Azərbaycan İdeyası

Yevlax kənd məktəbində nələr baş verir? Təklənən müəllimənin harayı ( VIDEO )

Tarix:21-02-2022, 15:50
Baxış Sayı:152



Bir müddət əvvəl müəllimdən rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru artıq işdən çıxarılıb. Təhsil Nazirliyindən mətbuata bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir, işə qayıtdıqdan sonra barəsində qərar veriləcək.
Məlum olduğu kimi, yerlərdə bir çox müəllim direktor tərəfindən haqsızlıqla üzləşir və bunun kökündə çox vaxt korrupsiya hüquqpozmaları durur. Məsələnin bir qəliz tərəfi də var: Axı, hüquqları pozulanların heç də hamısı gizli səs yazmağı, video çəkməyi bacarmır, yaxud, özünə sığışdırmır. Subordinasiya qaydalarına riayət edib ardıcıllıqla, pillə - pillə yuxarı təşkilatlara şikayət edəndə müraciətinə həssas yanaşılmır. Qarşılaşdıqları ədalətsizliyi dilə gətirib ictimailəşdirəndə isə ondan sübut tələb edilir.

Yevlax rayonunun Havarlı kənd sakini, Milli Qəhrəman Malik Əsədov adına Havarlı kənd tam orta məktəbinin ibtidai sinif müəlliməsi Zərbalıyeva Ruqiyyə Əliyusif qızı ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirir ki, hazırda 4-cü sinif müəlliməsi olduğu halda, məktəbin direktoru Cəmil Quliyev Təhsil Nazirliyinin F-399 nömrəli qərarını pozaraq sinifi 4-cü sinif müəllimi olmayan şəxsə vermişdir:
“Mən diaqnostik qiymətləndirmədə məktəbdə çalışan 10 nəfər sinif müəllimi arasında ən yüksək - 48 bal toplamışam. Həmin müəllim isə az bal toplamışdır. Mən öz hüququmun bərpasını tələb etdikdə direktor qrupun “elə - belə verilmədiyini” söyləyərək tələbimi rədd etmişdir. Dəfələrlə Yevlax rayon Təhsil Şöbəsinin müdiri Namidə Abbasovaya, eləcə də 9 saylı Ərazi Hesablama İdarəsinin rəisi Elçin Həsənzadəyə müraciət etməyimə baxmayaraq, məsələ həll edilməmişdir. Üç dəfə Təhsil Nazirliyinə müraciət etmişəm, lakin hüquqlarım bərpa olunmamışdır. Təhsil Şöbəsinin əməkdaşları məktəbə gələrək sinifimdəki sənədləri yoxlayıb məndə nöqsan axtarırlar. Mənimlə sanki bir cani kimi davranırlar. Sonda bir neçə sinif müəllimini də bir yerə yığaraq iclas keçirdilər. Sanki bura yalnız məni təhqir etmək, alçaltmaq üçün gəlmişdilər. Təhsil Şöbəsinin müdiri Namidə Abbasova bununla məni susdurmaq üçün “sən diaqnostik balı göz yaddaşı ilə yadda saxlayıb almısan” – deyərək, Nazirliyin şəffaf keçirdiyi qiymətləndirməyə kölgə salmağa çalışır. Məktəbin direktoru dəfələrlə məni təhqir edərək, Yevlax Təhsil Şöbəsinin əməkdaşları ilə əlbir olub məni alçaltmağa çalışmış, canımdan bezdirmişdir”.

R.Zərbalıyeva qeyd edir ki, öz üzərində çalışan, məktəbdə ən çox şagirdi olan müəllimədir, dərs dediyi şagirdlərdən 8 nəfəri məktəbin müəllimlərinin övladları, nəvələridir: “Əgər mən pis müəlliməyəmsə, onlar övladlarını mənim sinifimdə nə üçün oxudurlar? Övladını şəhərə aparan yüzlərlə valideyn var. Onlar da apararlar...”
Sonda Ruqiyyə müəllimə redaksiyadan, bütün media işçilərindən xahiş etmişdir ki, qarşılaşdığı problem haqqında ərizəsində yazdıqları KİV-də ictimailəşdirilsin, aidiyyati qurumlara çatdırılsın, “mənəm – mənəm” deyən məktəb direktorları barədə ciddi tədbir görülsün.

Yevlaxda ezamiyyətdə olan əməkdaşımız sözügedən məktəbdə şikayətçi müəllimə ilə görüşmüşdür. Qarşı tərəfin münasibətini öyrənmək üçün əməkdaşımız məktəbin direktoru ilə görüşmək istəmiş, lakin direktor onun məktəb binasına daxil olmasına icazə verməmişdir. Əməkdaşımız məktəbin həyətində direktor müavini, 42 il staja malik Namiq Qəhrəmanovla ünsiyyətdıə olmuşdur. N.Qəhrəmanov növbəti tədris ilinin başlanğıcında Ruqiyyə müəllimənin probleminin həllinin nəzərdə tutulduğunu desə də, söhbətdə iştirak edən R.Zərbalıyeva məktəb rəhbərliyinə inanmadığını söyləmişdir: “Beş ildir mənə yalan vəd edib yerinə yetirməyiblər...”

Xatırladaq ki, əməkdaşımızın Havarlı məktəbindən hazırladğı material “Korrupsiya və Qanun” qəzetinin “Youtobe” kanalında da yerləşdirilmişdir. Həmin süjetə izləyicilər tərəfindən maraqlı rəylər yazılmışdır.

Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."