Azərbaycan İdeyası

İcra başçısının oğlu ilə birgə həbs olunmuş şəxsin cəzası azaldıldı

Tarix:15-07-2016, 12:51
Baxış Sayı:449

İcra başçısının oğlu ilə birgə həbs olunmuş şəxsin cəzası azaldıldı
Bakı Apellyasiya Məhkəməsində Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu İlham Əsgərli ilə birlikdə həbs olunmuş Əhliman Süleymanovun apellyasiya şikayətinə baxılıb. Hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Ə. Süleymanov barəsində Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ləğv olunub və ona verilmiş 6 illik cəza 4 il 6 aya endirilib.

Hadisə 2014-cü il sentyabrın 27-də Xəzər rayonunda baş verib. İ.Əsgərlinin idarə etdiyi “Mercedes” markalı avtomobil Ə.Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində “Mercedes” markalı avtomobildə olan 16 yaşlı Sənan Mirzəyev dünyasını dəyişib. 2015-ci il mayın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Əsgərli 5 il 6 ay, Ə.Süleymanov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti verib. Həmin il iyunun 29-da Bakı Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin çıxardığı hökmü dəyişib. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İ.Əsgərli barəsində çıxardığı hökm – 5 il 6 ay azadlıqdan məhrum etmə cəzası 3 il müddətinə endirilib.

2015-ci il noyabrın 12-də isə Sabunçu Rayon Məhkəməsi cinayət törətdikdən sonra cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə İ.Əsgərlinin cəzadan azad edilməsi haqda qərar qəbul edib. Həmin qərardan narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi – qəzada dünyasını dəyişən S.Mirzəyevin atası Maqsud Mirzəyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etsə də, qərar dəyişməyib.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan nefti BAHALAŞIB
Azərbaycan nefti BAHALAŞIB
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Amerikalı iş adamı süni intellektin köməyi ilə 15 milyard dollar qazanıb
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Qaqik Sarukyana qarşı yeni ağır ittihamlar irəli sürülüb
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Kanalda batan 14 yaşlı oğlanın meyiti tapıldı
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Ceyhun Bayramov ukraynalı həmkarı ilə görüşüb
Konqoda Eboladan ölənlərin sayı açıqlandı
Konqoda Eboladan ölənlərin sayı açıqlandı