Azərbaycan İdeyası

Atasının, qardaşlarının azad etdiyi ərazidə gördüyü quruculuq işinin haqqını kəsdilər

Tarix:16-03-2022, 10:10
Baxış Sayı:95

2020-ci ilin payızında baş vermiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında Müzəffər Azərbaycan Ordusunun şanklı Qələbəsi ilə nəticələnən Vətən müharibəsi başa çatandan sonra işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri vüsət almaqdadır. Dövlətimiz, ona etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu və başqa yerli və beynəlxalq təşkilatların, ionvestorların maliyyə dəstəyi ilə həyata keçirilən infrastruktur layihələri çərçivəsinfə görülən işlər birbaşa məqsədə xidmət etməklə yanaşı, həm də əhalinin məşğulluğunun təminatına töhfə verir. Təsəvvür edin, atası şəhid, iki qardaşı qazi olan bir vətəndaşımızın sözügedən layihələrin icrasına cəlb olunmuş şirkətdə zəhmət tutumlu bir işdə çalışması, halal əməyi ilə çörək qazanması yolunda nə maneə ola bilər ki? Yəqin, birmənalı cavab bu olar ki, heç nə! Dünənki hərb cəbhəsinin bu gün zəhmət meydanına çevrilməsi belə bir vətəndaşa həm sosial rifah, həm də qürur hissi bəxş etməlidir. Amma innın ki, maneə taplır, necə deyərlər, mərdimazarı axtarmaqla deyil, özü gəlib çıxır.
“AS Group Investment” şirkətlər qrupunun veb-saytında şirkət haqqında belə təqdimat verilir:
Möhkəm, dinamik inkişaf edən müəsissədir... Etibarlı və professional biznes aparılmasının nümunəsi göstərir... Böyük nəticələrə nail olub... Fəaliyyəti konservatizm və proqressiv fikirlərin ahəngi, müxtəlif təşəbbüs şəraitində əsaslı rəy kimi prinsiplərində əsaslanır... Ticarət və sənaye obyektlərinin, inzibati və yaşayış binaların inşa edilməsində ciddi təcrübə əldə edib... Uğurlu inkişaf, iş keyfiyyəti, öhdəliklərə riayət, çevik qiymət siyasəti, əməkdaşların təcrübəsi şirkətə tikinti bazarında özünəməxsus yerini və etibarlı partnyor adını qazandırdı...”
Vurğulanır ki, şirkətinm Missiyası - əbədi inşa edərək, ənənələrimizə hörmət edib və son texnologiyalardan istifadə edərək, rahat gələcəyi mümkün etmək; Məqsədləri - inşa dünyasının nəhəng beşliyinə daxil olmaq, şirkəti ən yaxşı təkmilləşdirmə və özünü rellaşdırma məkanına çevirmək üçün, ən yaxşı mütəxəssisləri cəlb etməkdir.
Məlumatda həmçinin qeyd olunur ki, «AS Group Investment» şirkəti xeyrriyyəçilik fəaliyyəti ilə də məşğul olaraq bir neçə il ərzində Kamandan Oxatma Federasiyasına maddi kömək göstərir və bununla bu idman növünün, hansında ki başqaları ilə yanaşı oxatanların sırasında əlillər də iştirak edir, diriltməyinə təkan verdi.
Amma “Korrupsiya və Qanun” qəzeti redaksiyasına daxil olan şikayət ərizəsindən belə qənaətə gəlmək olur ki, bütün bu inkişaf, böyük nəticələr, ciddi təcrübə, iş keyfiyyəti, öhdəliklərə riayət, tikinti bazarında özünəməxsus yer, etibarlı partnyorluq, müştəri məmnunluğu, filan-bəsməkan, bütün bunlar gəlişigözəl sözlər imiş və əliqabarlı, alnı tərli fəhlənin halal zəhmətinin haqqının kəsilməsi hesabına ərsəyə gəlirmiş.
İndi isə təfərrüatlara keçək: Redaksiyamıza ərizə ilə müraciət edən Füzuli rayonunun Kürdlər kənd sakini, hal-hazırda Zobucuq-5 qəsəbəsində yaşayan Səfərəliyev Zabil Səfəralı oğlu bildirir ki, keçən il noyabr ayının 8-dən AS Group şirkətində rəngsaz kimi işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində işləyib. İlk əvvəl 1 ədəd dördotaqlı, 3 ədəd üçotaqlı mənzilin rəngsaz işini tək yerinə yetirib. Sonra isə 1 ədəd dördotaqlı, 1 ədəd üçotaqlı mənzili əslən Sabirabad rayonundan olan Səxavət adlı usta ilə birlikdə icra edib. Əmək haqqı məlumdur, “Bank of Baku” tərəfindən maaş kartı da verilib. Sözlərinə görə, indiyə qədər onun əmək haqqı kəsilib.
Zabil əlavə məlumat verib ki, o, şəhid oğludur, iki qardaşı Vətən müharibəsi qazisidir. Lakin buna əhəmiyyət verməyiblər, müdir Vüqar bəy və iş icraçısı Cavanşır adlı şəxs ona deyiblər ki, “əlin hara hündürdü, get, ora qoy”. Həmçinin bildirir ki, Vüqar bəy onunla telefonla danışanda belə onun evdə, ailəsi ilə bir yerdə olduğunu bilə-bilə söyüşlü ifadələr işlədir.
Z.Səfərəliyevin ərizəsinə qoşma olaraq təqdim etdiyi vatsap danışığından həqiqətən bəlli olur ki, Vüqar bəy söyüşlü ifadələr işlədir, həmçinin Zabilin gördüyü işin həcmini mübahisələndirir. Zabil isə bildirir ki, evlərdə gördüyü işləri, sahə ölçülərini video-qeydə alıb. Odur ki, probleminin mətbuatda ictimailəşdirilməsini və aidiyyati strukturlara çatdırılmasında köməklik göstərilməsini xahiş etmişdir.
Redaksiya olaraq AS Group şirkətinin mənsubu Vüqar bəylə telefonla əlaqə saxladıq. Məlum oldu ki, onunla Z.Səfərəliyev arasında görülən işin həcmi məsələsində fikir ayrılığı var. Sonradan öyrəndik ki, bizimlə söhbətdən sonra Vüqar bəy zəng vurub Zabilə vəf edib ki, ona olan əmək haqqı borcu məbləğini kartına yükləyəcək. Bununla belə vədini yerinə yetirməyib.
Maraqlıdır, daha doğrusu, acınacaqlı haldır, deyilmi? Adam atasının, qardaşlarının can bahasına azad etdikləri torpaqda halal zəhmət hesabına qazandığı məvacibini ala bilməməlidirmi?
Sözardı: Martın 2-də paytaxtın Xətai rayonunda beş nəfər intihara cəhd edib. Hələlik şəxsiyyətləri məlum olmayanlar özlərini körpüdən atmaq istəyib. Məlumata görə, intihara cəhd edən şəxslər şirkət işçiləridir və maaşlarının verilməməsinə etiraz edirlər. Polis əməkdaşlarının səyləri nəticəsində intihara cəhdin qarşısı alınıb. Həmin şəxslərlə profilaktik söhbət aparıldıqdan sonra aidiyyatı polis şöbəsinə təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır.
Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…