Azərbaycan İdeyası

MƏHKƏMƏ-HÜQUQ ŞURASINDAN NƏ İSTƏYİRİK

Tarix:17-12-2018, 14:30
Baxış Sayı:559

Qəzetimizin 21.09.2018-ci il tarixli sayında dərc edilmiş məqalələrlə əlaqədar Məhkəmə-Hüquq Şurasına göndərdiyimiz məktublara "baxılmışdır". Şuranın aparatından redaksiyamıza göndərilən 02.11.2018-ci il tarixli cavab məktubunda bildirilir: "...Qanunvericilikdə Məhkəmə-Hüquq Şurasının məhkəmə qərarlarının qanuniliyini və əsaslılığını yoxlamaq səlahiyyəti nəzərdə tutulmamışdır. Məhkəmə qərarlarından narazılıqla bağlı şikayətlər prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq yuxarı məhkəməyə, məhkəmənin icraatında olan iş üzrə müvafiq dəlillər və vəsatətlər isə işə baxan məhkəməyə təqdim edilməlidir".
Cavab məktubunun müəllifi, hansı məqalələrdən söz getdiyini məktubunda xatırlatmağa belə ehtiyac duymayan MHŞ-nın sektor müdiri Zahid Məmmədov bəlkə də hesab edir ki, bizə hüquq dərsi keçməyə haqqı var. Amma xatırladırıq ki, tərəqqipərvər kütləvi informasiya vasitəsi olan "Korrupsiya və qanun" ictimai-siyasi hüquq qəzeti Məhkəmə-Hüquq Şurasına yazdığı məktublarda heç vaxt Şuradan məhkəmə qərarlarının qanuniliyini və əsaslılığını yoxlamağı istəməmişdir. Əksinə, qəzetimiz MHŞ-nın iclaslarında ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi və məsuliyyət hissinin artırılması, korrupsiya, süründürməçilik və digər neqativ halların aradan qaldırılması, habelə hakimliyə namizədlərin seçimi ilə bağlı bir çox məsələlərə baxılaraq qəbul edilən qərarları təqdir etmiş, bu müstəvidə görülən işlərə gərəkən informasiya dəstəyi verməyə hər zaman hazır olduğunu bildirmişdir. Yazmışıq ki, hər il vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan və digər neqativ hallara yol verən hakimlərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilməsinə, bəzilərinin intizam məsuliyyətinə cəlb olunmasına, yaxud da tutduğu vəzifədən azad olunması barədə qərar qəbul edilməsinə müsbət yanaşırıq. Bu kimi tədbirlərin görüldüyü barədə vaxtaşırı olaraq məhz MHŞ-nın saytında məlumatlar yayılır. Lakin çox təəssüflər olsun ki, bütün bu tədbirlərə baxmayaraq, məhkəmələrdə ədalətsizliklərə, süründürməçilik hallarına hələ də rast gəlinir. Hüquqları pozulan vətəndaşlar çarəsiz qalıb üzləşdikləri haqsızlıqları KİV vasitəsilə ictimailəşdirmək yolunu seçirlər. Elə bizim də istəyimiz odur ki, məqalələrimizdə göstərdiyimiz neqativ hallara - vətəndaşların haqlı narazılığını doğuran pozuntulara, korrupsiyaya şərait yaradan hakimlərin fəaliyyəti qeyri-məqbul qiymətləndirilsin, səlahiyyətlərinə xitam verilsin, intizam məsuliyyətinə cəlb olunsunlar, tutduqları vəzifədən azad olunmaları barədə qərarlar qəbul edilsin. Başqa heç nə.

Korrupsiya və Qanun

OXŞAR XƏBƏRLƏR
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
IV Şuşa Qlobal Media Forumu keçiriləcək
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Bakıda arvadını və özünü güllələyən kişinin SON DURUMU - RƏSMİ AÇIQLAMA
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
Azərbaycan və Rusiya Samur çayının su ehtiyatları ilə bağlı yekun protokol imzalayıb
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
ABŞ İrana yeni zərbələr endirməyə hazırlaşır?
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
KİV: İsrail Livan ərazilərinin bir hissəsini Beyruta qaytarır
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Kanadanın "Fuggler" brendi Holand obrazında bədheybət oyuncaq yaratdı - VİDEO
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama
Qan analizindən əvvəl siqaret çəkmək nəticələrə necə təsir edir? - Həkimdən açıqlama