Azərbaycan İdeyası

XƏSTƏNİN SƏNƏDLƏRİNİ İKİ İL SAXLAYIB YENİDƏN TOPLAMASINI TƏLƏB EDİRLƏR - İmişli mərkəzi xəstəxanasında

Tarix:4-02-2020, 11:22
Baxış Sayı:802

İmişli rayonunun Qaravəlli kəndində yaşayan Əliyev Adəm Allahyar oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, onkoloji xəstə olan qohumu Gülalıyeva Tünzalə Şahlar qızının xəstəliklə əlaqədar pensiyaya çıxmaq cəhdlərinin korrupsiya motivli hüquqpozmalar səbəbindən uğursuz alınmasından şikayətlənmişdir. Yazır ki, iki il əvvəl toplanmış sənədləri İmişli rayon mərkəzi xəstəxanasına veriblərmiş, iki il saxladıqdan sonra tələb olunan rüşvəti vermədikləri üçün onlara deyiblər ki, sənədlərin "vaxtı çıxıb". Odur ki, redaksiyadan bu məsələni ictimailəşdirməyi xahiş etmişdir.
Ərizəyə qoşma edilmiş sənəd surətlərinə göz ataq:
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin 28 iyul 2017-ci il tarixli 16417 nömrəli yekun patoloji diaqnozuna və rəyinə görə Tünzalə Gülalıyeva süd vəzin infiltrativ paycıq-axacaq karsinomasından əziyyət çəkir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi-tibb idarəsinin 29 avqust 2017-ci il tarixli epikrizindən görünür ki, Tünzalə Gülalıyevanın şikayəti sağ süd vəzisində olan ağrılardan və əmələ gələn bərk konsistensiyalı hərəkətsiz törəmədəndir. Bundan başqa, Dövlət Gömrük Komitəsinin Tibbi xidmət idarəsinin İmişli rayon mərkəzi xəstəxanasına təqdim olunmaq üçün Tünzalə Gülalıyevaya verdiyi arayışda qeyd olunur ki, o, həqiqətən Mərkəzi Gömrük Hospitalına "C50.0-Sağ süd vəzi Cr. pT2N1M0. II B mərhələ" diaqnozu ilə müraciət etmişdir: "Xəstə 26.07.2017-ci il, 16.08.2017-ci il, 07.09.2017-ci il, 28.09.2017-ci il, 19.10.2017-ci il, 10.11.2017-ci il tarixlərdə "Adriamicin+Endoxan" protokolu ilə 6 kurs kimyəvi dərman müalicəsi almışdır. Xəstəyə sahə onkoloqunun nəzarəti məsləhətdir".
İmişli RMX xəstəyə nəzarət etməli olan sahə onkoloqunu özü təyin etməli idi və həmin onkoloq yaxşı bilir ki, iki il ərzində həmin xəstə sağalıb, ya yox. RMX-nın nəzdindəki komissiyanın iki il sənədləri saxlayaraq, indi yenidən toplanılmasını tələb etməsi isə absurddur.
Qarşı tərəfin mövqeyini öyrənməyə çalışıb mövzuya qayıdacağıq.

"Korrupsiya-q.az saytı

OXŞAR XƏBƏRLƏR
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Misir Mərdanov bu vəzifəyə təyin edildi
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Kamran Əliyev Korrupsiyaya qarşı Mübarizə İdarəsində müşavirə keçirdi - FOTOLAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Yalnız bu şəxslər aptek işlədə biləcək – YENİ QƏRAR
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Dələduz ərindən boşandı, öz günahlarından ki boşanmayıb
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava qəzaları ARTIRIR – Ustadan sürücülərə XƏBƏRDARLIQ
Qarlı hava nə vaxta qədər davam edəcək?
Qarlı hava nə vaxta qədər davam edəcək?
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Çovğun olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır