Azərbaycan İdeyası

Zərərçəkmiş Lənkəran sakini polisə qatığın qara deyil, ağ olduğunu sübut edə bilmir

Tarix:25-07-2022, 11:16
Baxış Sayı:470

Lənkəran rayonu, Liman şəhəri, H.Aslanov küçəsi, ev 280 ünvanda yaşayan vətəndaş Dadaşov Eynulla İbadulla oğlu Lənkəran Rayon Prokurorluğuna ünvanladığı Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Axundov Akşin Əlinazim oğlunun 21.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından 08.06.2022-ci il tarixli şikayətinin bir surətini də “Korrupsiya və Qanun” qəzeti redaksiyasına göndərərək KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
Şikayəti olduğu kimi təqdim edirik:
Yazıb Sizə bildirirəm ki, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Axundov Akşin Əlinazim oğlunun 21.09.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Hesab edirəm ki, həmin qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli, mənə məxsus olan Liman şəhərindəki pay torpağımdan torpağı qanunsuz olaraq qazıb satmış Məlikov Şahmar Allahverdi oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri olduğu üçün onun barəsində qeyd edilən maddə cinayət işi başlanmalıdır.
Xüsusilə qeyd etməliyəm ki, Lənkəran ŞRPŞ-nin 15.01.2018-ci il tarixli qərarı ilə şikayətim əsasında cinayət işinin başlanması rədd edilmişdir. Mən həmin qərardan Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət etdim və nəticədə həmin qərar qanunsuz hesab edilərək ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Lənkəran ŞRPŞ-nə göndərilmişdir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynov Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən verilmiş göstərişə əməl etməmişdir.
Belə ki, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynov əlavə yox, formal araşdırma apararaq Məlikov Şahmar Allahverdi oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmadığı, cinayət işinin başlaması üçün əsas olmadığı qənaətinə gəlmişdir.
Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru Toğruil Hüseynovun 12 fevral 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı şikayətim əsasında Lənkəran rayon prokuroru tərəfindən yenidən ləğv edilmiş və əlavə araşdırma aparılması üçün Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinə qaytarılmışdır.
Bunun əsasında Lənkəran ŞRPŞ-nin baş müstəntiqi, polis mayoru Toğrul Hüseynov təkrarən 20 iyul 2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir.
Şikayətim əsasında həmin qərar rayon prokuroru tərəfindən təkrarən ləğv edilmişdir.
Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis baş leytenantı Yusif Süleymanov tərəfindən 23.04.2021-ci il tarixdə təkrarən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir.
Hesab edirəm həmin qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir.
Belə ki, müstəntiq mənim tanımadığım, Şahmar Məlikovun işçiləri olan şahidləri dindirməklə yekun nəticəyə gəlmişdir. Hansı ki, şahid işin nəticəsində maraqlı olmamalıdır.
Eyni zamanda qərarda mənimlə “Azərinşaatservis” tikinti şirkəti arasında olan mülki mübahisəyə istinad edilmişdir. İstintaqın nəzərinə sonuncu dəfə çatdırıram: mənimnlə “Azərinşaatservis” tikinti şirkəti arasında bağlanan müqavilə 01.10.2015-ci ildə sona çatmışdır.
Ancaq şikayətimə əlavə edəcəyim aşağıdakı məktublardan görünür ki, Şahmar Məlikov 01.12.2017-ci il tarixdən daha əvvəlcədən “Azərinşaatservis” tikinti şirkətinin əməkdaşı deyil, mənim həmin şirkətlə müqaviləm 01.05.2015-ci ildə sona çatmışdır və bundan sonrakı dövrlərdə Şahmar Məlikov yəni 2016, 2017, 2018, 2019, 2020 və 2021-ci illərdə mənim torpağımdan qanunsuz, özbaşına istifadə edərək yararsız hala salmışdır.
Belə ki:
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Ərazi Ekologuya və Təbii Sərvətlər Şöbəsi tərəfindən mənim iştirakımla ərazimdə araşdırma aparılmışdır. Şöbə tərəfindən verilmiş 21.12.2017-ci il tarixli cavab məktubunda da qeyd edilmişdir: “Araşdırma zamanı göstərdiyiniz ərazinin dövlət aktları əsasında sizə verilmiş paybəlli torpaq sahəsi olduğu müəyyən edilmişdir. Baxış zamanı həmin torpaq sahəsində qrunt sularının yığıldığı aşkar olunmuşdur”.
Bundan əlavə, yenə mənim müraciətim əsasında Lənkəran Rayon Liman Bələdiyyəsi tərəfindən Liman Şəhər Polis Şöbəsinə ünvanlanmış məktubdsa qeyd edilir: “Liman şəhər sakini Dadaşov Eynulla İbadulla oğlunun təsərrüfatına aid olan paybəlli torpaq sahəsi bizə ünvanladığı məktuba əsasən, tərəfimizdən araşdırılarkən məlum olmuşdur ki, ona aid olan həmin ərazi qanunsuz olaraq qqzılmışdır. Həmin əraziyə nəzarət edən Şahmar Məlokova bu haqda məlumat verilmiş və ona xəbərdarlıq edilərək, ərazidəki qazıntı işini dayandırmağı və vətəndaşın haqlı narazılığının təmin olunması bildirilmişdir”.
Həmçinin, Liman Şəhər Bələdiyyəsinin sədri E.Ş.Heydərov tərəfindən ünvanlanmış 24.11.2017-ci il tarixli məktubda da Şahmar Məlikova ərazidə qazıntı işlərini dayandırmasını və vətəndaşların haqlı tələblərini yerinə yetirməsi barədə göstəriş verilmişdir.
Lənkəran şəhər İcra Hakimiyyətinin 29 yanvar 2018-ci il tarixli məktubunda da həmçinin, mənim və vəkil olduğum ailə üzvlərimin mülkiyyətində olan 1,05 ha paybəlli torpaq sahəsində Nərimanabad qəsəbə sakini Məlikov Şahmar tərəfindən ağır texnika ilə torpağın üst qatının qazılaraq əldə olunan xammalın daşınaraq ərazini yararsız hala saldığı təsdiq edilmişdir.
Göründüyü kimi, yuxarıda adlarını sadaladığım qurumlar torpaq sahəmin Məlikov Şahmar tərəfindən qanunsuz olaraq qazıldığını və torpaq qatının götürüldüyünü və bunun 2016-cı ildən sonrakı dövrlərdə baş verdiyini təsdiqləsələr də, Lənkəran Şəhər-Rayobn Polis Şöbəsi (hörmətli müstəntiq Akşin Axundov) heç bir araşdırma aparmadan, əraziyə baxış keçirmədən, bitərəf şahidləri dindirmədən, mənim tanımadığım, qonşum olmayan şahidləri dindirərək Şahmarın əməlində cinayət tərkibinin olmadığıl qənaətinə gəlmişdir.
Müstəntiq öz qərarında da qeyd etmişdir ki, 2017-ci ildə Məlikov Şahmar mənə məxsus torpaq sahəsində qazıntı işləri aparmışdır. Ancaq müstəntiq araşdırmamışdır ki, 2017-ci ildə Məlikov şahmar hansı hüquqi əsasla mənə məxsus torpaq sahəsində qazıntı işləri aparmışdır.
Eyni zamanda Akşin Axundov dövlət orqanları tərəfindən mənə ünvanlanan və hüquqlarımın məhz Məlikov Şahmar tərəfindən pozulduğunu özündə əks etdirən məktubları məhz Məlikov Şahmarın xeyrinə yozmaqla mənə qarşı qərəzli mövqe tutmuşdur.
Xüsusilə qeyd edilməlidir ki, Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi Axundov Akşin saxtakarlıq edərək, məndən izahat almadığı halda qərarda mənim adımdan izahat yazmışdır.
Maraqlıdır, görəsən cənab müstəntiqin məqsədi və marağı nə olmuşdur!? Hesab edirəm ki, müstəntiq Akşin Axundov Məlikov Şahmar Allahverdi oğlunun və yalançı şahidlərin izahatının həqiqiliyini təsdiq etmək üçün ən azından mənəı məxsus (Məlikov Şahmar Allahverdi oğlu tərəfindən yararsız hala salınan) torpaq sahəsinə baxış keçirməli idi. Yalnız bunun nəticəsində əsl həqiqət ortaya çıxacaqdı. Çox maraqlıdır ki, istintaq orqanı və müstəntiqlər nəyə görə mənə məxsus və yararsız hala salınan torpaq sahəsinə niyə baxış keçirmək istəmirlər?
