Azərbaycan İdeyası

TuranBankdan Qarabağ Dirçəliş Fonduna dəstək

Tarix:8-02-2021, 17:12
Baxış Sayı:79



Azərbaycan xalqı üçün haqq və şərəf savaşına çevrilmiş 44 günlük Vətən müharibəsi nəticəsində qədim mədəniyyət paytaxtımız Şuşa şəhəri başda olmaqla bütün işğal altındakı ərazilərimiz Ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində işğaldan azad edilmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfərləri və torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır.
İşğaldan azad olunmuş ərazilərin vahid proqram əsasında yenidən qurulması, layiqli yaşayış və iqtisadi fəallıq təmin olunmaqla Azərbaycan iqtisadiyyatının tərkib hissəsinə çevrilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı əsasında Qarabağ Dirçəliş Fondu yaradılmışdır. Ölkə Başçısı tərəfindən yaradılan Fondun məqsədi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və inkişafına, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsi, sərmayələrin cəlb edilməsidir. Bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişafının təmin edilməsi, eləcə də ölkə daxilində və ölkə xaricində zəruri təşviqat işlərinin həyata keçirilməsi də Fondun fəaliyyətinə daxildir.
Vətənpərvərlik və sosial məsuliyyətlilik dəyərlərinə sadiq qalan TuranBank işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılmasının dəstəklənməsi məqsədilə "Qarabağ Dirçəliş Fonduna” 100 000 (Bir yüz min) manat məbləğində vəsait köçürüb

TuranBank
Bizimlə etibarlıdır…….

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?