Azərbaycan İdeyası

Tətbiqi sənət ustası Sevil Qarakişiyevanın xatirəsi əbədiləşdirilməlidir

Tarix:24-12-2021, 13:00
Baxış Sayı:439

2020-ci ilin payızında baş vermiş və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun şanlı qələbəsi ilə yekunlaşan 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağın işğaldan azad edilməsi təkcə ərazi bütövlüyümüzün bərpası, yurd həsrəti çəkən soydaşlarımızın arzularına qovuşmaları baxımından deyil, həm də düşmənin işğal altında saxladığı yerlərdə törətdiyi Azərbaycan mədəniyyəvəhşilikləri, abidə genosidini dünyaya göstərmək, müqayisə üçün Azərbaycan xalqının üstün mədəniyyətini nümayiş etdirmək imkanını qazandırdı bizə. Təsəvvür etmək çətin deyil ki, mədəni irsimizin siyahısına bundan sonra neçə-neçə Qələbə ruhlu əsərlər əlavə olunacaqdır. Bu sahədə görüləcək işlərə tətbiqi sənət ustası və dizayner, qəzetimizin mədəniyyət və incəsənət şöbəsinin əməkdaşı Qarakişiyeva Sevil İnşalla qızı da əhəmiyyətli töhfələr verə bilərdi. Amma çox heyf, zalım fələk onun ömrünü yarıda qırdı...
Sevil Qarakişiyeva 25 ildən çox idi ki, sənət yolunun müsafiri idi. Dəfələrlə respublika üzrə keçirilmiş müsabiqələrdə iştirak etmiş və fəxri diplomlara layuiq görülmüşdü. Həm Azərbaycanın daxilində, həm də ölkəmizin hüdudlarından kənarda düzənlənən sərgilərdə Azərbaycanın xalq sənətkarlığını layiqlə təmsil etmişdi. Maddi sıxıntılar məngənəsində, I qrup əlil bacısı ilə birgə kirayədə yaşasa da, hətta sənətkar emalatxanası olmasa da, ömrünü həsr etdiyi sevimli işindən ayrılmağı ağlına belə gətirmirdi. Mədəniyyət Nazirliyi, muzeylər onun işlərini bəyənsələr də, ümidverici vədlər versələr də, əsərlərinin maddi sıxıntə üzündən çox ehtiyac duyduğu satışını təşkil etmək barədə xahişini yerinə yetirməyə tələsmirdilər.
Sevil xanımın Azərbaycanın etnoqrafik tarixinə, onun şəxsiyyətlərinə, İrəvan, Qarabağ xanlıqlarına aid mədəni irsimizin dəyərlərini özündə daşıyan əsərləri, Şah İsmayıl Xətainin, Qacarlar nəslinin hökmranlıq şəcərəsinin 40 nümayəndəsinin, o cümlədən, həmin sülalənin son nümayəndəsi kimi Ağa Məhəmməd Şah Qacarın əmmaməsini, əbasını, çarığı, təsbehi, sikkə kisəsi, xəncəri, oxu, yayı, müxtəlif həcmli xəzinə sandıqlarını, Qacarın əlində tutduğu hakimiyyət rəmzi olan boncuğu və onun qəddarlığına işarə kimi ucu koramal başına oxşar vəziyyətdə qılıncını zövqlə düzəltmişdi. İrəvan və Qarabağ xanlıqlarının ayrı-ayrılıqda bayraqlarını, gerblərini və sikkələrini, qiymətli daş-qaşlarını komöpozisiya edə bilmiş və hər iki xanlığın o vaxtkı xəritələrini də işləyib tamamlamışdı.
Musiqi və tibb təhsili olan Sevil xanım haqqında, onun yaradıcılığı barədə yerli və xarici mətbuatda, televiziyalarda materiallar, fraqmentlər təqdim olunmuş, onun öz sənətindən zövq aldığı, milli, döyüş geyimlərini və dekorasiyaları səriştəli mütəxəssis kimi hazırladığı təsdiqlənmişdi.
Yaxşı ki, Sevil Qarakişiyeva Qələbəmizin şahidi oldu, ancaq çox heyf ki, Zəfər mövzusunda istədiyi qədər, təsəvvüründə yaşatdığı qədər əsərlər yaratmağa ömrü çatmadı. Düşünürük ki, onun Azərbaycan mədəniyyətinə etdiyi ərməğanlar heç olmasa, ölümündən sonra dəyərləndiriləcək, xatirəsi əbədiləşdiriləcəkdir.
Allah rəhmət eləsin.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Azərbaycan məktəblərində rus bölmələri bağlanır? - RƏSMİ
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Trampın Ukrayna gedişi: ABŞ ilə Rusiyanın bal ayı bitir
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Rəqəmlərlə mübarizə: Riyaziyyatı niyə sevmirik? - Nəticələrin aşağı olmasının SƏBƏBLƏRİ
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp: "Putin Ukraynaya girsə, Moskvanı bombalayacam"
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Tramp təsdiqlədi: Ukraynaya silah tədarükü bərpa edildi
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.
Şagirdlərin attestat balı aşağı, buraxılış imtahanının nəticələri yüksək: Nə baş verir? + VİDEO.