Akşin Axundova necə izah edim ki, “Azərinşaatservis” tikinti şirkəti ilə mənim aramda olan mülki mübahisə ilə Məlikov Şahmar Allahverdi oğlunun cinayət əməlləri arasında heç bir əlaqə yoxdur. Mənimlə “Azərinşaatservis” tikinti şirkəti arasında olan mülki mübahisə artıq yekunlaşmışdır. Müqavilə isə 01.10.2015-ci ildə bitib. Sonradan mənimlə şifahi hansısa müqavilə bağlanmayıb. Hansı ki, qərarda istinad olunur. Hörmətli Akşin Axundovun nəzərinə çatdırmaq istərdim ki, gtorpağın icarə müqaviləsi şifahi şəkildə bağlanıla bilməz. Bu, Mülki Məcəllənin tələblərinə ziddir. Lakin istintaq qərəzli şəkildə təkrarən, keçmişdə qəbul edilmiş qərarları kopyalamaqla Məlikov Şahmar Allahverdi oğlunun cinayət əməllərini həmin mülki işlə eyniləşdirmək istəyirlər. Məlikov Şahmar Allahverdi oğlunun cinayət əməllərinin “Azərinşaatservis” tikinti şirkəti ilə mənim aramda olan mülki mübahisə ilə heç bir əlaqəsi yoxdur. Məlikov Şahmar Alalhverdi oğlu mənim torpağımı yararsız hala “Azərinşaatservis” tikinti şirkətindən işdən çıxandan sonra salmışdır.
Bildirirəm ki, Lənkəran rayonu, Liman şəhərində yerləşən mənə məxsus paybəlli torpaq sahəsi Məlikov Şahmar Allahverdi oğlu tərəfindən qanunsuz olaraq zəbt edilmiş və torpaq sahəm 1 metr dərinlikdə qazılaraq satılmışdır. Həmin torpaq sahəsinin icarəsinə dair “Azərinşaatservis” MMM ilə bağlanmış icarə müqaviləsinin müddəti 01.10.2015-ci il tarixdə bitmişdir. Lənkəran rayonu, Liman şəhəri, Nərimanabad qəsəbəsində yaşayan Məlikov Şahmar “Azərinşaatservis” MMM-də əvvəlcə rəis müavini, sonra layihə rəhbərinin müavini, sonra isə klayihə rəhbəri vəzifələrində çalışmışdır. 2016-cı ildə Şahmar mənim qonşularımın pay torpaqlarından istifadə etmək üçün onlarla müqavilə imzalamış, mən bununla razılaşmadığımdan mənim torpağımna toxunmayacağına söz vermişdir. Lakin mən, 2017-ci ilin oktyabr ayında torpaq sahəmə baş çəkdiyim zaman gördüm ki, Şahmar uzun müddətdir ki, mənim torpaq sahəmdə qazıntı işləri aparıb və eni 50 metr, uzunluğu 150 metr olmaqla, 70-80 sot ərazidən ağır texnika ilə 1 metr dərinliyində torpağı götürərək satmış, bununla da mənim torpaq sahəmi yararsız hala gətirmişdir. Xüsusi olaraq qeyd edilməlidir ki, mən Məlikov Şahmarla heç bir müqavilə imzalamamışam.
Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddəsinə əsasən, Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma ifadələrinə xüsusi diqqət yetirsinlər.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 46-cı maddəsinə əsasən, cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilmiş ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi inmformasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər. Cinayəy işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət vı ya hərəkətsizlik) təqsirli olaraq törədilməsi cinayət sayılır.
Göründüyü kimi, Məlikov Şahmar Allahverdi oğlunun əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin bütün tərkib əlamətləri var.
Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 212.3-cü maddəsinə əsasən, təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud, məhkəməyə şikayət verilə bilər.
Qeyd olunanlara əsasən,
Xahiş edirəm:
Lənkəran ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Akşin Axundovun 21.09.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını ləğv edəsiniz.
Mənə məxsus olan Liman şəhərindəki pay torpağımı qanunsuz olaraq özbaşına tutmuş, becərmiş, qazıb satmış Məlikov Şahmar Allahverdi oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət işi başlayasınız.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin.
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
SENSASİYA! Dönərxanalar BAĞLANA BİLƏR - "Çiy ət" qərarı
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…
Azərbaycanda məzənnə rejimi DƏYİŞƏ BİLƏR? – Dollarla bağlı…