Azərbaycan İdeyası

“Respublikanski”də “məsləhət vərəqəsi” neçəyə satılır?

Tarix:16-03-2022, 09:49
Baxış Sayı:120

Bərdə rayonunun Qarabağ qəsəbəsi sakini Hüseynova Gülarə Qasım qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına yazdığı ərizədə bildirib ki, bacısı oğlu Məmmədli Sabir Teyyub oğlunun xəstəliyi ilə əlaqədar xəstəni müşayiət edərək akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət edibmiş:
“Həmin xəstəxananın baş tibb bacısı kimi təqdim edən Çimnaz adlı xanım mənə dedi ki, xəstənin adına “məsləhət vərəqi” vermək üçün xəstəxananın müdiriyyətinə 1000 (bir min) manat pul verilməlidir. Mən həmin xanımın sözlərinə inanıb ona istədiyi məbləğdə pulu verməyə razı oldum. Çimnaz xanımdan soruşdum ki, pulu hara köçürmək lazımdır. O, mənə şifrə verərək həmin məbləği gəlini Mustafazadə Şəbnəm Teyyub qızının adına olan “Kapitalbank” debet kartına köçürməyimi məsləhət gördü. Mən Çimnaz xanımın dediklərinə əməl edərək 20.08.2021-ci il tarixdə həmin hesaba pul yüklədim. Bundan daha əvvəl bacım oğlunun adına Respublika Kliniki Xəstəxanasının 4368 saylı 15.02.2021-ci il tarixli “Məsləhət vərəqi” veriləndə məndən 400 (dörd yüz) AZN tələb etmiş və almışdı... Mən Sabiri Bərdə xəstəxanasına gətirdikdə, orda mənə bildirdilər ki, həmin “Məsləhət vərəqi”nin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Belə olan halda mən Çimnaz xanımdan ona verdiyim toplam 1400 manat pulu qaytarmasını tələb etdim. Təqribən iki ay əvvəl o, müxtəlif vaxtlarda mənə məxsus olan karta iki dəfə 200 (iki yüz) manat pul göndərərək 400 manatımı qaytardı. Qalan 1000 manatı da qaytaracağını vəd etsə də, hələ bu günə kimi nə özündən, nə gəlinindən xəbər yoxdur”.
Gülarə Hüseynova ərizəsinin yekununda redaksiyamızdan məsələni ictimailəşdirməyi, aidiyyati qurumlarsa çatdırılmasını və pullarının qaytarılmasında köməklik göstərilməsini xahiş etmişdir.
Redaksiya olaraq öz növbəmizdə qarşı tərəfin mövqeyini öyrənmək üçün Çimnaz xanımın Gülarəyə məlum olan stasionar telefon nömrəsinə bir neçə dəfə zəng etsək də, dəstəyi qaldıran olmadı.
İkinci addımda G.Hüseynovanın Şəbnəm Mustafazadə kimi tanıdığı qadınla görüşdük. Şəbnəm xanım Çimnazı tanıdığını, lakin onun gəlini olmadığını bildirdi. Eyni zamanda G.Hüseynovanın göstərdiyi məbləğdə, yəni 1000 manat pulu kartdan çıxararaq Çimnaza verdiyini etiraf etdi. Vəd etdi ki, bizim əlaqə nömrələrimizi Çimnaza verəcək və ona məsələnin nə yerdə olduğunu bildirəcək.
Az sonra Çimnaz xanım redaksiyamıza zəng vurdu. O, həmin pulu Gülarədən rüşvət kimi deyil, borc kimi götürdüyünü və qaytaracağını dedi. Gülarəni haradan tanıdığını, borc istəməyə necə ərk etdiyini soruşduqda isə mücərrəd, rabitəsiz cavablar verməyə çalışdı. Ardından nüfuzlu dövlət qəzetlərindən birində qohumunun işlədiyini deyib ətraflı söhbət etmək üçün redaksiyamıza gəlmək istədiyi dedi. Baş redaktorumuz isə təklif etdi ki, G.Hüseynovanın pulunu qaytarmaq niyyəti ilə gələcəksə, qapımız üzünə açıqdır. Lakin sonra nə gəlib çıxdı, nə də telefon zənglərimizə cavab verdi. Görünür, Çimnaz xanım o qənaətə gəlib ki, dövlət qəzetində işləyən qohumunun nüfuzu bizi bu məsələnin üstündən sükutla keçməyə vadar edəcək.
X.Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…