Azərbaycan İdeyası

İnsan alverinə görə tutulan qadınla bağlı QƏRAR

Tarix:14-12-2022, 13:09
Baxış Sayı:50

İnsan alverinə görə tutulan qadınla bağlı QƏRAR
Ali Məhkəmədə insan alverində təqsirləndirilən N.Əlimuradovanın barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, uzun müddət Türkiyədə yaşayan və bacısının Azərbaycandan göndərdiyi qadınları İstanbulda qarşılayaraq müxtəlif ünvanlarda yerləşdirən, həmçinin Murad adlı şəxslə birgə onları fahişəliyə məcbur edən 1981-ci il təvəllüdlü N.Əlimuradova barəsində Azərbaycan Cinayət Məcəlləsinin 144-cü (insan alveri) maddəsinin altı bəndi üzrə cinayət işi açılıb.

Məlum olub ki, bacılar Xaçmaz rayonundan ümumilikdə beş qadını aldadaraq və ya şirnikləndirərək Türkiyəyə aparıblar. Onlar arasında yetkinlik yaşına çatmayan Günay (şərti) da olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 40 yaşlı N.Əlimuradova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Əvvəllər N.Əlimuradovanın bacısı da həbs olunub.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı