Azərbaycan İdeyası

15 minə yaxın yeni iş yeri açılacaq` - Nazir

Tarix:19-01-2016, 12:13
Baxış Sayı:395

15 minə yaxın yeni iş yeri açılacaq` - Nazir




“Qeyri-neft məhsullarının ixracını stimullaşdırılması haqqında” prezidentin imzaladığı sərəncama əsasən ixracın subsidiyalaşdırılması mexanizmi hazırlanacaq.
"Korrupsiya və Qanun" saytı AzVision.az a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq, həmçinin, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
“Prezident müvafiq sərəncamla Nazirlər Kabinetinə tapışırıq verib. Azərbaycanda milli brendin yaradılması, qeyri-neft ixracının təşviqi və bu prosesdə dövlətin birbaşa iştirakı nəzərdə tutulur. Bununla da Azərbaycanda qeyri-neft ixracının stimullaşdırılmasına nail olacağıq”.
Ş.Mustafayev qeyd edib ki, kənd təsərrüfatı, emal və sənayə sahəsi üzrə 150-yə yaxın layihə il yarım ərzində icra olunmalı və nəticədə 15 minə yaxın yeni iş yeri açılmalıdır: “İqtisadi aktivlik yüksəlməlidir. Layihə xərclərinin azalması nəticəsində Azərbaycan məhsullarının rəqbət qabiliyyəti və dövlət satınalmalarında yerli istehsalın payı artmalıdır. Bununla da daxili istehsalı qorumuş olacayıq”.

OXŞAR XƏBƏRLƏR
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Şahin Mustafayev: "Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayıb"
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Paytaxtın bəzi ərazilərində qaz olmayacaq
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
Praqada İngiltərə şousu: Çexiya xalsız qaldı
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
ABŞ ordusunda böyük ixtisar: Generallar və admiralların sayı azaldılır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
İrəvan meriyasında yeni qayda: Videolarda Ağrı dağı əks olunmamalıdır
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
"Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu - FOTO
Dövlət qurumunda YENİ TƏYİNAT
Dövlət qurumunda YENİ TƏYİNAT
Azərbaycan nefti ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşdı