xəyanətkar hakimləri kassasiya şikayəti vermək müddətinin, guya, buraxdığımı bəhanə edərək, halbuki onların iş üzrə qəbul etdikləri 29.02.2019-cu il tarixli qətnaməni 17.03.2019-cu il tarixində alıb, 15.05.2019-cu il tarixində poçt vasitəsi ilə məhkəməyə göndərməklə apelyasiya şikayətini vermə müddətini buraxmışam və mənim kassasiya şikayətimi Ali Məhkəməyə göndərməkdən imtina barədə 2 (103)-2327/2019 saylı, 01.07.2019-cu il tarixli saxta qərardad qəbul etməklə, yuxarda qeyd etdiyim ünvanda yerləşən evimə mülkiyyət hüququmun bərpa olunmasına vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, imkan verməmişlər!!! Həmin qərardadı, iddia ərizəsinə əlavə edirəm.
Dənyalov Elsaldar Şahmərdan oğlunun hakim Südabə Məmmədova ilə cinayət əlaqəsinə girərək evimi mənimsəmək qərarına gəldiklərini təsdiqləyən digər fakt ondan ibarətdir ki, E.Dənyalovun iddia ərizəsi üzrə Yasamal rayon Məhkəməsində 03.04.2009-cu il tarixində məhkəmə iclası keçirildiyi gün mən qardaşım Altay Abbasovla notariat kontorunda olmaqla onun adına 1 ay müddətinə etibarnamə verdim. Bu səbəbdən də qardaşım Altay həmin tarixdə iş üzrə keçirilən məhkəmə iclasında iştirak etmədiyi halda hakim Südabə xanım Məmmədova iş üzrə qəbul etdiyi qətnamədə Quliyev (?) Altay Əhliman oğlunun məhkəmə iclasında iştirak etdiyini və onun guya iddiaçı Dənyalov Elsaldarın Quliyeva Xuraman Əhliman qızına qarşı iddia tələbinə etiraz etmədiyi barədə həqiqəti əks etdirməyən, yalan fakta istinad etmişdir. Və bu fakta bu günədək hakimlər tərəfindən hüquqi qiymət verilməyib.
Yuxarda qeyd etdiyim işin faktiki hallarından göründüyü kimi, iddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun evimin hərraca çıxarılması barədə 03.04.2009-cu il tarixində məndən xəbərsiz, gizli məhkəmə iclası keçirildiyi kimi, həmin qətnamənin icraası da 5 il 4 aydan sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5-inci və 414-416-cı maddələrinin də tələbləri kobud şəkildə pozularaq, bu dəfə də mənim məlumatım və iştirakım olmadan hərracın keçirilməsinin sifarişçisi icra məmuru, hərracın təşkilatçısı Abbasov Ramil Mehman oğlunun və hərracı keçirən şəxs- Cəfərova Zülfiyyə Arif qızının satıcı rolunda cıxış etməklə, hərracda, yeganə alıcı kimi, iştirak edən tələbkar Dənyalov Elsaldar Şahmərdan oğluna mülkiyyətimdə olan evimin ona bazar qiymətinin yarısı məbləğində satılması ilə nəticələnən hərracın yekunları barədə 22.04.2014-cü il tarixli, 78/03 saylı protokol tərtib edilmişdir. Ondan 1 gün sonra 24.09.2014-cü il tarixində Dənyalov Elsaldar Şahmərdan oğlu həmin protokolla Bakı şəhəri 9 saylı Notariat kontoruna gəlmiş və orada həm evin satıcısı, həm də alıcısı kimi çıxış etmiş nəticədə mülkiyyətimdə olan evimin Dənyalov Elsaldar Şahmərdan oğlunun mülkiyyətinə keçirilməsi barədə həmin Notariat Kontorunun xüsusi notariusu Ələkbərova Səma Rafiq qızı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.5 və 414-416-cı, 645, 646 və 647-ci maddələrinin də tələbləri kobud şəkildə pozulmaqla Şəhadətnamə verilmişdir!!!
İşin faktiki hallarından göründüyü kimi iş üzrə iddiaçı Dənyalov Elsaldar qardaşım Abbasov Altay Əhliman oğlunun vasitəsi ilə mənimlə bağlanan 06.03.2008-ci il tarixli borc müqaviləsinin şərtləri əgər doğurdan da tərəfimdən pozulmuşdursa, həmin borc müqaviləsinin şərtlərinin tərəfimdən pozulduğuna görə o mütləq mənə qarşı Yasamal rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməli olduğu halda Dənyalov Elsaldar bu tələbini məhkəmə qaydasında sübut edə bilməyəcəyini dərk edərək Yasamal rayon Məhkəməsinin hakimi Südabə Məmmədova ilə cinayət əlaqəsinə girərək borc müqaviləsini mübahisələndirmədən həmin müqavilənin təminatı olaraq mülkiyyətimdə olan Bakı şəhəri, Ə.Hüseynzadə 28 ünvanında yerləşən evimi hərraca çıxarılaraq satılması barədə iddia tələbi ilə 27.02.2009-cu il tarixində Yasamal rayon Məhkəməsinə müraciət edir. Xəyanətkar hakim Südabə Məmmədova tamah məqsədi ilə Dənyalov Elsaldar Şahmərdan oğlunun iddia tələbini təmin etmək barədə 03.04.2009-cu il tarixində ədalətsiz qətnamə qəbul edib. Həmin qətnamə qəbul edildikdən 5 il 5 ay 19 gün keçdikdən sonra Yasamal rayon icra və probarsiya şöbəsinin adlarını yuxarıda qeyd etdiyim icra məmurları tərəfindən 22.09.2014-cü il tarixində icra olunur. Beləliklə məndən xəbərsiz iştirakım olmadan mülkiyyətimdə olan yuxarıda qeyd etdiyim ünvanda yerləşən evim icra məmurları tərəfindən Dənyalov Elsaldar Şahmərdan oğluna yarı qiymətinə satılır, mənimsənilir.
İddiaçı Dənyalov Elsaldar Şahmərdan oğlunun Yasamal Rayon Məhkəməsinin və Bakı Apelyasiya Məhkəməsinin hakimləri ilə, eləcə də, Yasamal rayon İcra Şöbəsinin yuxarda adlarını qeyd etdiyim əməkdaşları ilə cinayət əlaqəsinə girərək, mülkiyyətində olan evimi dələduzluq yolu ilə mənimsəmələri barədə yuxarıda qeyd etdiyim faktları “Korrupsiya və Qanun” qəzetinin səhivələrində dəfələrlə ictimailəşdirirərək, ölkə vətəndaşlarının, Baş prokurorluğu və digər aidiyyatı dövlət orqanlarını rəhbərlərinin nəzərinə çatdırılsa da, Baş prokuror cənab Zakir Qaralova bir neçə dəfə göndərsəm də müraciətlərim Azərbaycan Respublikası CPM-nın 45, 48, 84, 207, 213 və 215-ci maddələrinin tələbləri kobud şəkildə pozulmaqla Baş Prokurorluğun Müraciətlərə Baxılması idarəsinin əməkdaşı cənab Toğrul Əhmədov tərəfindən aidiyyatı üzrə deyil, Bakı Apelyasiya məhkəməsinin aparatına göndərilmiş, orada isə dəftərxanada qeydiyyata alınaraq, bu günə qədər hərəkətsiz saxlanılır!!!
Yuxarıda qeyd etdiyim faktları eləcə də, Azərbaycan Respublikası Konstitutusiyasının 12, 13, 29, 60-cı maddələrinin, İnzibati Prosesual Məcəlləsinin 2.2, 2.2.1, 35.1, 46 və 70.1-ci maddələrinin tələblərini rəhbər tutub, Bakı 1 saylı İnzibati Məhkəmədən

X A H İ Ş E D İ R Ə M:
1. Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin MMC tərəfindən ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün keçirilmiş hərracın yekunları barədə 22.09.2014-cü il tarixli, 78/03 saylı protokoluna və həmin protokol əsasında Bakı şəhəri 9 saylı Notariat kontoru tərəfindən Bakı şəhər Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi ev 28 ünvanında yerləşən mənzilin mülkiyyət hüququnu Bakı şəhəri Ə.Naxçıvani küçəsi ev 27 mənzil 122-də qeydiyyatda olan Dənyalov Elsaldar Şahmərdan oğlunun mülkiyyətinə verilməsi barədə 24.09.2014-cü il tarixli şəhadətnaməyə etibarsız hüquqi qiymət verilsin.
