Azərbaycan İdeyası

“ATƏT-in Lənkəran Polisinin İstintaq Qrupu” doğrunu oğruya satır

Tarix:24-12-2021, 12:57
Baxış Sayı:453

Riyaziyyatda bir paraboloid funksiya var: Parabolik əyri xətlər koordinat oxlarına yaxınlaşırlar. Elə hey, sonsuza qədər yaxınlaşırlar, amma nə qədər təzadlı görünsə də, kəsişmirlər ki, kəsişmirlər. Azərbaycan gerçəkliklərindən biri budur ki, bəzi qanunsuzluqlar hüquq müstəvisində nə qədər dartışılsa da, el dili ilə desək, “acı bağırsaq kimi uzanır”, amma dürüst hüquqi qiymət verilmir. Sanki bəzi mübahisəli məsələlərin həllini hüquq mühafizə, cinayət təqibi və ədliyyə orqanları bilərəkdən yubadıb vaxt qazanmaq istəyirlər. Eynən necə ki, 30 il ərzində ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinə ikili standartla yanaşır, haqlı ilə haqsızı eyni görürdü.
Ancaq məsələ burasındadır ki, Azərbaycan “Qarabağ düyünü”nü güc yolu ilə, “Dəmir yumruq”la çözdü. Di gəl, adi vətəndaş pozulmuş hüquqlarını, tapdanmış haqqını güc yolu ilə həll edə bilməz. Bu halda özü cinayət törətmiş olar.
“Korrupsiya və Qanun” qəzetinin daimi oxucuları problemini işıqlandırdığımız Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 280 ünvanda yaşayan Dadaşov Eynulla İbadulla oğlunun apardığı haqq mücadiləsini illərdir izləyirlər. Bu günlərdə Eynulla Dadaşov 30.11.2021-ci il tarixdə yenidən redaksiyamıza müraciət edərək bu mübarizədə ona informasiya dəstəyi verdiyimizə görə baş redaktora və kollektivimizə təşəkkürünü bildirmişdir:
“Rəhbəri olduğunuz qəzet mənim şikayətimi ilk gündən işıqlandırıb, hətta Məlikov Şahmar Allahverdi oğlu tərəfindən qazılıb xarabazara çevrilmiş torpaq sahəmə baxış keçirib fotoşəklini, videosunu çəkmisiniz. Lənkəran Şəhər-Rayon Polis Şöbəsində də olmusunuz. Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsi tərəfindən 4 dəfə şikayətim üzrə cinayət işinin açılmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, araşdırmaların nəticəsindən narazı qaldığım barədə müraciət etdiyim rayon və respublika prokurorluğu, bir dəfə də rayon məhkəməsi tərəfindən həmin qərarlar ləğv edilib. Axırıncı dəfə cinayət işinin başlanılmasının rədd edilməsi barədə sabiq müstəntiq Yusif Süleymanovun material üzrə 23.04.2021-ci il saylı qərarı Lənkəran rayon prokurorluğu tərəfindən 23.08. 2021-ci il tarixdə ləğv edilib, material əlavə araşdırma aparılması üçün geri qaytarılsa da, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsi hələ də cinayət işinin başlanılması barədə qərar qəbul etmir. Görəsən, nəyi gözləyirlər?”
Eynulla Dadaşov cinayət işinin başlanılması barədə qərarın qəbulunun tezləşdirilməsini istəyir və bunun yolunda heç bir hüquqi maneə görmür. Başqa maneə nədirsə, buyursun Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsi, ortaya qoysun.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
PROFESSOR QƏZƏNFƏR PAŞAYEV GETDİKCƏ SƏRİŞTƏNİ İTİRİR – Yeni nəşr olunan “Tovuz Ensiklopediyası”na irad bildirərkən şəhidlərin ruhuna hörmətsizlik etdi
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Əhaliyə xəbərdarlıq - Sabah saat 21:00-dan başlayır...
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Hadrutun işğaldan azad olunmasından 5 İL ÖTÜR
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
Saatlı rayonunda 2024-cü ildə informasiya və rabitə haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
aatlı rayonunda 2024-cü ilin sonuna mənzil fondu haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində pərakəndə ticarət dövriyyəsinin             həcmi haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən məişət xidmətlərinin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri haqqında
Saatlı rayonunda 2024-cü il ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri  haqqında