Azərbaycan İdeyası

Füzuli rayonu: Alı Alıyevlə Vətən müharibəsi qazilərinin münasibətlərindəki gərginlik davam edir

Tarix:16-03-2022, 09:42
Baxış Sayı:100

Yeni 2022-ci il başlayan kimi, yanvarın 5-də 1994-cü ildə rayonun Horadiz qəsəbəsi daxil olmaqla 22 yaşayış məntəqəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi günü ilə əlaqədar Füzuli rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Horadiz şəhəri Qəhrəmanlar parkında tədbir keçirilib. Tədbirdə Füzuli RİH-nin başçısı, Hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisiə və təşkilat kollektivləri, şəhid ailə üzvləri, müharibə veteranları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Belə düşünmək olar ki, cənab Alı Alıyevin Yeni il tətili günlərində də gecə-gündüz fikri-zikri həm Birinci, həm İkinci Qarabağ savaşında respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş, sağlamlığını itirmiş igidlərimizin yanında imiş və səbirsizliklə yeni ilin ilk iş həftəsinin ilk iş gününün açılmasını gözləyirmiş. Çünki tədbirin baş tutması üçün hazırlıq işləri məhz bayram günlərində görülməli idi. Amma icra başçısının Qarabağı, Şərqi Zəngəzuru və elə Füzuli rayonunun ərazisinin digər yarısını azad etmiş igidlərimizə münasibətinə nəzər salanda belə qənaətə gəlmək olur ki, Alıyev elə də səmimi deyil və bu müstəvidə düzənlədiyi tədbirlər də görüntü xatirinədir.
Füzuli rayonunun Böyük Bəhmənli kəndində yaşayan vətəndaş Həsənov Elşən Əkbər oğlu ərizə ilə redaksiyamıza müraciət edərək bildirir ki, sağlıq durumunda ciddi problemlər var: Vətən müharibəsində ayağının birini itirib, digər ayağında, başında qəlpələr var, ona əziyyət verir. Yaşayış durumu çox acınacaqlı olduğundan, dolanışıq sarıdan çətinlik çəkir.
Həsənov qeyd edir ki, bu və digər problemləri ilə əlaqədar Füzuli İcra Hakimiyyətinin başçısı Alı Alıyevə dəfələrlə müraciət etsə də, rayon rəhbəri onu get-gələ salaraq problemlərinə biganə yanaşır: “Mən sağlamlığımı Vətən üçün qurban vermişəm, rayon rəhbəri isə bizi ümumiyyətlə vecinə almır, aldadır, Prezidentin göstərişlərini də saymır”.
Xatırladaq ki, Elşən Qənbərovun problemi artıq bir dəfə qəzetimizdə Füzuli rayonunda qazilərin Füzuli Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyevlə münasibətlərindəki gərginliyə həsr olunmuş ümumi xarakterli məqalədə işıqlandırılıb. Görünür, rayon rəhbərliyi hələ də E.Qənbərovun probleminə qeyri-həssas yanaşmaqda davam edir.
Elsevən Gözəldərəli

OXŞAR XƏBƏRLƏR
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Dünya çempionatına 16 gün qaldı: İRAQ - "Mesopotamiya şirləri"
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Bakıdan çıxan sərnişin qatarı Tbilisiyə çatıb
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Çilidə 6.8 maqnitudalı zəlzələ baş verib
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Azərbaycanda rəisi işdən çıxarılan qurumda KORRUPSİYA ARAŞDIRMASI başladı
Bakıda və Abşeron yarımadasında mayın 26-da gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısa müddətə intens

Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Leyla Əliyeva və Alyona Əliyeva Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər -
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Cəhənnəmə gedəndə müqavilə yada düşmür, yaxud rusiyalı şərçilərə qısa xatırlatma
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur
Ermənistan Türkiyə və Azərbaycan istiqamətində dəmiryollarını yenidən qurur