ƏRİZƏYƏ ƏLAVƏ OLUNUR:
1.DDƏSÜHM MMC-nin 22.09.2014-cü il tarixli, 78/03 saylı protokolu
2. 9 saylı Notariat kontoru tərəfindən 24.09.2014-cü il tarixli Reysterdə 7-e 40128378 saylı şəhadətnamə
3. Azərpoçt MMC-yə 20.10.2002-ci il tarixli 11 saylı Vəkillər Bürosunun vəkili Nuralı Həsənovun ünvanladığı sorğusu
4. Azərpoçt MMC ödəniş xidmətləri şöbəsinin 27.07.2021-ci il tarixli məlumatı
5. Bakı şəhəri Ə.Hüseynzadə küçəsi 28 ünvanında yerləşən mənzili 5 gün müddətində hərraca çıxarılıb satılması barədə Yasamal rayon Məhkəməsinin 03.04.2009-cu il tarixli, 2 (004) - 1485/2009 saylı qətnamə üzrə Yasamal rayon Məhkəmə icraçıları şöbəsinin məhkəmə icraçısı cənab Şahin İmanovun 21.05.2009-cu il tarixli qərarı
6. Yasamal rayon icraçılar şöbəsinin icraçısı cənab Şahin İmanovun yuxarıda qeyd edilən qərarından 9 il 10 ay 2 gün ötdükdən sonra, icra və probasiya şöbəsinin icra məmuru cənab Əsgərov Ruslan Rüstəm oğlunun icra sənədinə əsasən borclular Quliyeva Xuraman Əhlimn qızının və digərlərinin Bakı şəhəri Əlibəy Hüseynzadə küçəsi ev 28 ünvanında yerləşən mənzildən çıxarılmaları barədə 19.03.2009-cu il tarixli icraata başlamaq barədə qərarı
7. 03 aprel 2009-cu il tarixində Quliyeva Xuraman Əhliman qızı tərəfindən Abbasov Altay Əhliman oğluna 1 ay müddətinə verilən etibarnamənin surəti
8. Bakı Apelyasiya Məhkəməsinin 3 hakiminin yazdıqları “QətNAMƏ” hekayəsi başlıqlı məqalə 29.06-15.07-2019-cu il tarixli məqalə “Korrupsiya və Qanun” qəzetinin 8.9.10.11-ci səhifələri.
15.02.-29.02.2020-ci il tarixli “Korrupsiya və Qanun” qəzetinin buraxılışında “Azadlıqdan məhrum qardaş bacısının mülkiyyət hüququnun müdafiəsinə qalxdı”. Səhifə 8-9
Həmin qəzetin 15.07.-31.07.2021-ci il tarixli buraxılışında “Baş Prokurorun I müavini Rüstəm Usubov, Baş Prokuror Zakir Qaralov cənablarının vəzifə səlahiyyətlərindən sui istifadə edərək qanunsuz qərarlar qəbul etməyə kim və nə təhrik etmişdir?!”
“Bütün Ədalətsizliklər içərisində ən dözülməzi qanun adı altında törədilən [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
“Böyük Loğman” - 65
“Böyük Loğman” - 65
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Bakıda 10 min manatlıq daşkəsən mişarları oğurlayan dörd nəfər saxlanılıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
Azərbaycanda icra başçısının səsini eşitmədiyi üçün mikrofonla danışmağını istəyən əlil CƏZALANDIRILDI - FOTO
TƏBRİK EDİRİK!
TƏBRİK EDİRİK!
Adil Əhmədov - 70
Adil Əhmədov - 70
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Məhkəmə hakimi “Ginnesin Rekordlar Kitabı”na düşməyə çalışıb
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır
Uğursuz “jurnalist” qovulduğu qəzetə qarşı qarayaxma kampaniyası aparır