Azərbaycan İdeyası

Xəstənin xəstəlik tarixçələri sənədləri ,,it-bata'' salınıb ( VIDEO )

Tarix:25-02-2022, 23:06
Baxış Sayı:121




Şabran rayonunun Güləmli kənd sakini, 1986-cı il təvəllüdlü Məmmədov Cavid Əzizbala oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazılı müraciət edərək bildirib ki, anadan xəstə doğulsa da, səhiyyə sistemində rast gəldiyi korrupsiya hüquqpozmaları səbəbindən səhhət durumu və nəticə etibarilə həm də maddi vəziyyəti daha da ağırlaşıb:
“Anadan xəstə doğulmuşam, Şabran Rayon Mərkəzi Xəstəxanasında müalicə almışam. 1988-ci ilin may ayında valideynim məni Bakı şəhər Uşaq Nevroloji Xəstəxanasına yerləşdirib, orada 27 gün müalicə aldıqdan sonra mənə “anadangəlmə nevroloji travma” diaqnozu qoyulub. Bir müddət sonra yenidən müalicə olunmağım tövsiyə olunsa da, məni yenidən Şabrandan Bakıya- Uşaq Nevroloji Xəstəxanasına aparmağa valideynlərimin imkanı olmadı. O üzdən mən Şabran Rayon Xəstəxanasında, daha sonra ev şəraitində qismən müalicə aldım”.
C.Məmmədov həmçinin qeyd edir ki, 2004-cü ildə hərbi xidmətə çağırıldığı vaxt valideynləri həkim komissiyasına onun xəstə olduğu haqda məlumat verib: “Təəssüflər olsun ki, xəstə olmağıma baxmayaraq, məni əsgərliyə apardılar. Hərbi xidmətdə dəfələrlə əsəbləşib səsgər və zabitlərlə dalaşırdım. Atam mənim xəstəliyim barədə hərbi hissə komandirinə məlumat vermişdi. Lakin məni axıra kimi xidmətdə saxladılar”.
İndi xəstəliyi daha da ağırlaşan, demək olar özünü idarə edə bilməyən Cavidin əsas şikayəti ondan ibarətdir ki, nə Şabran Rayon Xəstəxanasından, nə də Uşaq Nevroloji Xəstəxanasından xəstəlik tarixçələrini tapa bilmir. Odur ki, bu məsələnin KİV-də ictimailəşdirilməsini və aidiyyati qurumlara çatdırılaraq ona sənədlərinin tapılmasında köməklik göstərilməsini redaksiyamızdan xahiş etmişdir.
Öz növbəmizdə Şabran Rayon Mərkəzi Xəstəxanasının rəhbərliyi ilə əlaqə saxlayıb C.Məmmədovun xəstəlik tarixçəsinin aqibətini soruşduq. Əvvəlcə məsələhət gördülər ki, onun sənədini Xaçmaz Rayon Xəstəxanasında axtarmaq lazımdır. Xaçmaz RMX da Cavidin xəstələndiyi dövrünə aid sənədlərin xəstəxana arxivində saxlanılması üçün vaxtın keçdiyini bildirdilər. Yenidən Şabran RMX ilə əlaqə saxladıq. Bu dəfə dedilər ki, Cavid xəstə yatdığını iddia etdiyi dövrdə rayonun adı “Dəvəçi” olub, sonradan “Şabran”a dəyişdirilib, yəqin o üzdən idarə, müəssisə və təşkilatların da adı dəyişdiriləndə sənədlər də məhv edilib. Düzü, bu arqument bizə inandırıcı gəlmədi. Ona qalsa, az öncə Səhiyyə Nazirliyinin tabeliyində olan əksər müəssisələrin, o cümlədən rayon mərkəzi xəstəxanalarının təşkilati-hüquqi forması dəyişdirilib, adlarına da “publik hüquqi şəxs” sözü əlavə edilib. Bu o deməkdirmi ki, iki il əvvəlki sənədlər utilə verilməlidir?
Əlavə məlumat əldə etdik ki, Cavidin xəstəliyinin ağırlaşması onun ailə və məişət vəziyyətinin həqiqətən də ciddi şəkildə ağırlaşmasına səbəb olub. Ağır, bahalı sakitləşdirici dərmanlardan istifadə etmək məcburiyyətində qalıb. Özünü idarə edə bilmədiyindən, bankdan götürmüş olduğu krediti ödəməkdə çətinlik çəkir. Dolanışığını təmin edə bilmədiyi üçün ailəsi dağılıb, həyat yoldaşı ondan ayrılıb. Uşağına ödəməsi üçün məhkəmə tərəfindən haqsız olaraq çox yuxarı məbləğdə (hazırda iş yerindən aldığı cüzi maaşın 70 faizi qədər) təyin olunmuş sabit aliment pulunu vermək üçün də imkanı yoxdur. Həmin məbləğin azaldılması üçün məhkəməyə verdiyi apellyasiya şikayəti də təmin olunmamışdır. Bir sözlə, adam belə davam edərsə, məhvə doğru gedir. Təsəvvür edin ki, bu vəziyyətində bank onu məhkəməyə verib inzibati qaydada həbsinə nail olsa, xəstə nə günə düşər? Hazırki halda onun qismən köməkliyinə yalnız dövlətin sosial dəstəyi çata bilər; Xəstəliyi ilə əlaqədar əlillik statusu verilər, uyğun pensiya verilər. Ya da ən radikal halda onu xəstə olduğu halda hərbi xidmətə cəlb edərək səhhət durumunu daha da ağırlaşdıran hökuməti məhkəməyə verib kompensasiya tələb edər. Ancaq buna nail olmaqdan ötrü əvvəlcə xəstəlik tarixçələrini tapmalıdır.
Hərçənd, son illərdə Cavid Məmmədovun Şabran RMX-nın Poliklinika şöbəsinin Psixonevroloji kabinetində müayinə olunduğu zaman onun xəstəliyi “vegetativ damar distoniyası. Astenonevrotik pozğunluqlarla” diaqnozu ilə təsdiqlənmişdir. Bu barədə ona məhkəməyə təqdim etməsi üçün arayış da verilmişdir.
Redaksiya olaraq, C.Məmmədovun problemini aidiyyati qurumlara çatdırmaq üçün səylərimizi əsirgəməyəcəyik.

Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…